Icma.az
close
up
RU
SSRİ dən Azərbaycanın taleyini dəyişən qərar: 114 necə 86 oldu? Erməni detalı

SSRİ dən Azərbaycanın taleyini dəyişən qərar: 114 necə 86 oldu? Erməni detalı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər regionda müşahidə olunan geopolitik dəyişikliklər, Azərbaycanın suverenliyini bərpa etməsi, eyni zamanda Ermənistanla sülh danışıqları fonunda Zəngəzur və digər tarixi torpaqlarımızın geri qaytarılması məsələsi təkrar gündəmə gətirilir.

Xüsusilə 1918-ci il mayın 29-u İrəvanın ermənilərə rəsmi şəkildə verilməsi xatırladılır. Hətta bu istiqamətdə beynəlxalq səviyyədə prosesin başladılması və dövrün sənədlərinin müzakirəyə çıxarılmasına dair təkliflər də səsləndirilir. Bəzi ekspertlər isə bunun doğru olmadığını düşünür.

Ümumiyyətlə, hazırda Ermənistanın tərkib hissəsi kimi tanınan İrəvan və Zəngəzur kimi ərazilər üçün Bakının beynəlxalq səviyyədə proses başlatması nə dərəcədə real görünür? Belə bir şey hansı əsaslarla mümkün ola bilər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, beynəlxalq səviyyədə tanınan dünya xəritəsi Birinci Dünya müharibəsindən sonra Paris Sülh Konfransında qəbul olunub:

“İkinci Dünya müharibəsindən sonra bir çox dövlətlərin parçalanması və ya sərhədlərin dəyişməsi kimi hadisələr müşahidə olundu. Lakin Cənubi Qafqaz regionunun da əks olunduğu həmin xəritələrdə Azərbaycanın ərazisi ümumilikdə 114.000 kvadrat kilometr göstərilirdi.

Əgər bütün sivil dünya və beynəlxalq aləm SSRİ-nin, yəni təqribən 70 il mövcud olmuş bir qurumun qəbul etdiyi qərarları rədd edirsə, belə olan halda, Sovet İttifaqının Azərbaycan torpaqlarını öz sərhədlərinə qatması və həmin ərazilərin bir hissəsini Ermənistana verməsi ilə bağlı qərarları da tanınmamalıdır.

Həqiqətən də beynəlxalq hüquqa əsaslanır və onu rəhbər tuturuqsa, o zaman bu gün Azərbaycanın əraziləri 86.600 kvadrat kilometr deyil, 114.000 kvadrat kilometr kimi qəbul olunmalıdır. 1918-ci ildə İrəvanla bağlı qərar artıq qəbul olunmuşdu, amma Qərbi Zəngəzurun və bir sıra ərazilərin Azərbaycanın tərkibində göstərildiyi xəritələr də var. Versalda Paris Sülh Konfransı zamanı təsdiqlənmiş, Fransa tərəfindən tərtib edilmiş xəritədə də bu, aydın görünür”.

Politoloqun sözlərinə görə, ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi böyük bir planın tərkib hissəsi olub:

“Bu plan həm Azərbaycana qarşı təxribat xarakteri daşıyıb, həm də ümumilikdə türk coğrafiyasını bölmək, əlaqələri kəsmək məqsədi ilə hazırlanıb. Plan birgünlük olmayıb, davamlı şəkildə həyata keçirilib. Ermənistan ərazisinin genişləndirilməsi və “Böyük Ermənistan” xülyası ilə erməni cəmiyyətinə yeridilən ideyaların əsas məqsədi də bu idi.


Xəyal Bəşirov

Bugünkü beynəlxalq hüquq Azərbaycanın ərazisini 86.600 kvadrat kilometr olaraq tanıyır. Qarabağın işğaldan azad edilməsi ilə bağlı atdığımız addımlar bir sıra dövlətlər tərəfindən fərqli şəkildə qəbul olunur. Həmin ölkələr də Azərbaycanın ərazi bütövlüyünü bu ölçülərlə tanıdıqlarını bəyan ediblər.

Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Biz güc yolu ilə ölkəmizə qarşı tətbiq edilən təzyiqlərə cavab vermişik və bundan sonra da belə olacaq”.

Xəyal Bəşirov qeyd edib ki, Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməyib:

“Əksinə, Ermənistan beynəlxalq hüquqla tanınmış Azərbaycan ərazilərini güc yolu ilə işğal edib. Bu gün də Bakıya qarşı müəyyən dairələr tərəfindən təxribat xarakterli fikirlər səsləndirilir. Guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var, biz o ölkəyə “Qərbi Azərbaycan” kimi baxırıq və s. bənzəri iddialar gündəmə gətirilir.

Əslində, “Qərbi Azərbaycan” ifadəsi tarixi bir toponimdir. Bu, rəsmi xəritələrdə yer almasa da, xalq arasında yayılmış, yaddaşlara hopmuş bir anlayışdır. Onu heç kim dəyişə bilməz.

Hazırda gündəmə gətirilən Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsi ərazi iddiası deyil. Bu, ümumiyyətlə siyasi məsələ hesab olunmamalıdır, hüquqi əsaslıdır. Uzun illər ərzində pozulmuş fundamental hüquqların bərpası ilə bağlıdır.Mövzunu siyasi müstəviyə çəkmək, məqsədi təhrif etməkdir. Həm həmin insanların, həm də onlara dəstək verən vətənpərvər vətəndaşların və dövlətimizin müdafiə etdiyi bir mövqedir. Gözlənilən qayıdış hüquq prinsipləri çərçivəsində, dinc və qanuni yollarla baş verməlidir.

Politoloq vurğulayıb ki, Azərbaycanın tarixi torpaqları – Zəngəzur, İrəvan, Meğri və digər regionlar tarixi həqiqətdir:

“Bu tarixi heç kim dəyişə bilməz. Bəlkə də tarixi geriyə qaytara bilməyəcəyik. Lakin baş verən hadisələr tam reallıqdır, vaxtilə azərbaycanlılar həmin ərazilərdə yaşayırdılar. Əgər bu gün dünya həmin torpaqları beynəlxalq səviyyədə Ermənistanın ərazisi kimi tanıyırsa, beləliklə, zamanında orada yaşamış insanların hüquqları da nəzərə alınmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri