Icma.az
close
up
RU
SSRİ ni çökdürən hücum planı Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?

SSRİ ni çökdürən hücum planı Tramp Putinə Qorbaçovun taleyini hazırlayır?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın 1988-ci ildə Moskvaya səfəri yenidən gündəmə gəlib. Bundan cəmi 3 il sonra SSRİ-nin dağılmasına isə xüsusi diqqət çəkilir. Həmin dövrdə də ABŞ Rusiya ilə ritorikanı yumşaltmış, Reyqan SSRİ lideri Mixail Qorbaçovla mehriban münasibət yaratmışdı. Bəzi ekspertlər hesab edir ki, Vaşinqton SSRİ kimi nəhəng imperiyanı, totalitarizm yuvasını yumşaq güclə, dialoqla, "mehribanlıqla" yıxdı.

Hazırda ABŞ Prezidenti Donald Tramp da Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrini yaxşılaşdırır. Ukrayna müharibəsində Moskvaya ciddi güzəştlər edilir. Hətta bu il mayın 9-da Trampın Moskvaya səfər edəcəyi, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illik yubileyi ilə bağlı Qırmızı Meydanda keçiriləcək paradı Putinlə birgə izləyəcəyi deyilir. Həmçinin Çin prezidentinin də liderlər sırasında yer alacağı iddia olunur.

ABŞ-ın Rusiya ilə bağlı 37 il öncəki planı yenidən işə düşə bilərmi? Ağ Ev eyni taktikadan istifadə etməklə bu ölkəni parçalamağa çalışır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, 1980-ci ildə hakimiyyətə gələn Ronald Reyqan o zaman SSRİ-ni "Şərq imperiyası" adlandırmışdı:

"O, hakimiyyətə gələndə İranda inqilab baş verdi, mollalar hakimiyyəti ələ aldı. Həmçinin SSRİ Əfqanıstanı işğal etməyə cəhd göstərdi. Sovet İttifaqı bu ölkəyə hücumla faktiki olaraq ABŞ-ın tələsinə düşmüş oldu. İttifaq elə həmin müharibənin nəticəsində zəiflədi və süqutunu tezləşdirdi.

(Reyqan və Qorbaçov, Cenevrə sammiti, 1985)

O zaman ABŞ özünün "ulduz müharibələri" proqramını bəyan edərək SSRİ-ni sürətli silahlanmaya məcbur buraxdı. Bu da imperiyanın iqtisadiyyatını çökdürməklə bərabər, keçmiş postsovet məkanı və Varşava Paktı ölkələrinin zəifləməsinə gətirib çıxardı.

1985-ci ildə Ronald Reyqan ilə Milxail Qorbaçov Reykyavikdə bir araya gəldilər. Ardınca isə Reyqanın Moskvaya səfəri baş tutdu. O zaman əslində ABŞ-SSRİ yaxınlaşmasının səbəbləri başqa idi. Vaşinqtonla Qərb blokunun gücü Sovet İttifaqı və Şərq blokunun gücündən çox idi. Artıq SSRİ-nin çökdürülməsi ilə Şərqi Avropanı imperiyanın təsirindən çıxarmaq prosesi başlamaq üzrə idi. Polşada start verilən anti-kommunist, anti-sovet prosesi daha sonra bütün Varşova Paktı ölkələrinə yayıldı. Beləliklə, SSRİ güc itirməyə başladı".

Politoloq bildirib ki, Reyqan, şübhəsiz, ABŞ-ın gəlib-geçmiş ən yaxşı prezidentlərindəndir:

"O, sovetləri döyüşmədən, yumşaq güclə məğlub etdi. Nəticədə SSRİ-nin Əfqanıstanda bataqlığa ilişməsi, iqtisadiyyatının çökməsi qaçılmaz oldu. Hazırda biz yenidən Rusiya və ABŞ arasında yaxınlaşmanın olduğunu görürük. Amma Donald Trampın Ronald Reyqanın yolu ilə getdiyini düşünmürəm. Reyqan bu məsələləri öz müttəfiqləri ilə birlikdə həyata keçirirdi. O zaman Qərb dünyası həm də çox nəhəng liderlər ilə zəngin idi. Belə ki, Böyük Britaniyanın başında "dəmir ledi" ləqəbli Marqaret Tetçer, Almaniyada Helmut Kohl kimi kansler, Fransada François Miterand kimi lider vardı. Qərbin 4 aparıcı ölkəsinin lideri xarizmatik idi. Yəni SSRİ-nin çöküşü həm də Qərbin ortaq işi idi. Hazırkı dönəmdə ABŞ-ın başında Tramp kimi xarizmatik şəxs olsa da, Avropada ciddi simalar yoxdur.

Həmçinin ABŞ siyasəti də 40 il öncədən fərqlənir, Ağ Ev rəhbəri müttəfiqlərini aşağılayır. Reyqandan fərqli olaraq o, tək hərəkət edir. Rusiyada SSRİ-nin üzləşdiyi problemlərdən dərs çıxarıb. Hesab edirəm ki, buna görə Tramp Reyqanın etdiklərini təkrarlaya bilməyəcək".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Mart 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri