Icma.az
close
up
RU
“SSRİ bayrağı qaldıran şəxslə hüquq mühafizə orqanları məşğul olmalıdır!”

“SSRİ bayrağı qaldıran şəxslə hüquq mühafizə orqanları məşğul olmalıdır!”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Hər saqqalı ağarana "ağsaqqal" demirlər, "saqqalı ağ" deyirlər. Hər saqallı ağ başına buyruq şəkildə durub bu bayrağı qaldıranda niyə repressiyalarda, sürgünlərdə öldürülmüş insanları xatırlamırıq? Biz həmin müharibə illərində bir işğalçının zoru altında qalmışıq və məcburən başqa bir işğalçı ilə vuruşmuşuq”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O qeyd edib ki, İkinci Dünya müharibəsi illərində azərbaycanlılar bir işğalçının zoru altında başqa bir işğalçıya qarşı vuruşub:

“Əvvəla, o bayrağı görəndə nəyi xatırlayırıq. 1941-45-ci illərdə o bayraq altında vuruşan 600 min azərbaycanlını xatırlayırıq, yoxsa repressiya dövrlərində öldürülən ziyalılarımızı? Yoxsa torpaqlarımızın Ermənistana verilməsini?

Əgər 70 illik sovet dövründə çəkdiyimiz əzabların müqabilində 4 illik müharibəyə görə o bayrağı qaldırırıqsa, deməli, tarixi yaddaşımız yoxdur. Hər saqqalı ağarana "ağsaqqal" demirlər, "saqqalı ağ" deyirlər. Hər saqallı ağ başına buyruq şəkildə durub bu bayrağı qaldıranda niyə repressiyalarda, sürgünlərdə öldürülmüş insanları xatırlamırıq?

Biz həmin müharibə illərində bir işğalçının zoru altında qalmışıq və məcburən başqa bir işğalçı ilə vuruşmuşuq. Həmin o bayraq qaldıranlara sual vermək istəyirəm, həmin dövrdə Azərbaycana 1 güllə, yaxud raket atılmışdı? Mənim, sizin Məhəmməd babanın Praqa, Paris, Berlin tanıyırdı? Fransız evində oturmuşdu? Babalarımız minlərlə kilometr uzaqda onlara torpaq azad edirdi. Bunlar hamısı müzakirə olunmalıdır. Bizdə sadəcə olaraq, dövlət ağlı formalaşmayıb. Məmurlarımız hələ oturduqları kürsülərin ağırlığını anlamırlar”. 

Tural Abbaslı vurğulayıb ki, SSRİ bayrağı qaldıran şəxsin fəaliyyətini hüquq-mühafizə orqanları ciddi araşdırılmalıdır:

“Bizim tarixdə Əbdürrəhman bəy Düdənginski var. Sovet ordusunda döyüşənlərin formalarında ancaq oraq-çəkic və qırmızı bayraq olduğu halda, faşistlər tərəfdə döyüşən "Azərbaycan legionu"nda alman svastikası ilə yanaşı, üçrəngi bayrağımız da olub. Onda biri də çıxıb svastikalı bayraq qaldırsın da? Biz insanlığa təhdid olan faşizmlə vuruşmuşuq. Stalinə, yaxud oraq-çəkicə görə vuruşmamışıq.

Məncə, bunu edən adamın fəaliyyətini hüquq-mühafizə orqanları ciddi araşdırılmalıdır. Dünənə qədər Moskva bazarlarında kartof-soğan satanlar bu gün gəlib icra başçısı olubsa, dünənə qədər bilet satanlar bu gün deputat olubsa, dünənə qədər Moskvada ev alveri ilə məşğul olan bu gün gəlib nazir olubsa, təbii ki, belə şeylər qarşımıza tez-tez çıxacaq”.

Xatıraladaq ki, İmişli rayonunda 9 May münasibəti ilə keçirilən tədbirdə SSRİ bayrağı qoyulub. İcra hakimiyyətindən verilən məlumata görə, sözügedən bayrağı İmişli rayon ağsaqqallar şurasının sədri Saleh Sadıqov sancıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri