Icma.az
close
up
RU
SSRİ də “4 cü Reyx” Rəhbər şəxslərin övladları gizli təşkilat qurubmuş

SSRİ də “4 cü Reyx” Rəhbər şəxslərin övladları gizli təşkilat qurubmuş

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

SSRİ-nin yarandığı ilk illərdə bolşevik elitasının bir hissəsində degenerasiya başlayıb. 1930-cu illərdə bolşeviklərin çoxu imtiyazlara və hakimiyyətə o qədər öyrəşiblər ki, onları qəti şəkildə itirmək istəməyiblər. 1937-ci ildə İosif Stalinin hakimiyyəti xalqa ötürmək üçün nəzərdə tutduğu SSRİ Ali Sovetinə alternativ seçkilər düşmənçiliklə qarşılanıb.

Partiya məmurları birləşərək 1937-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun fevral və iyun plenumlarında çoxluqdan istifadə edərək sinfi mübarizəni gücləndirmək ideyasını həyata keçirə biliblər. Bu yolla Stalinə və Siyasi Büroya edam siyahıları təqdim edilib və ölkədə “Böyük terror”a başlanılıb, alternativ seçkilər mümkünsüz edilib.

Təbii ki, bu cür rəhbərlərin övladları da valideynlərindən nümunə götürüblər. Müharibədən əvvəl həddindən artıq dəbdəbə içində yaşayan “qızıl sovet gəncliyi”ni sinfi mübarizə maraqlandırmayıb və onlar fərqli dəyərlərlə yaşayıblar. Məsələn, müharibə zamanı faşistlərə rəğbət bəsləyən bir qrup varlı uşaq Hitler Almaniyasına bənzəyən “Dördüncü Reyx” adlı gizli təşkilat yaradıb və onların əsas məqsədi SSRİ-də hakimiyyətə gəlmək olub.

3 iyun 1943-cü ildə Kreml yaxınlığındakı Bolşoy Kamennı körpüsündə silah səsləri eşidilib. Qaçaraq hadisə yerinə gələn milislər yeniyetmə Nina Umanskayanın öldüyünü, Vladimir Şaxurinin isə ağır yaralandığını müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların kim olduğunu öyrəndikdən sonra iş xüsusi nəzarətə götürülüb və hadisənin araşdırılması Lev Şeyinə tapşırılıb. Ölən qızın atası ölkənin Meksikadakı səfiri, yaralı oğlanını atası Aleksey Şaxurin isə SSRİ aviasiya sənayesi xalq komissarı olub.

Təcrübəli müstəntiq asanlıqla müəyyən edib ki, aşiq oğlan qızı, sonra isə özünü güllələyib. Məlum olub ki, Nina Moskvada qalmaq istəməyib və atasının səfir təyin olunduğu Meksikaya getməyə qərar verib. Mübahisə ölümlə nəticələnib. Lakin gizli qalan məsələ oğlanın Almaniya istehsalı olan “Valter” tapançasını haradan alması olub. Ölü Volodya artıq bu suala cavab verə bilmədiyi üçün Şeyin komissarın dəbdəbəli mənzilində axtarış aparmaq qərarına gəlib.

Axtarışın nəticələri hər kəsi şoka salıb. Oğlanın otağında tapılan gündəlikdə “qızıl gənclik” nümayəndələrinin “Dördüncü Reyx” adlı gizli təşkilat yaratdıqları məlum olub. Onun liderləri Reyxsfürer titulunu daşıyıblar, ondan sonra qruppenfürer, standartenfürer və s olub. Bundan əlavə, gündəlikdə Hitler, Göbbels və Nitsşedən çoxsaylı sitatlar yazılıb. Bildirilib ki, qrup üzvləri fövqəlbəşər olmaq üçün fəal idmanla məşğul olmalı, yaxşı oxumalı və intellektual inkişaf etməlidirlər. Son məqsədin təşkilatın çevriliş yolu ilə deyil, dinc yolla hakimiyyətə gəlməsi olub.

Təşkilatdakı yeniyetmələr arasında siyasi büro üzvü və dövlətin ən yüksək vəzifəli şəxslərindən biri Anastas Mikoyanın övladları Vano və Serqo Mikoyan, Stalinin qohumu Leonid Redens, Dövlət Plan Komitəsinin sədr müavininin oğlu Feliks Kirpiçnikov, Moskva xəstəxanalarının rəhbərinin oğlu Pyotr Bakulev də olub. 175 saylı elit məktəbdə oxuyan yeniyetmələrlə birgə Stalinin, Beriyanın, Molotovun və sovet nomenklaturasının digər nümayəndələrinin övladları da təhsil alıblar.

Sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinə həvalə olunan işə təcrübəli təhlükəsizlik zabitit Lev Vlodzimirski, xalq komissarının müavini Merkulov rəhbərlik edib. Hadisə dərhal Stalinə çatdırılıb və o, “zəngin” uşaqlarla bağlı qərar verməli olub. Xüsusi təhlükəli cinayətkarların saxlandığı həbsxanaya yerləşdirilən yeniyetmələr altı ay orada qalsalar da, yüksək vəzifəli şəxslərin övladları olduğu üçün onlara qarşı hər hansı işgəncə tətbiq olunmayıb. İzahatlarda məlum olub ki, Vano Mikoyan evdən atasının “Valter” tapançasını oğurlayaraq təşkilatın rəhbəri Şaxurinə verib.

Həmin illərdə bu cür hərəkətlərə görə, 20-25 illik həbs və ya güllələnmə cəzası verilib. Lakin onların valideynləri Stalinin boğazında sümük kimi ilişib qalıb. Çünki müharibə zamanı bu qədər rəhbərin dəyişdirilməsi müşkül məsələ olub və yeni kadrların tapılması real görünməyib. Sonda Stalin güzəştə gedib. Varlı uşaqlar bir il müddətinə Sibir, Orta Asiya və Uralın ucqar şəhərlərinə göndərilib. Lakin elitanın əsas hissəsinin degenerasiyası, xüsusən də Stalinin pülümündən sonra davam edib.

İlkin Nəcəf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri