Icma.az
close
up
RU
SSRİ yə məxsus təyyarəni qaçıran AZƏRBAYCANLI KİMDİR? TARİXÇİ FAKTLARI AÇIQLADI FOTO

SSRİ yə məxsus təyyarəni qaçıran AZƏRBAYCANLI KİMDİR? TARİXÇİ FAKTLARI AÇIQLADI FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Sovet İmperiyası tarixinə bir çox azərbaycanlının düşməsi ilə bağlı internetdə kifayət qədər geniş məlumat yer alıb. Daha bir həmyerlimizin o dönəmdə cəsarətli addımı ilə bağlı tarixçi Zaur Əliyev öz sosial şəbəkə hesabında paylaşım edib.


Avtosfer.az xəbər verir ki, Zaur Əliyev paylaşımında 1985-ci ilin 19 dekabrında Sovet İttifaqı rəhbərliyi gözlənilməz bir hadisə ilə sarsıldığını qeyd edib. Bildirib ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin  yeni seçilmiş baş katibi Mixail Qorbaçova zəng gəlir və təyyarənin qaçırılması ilə bağlı ona məlumat verilir:
“- Yoldaş baş katib, Sovet təyyarəsi oğurlanaraq Çin Xalq Respubilasına uçmuşdur. Yakutsk Mülki Aviasiya Administrasiyasının 42845 saylı AN-24 təyyarəsi Yakutsk - Çita - İrkutsk marşrutu üzrə 101/435 reysi Çitaya yaxınlaşırdı ki, dispetçer gözlənilmədən təyyarədən kursu dəyişməli və cənuba getməli olduğu barədə şifrəli mesaj aldı. Dispetçer bu barədə Çita şəhər rəhbərliyinə məlumat verib. Tapşırığınız necə olacaq?
Qərar təyyarəni və qaçıranın dərhal geri gətirilməsi üçün Çin rəhbərliyi ilə əlaqə qurulması olur.


Məlum olur ki, təyyarəni qaçıran, ikinci pilot 1952-ci ildə anadan olan Şamil Hacı oğlu Əlimuradov imiş.
Təyyarə Çitaya yaxınlaşdığı anda Əlimuradov kapitanın kabinəsinə daxil olaraq evdə hazırlanmış bıçaqla onu təhdid edib və kursun Çinə yönəldilməsini tələb edib. Kapitan xüsusi düymə vasitəsilə təyyarənin qaçırılması barədə dispetçerə siqnal göndərə bilib. Bütün cəhdlərə baxmayaraq, Şamil uçuş kursunun dəyişdirilməsində israr edib və nəticədə təyyarə Çin ərazisinə enib. Təyyarə yerli saatla 14:30-da Çin kənd təsərrüfatına aid bir sahəyə enib. Yerli kolxozun sədr müavini hadisəni müşahidə etdikdən sonra hüquq-mühafizə orqanlarına xəbər verib. Saat 20:00 radələrində hadisə yerinə çatan Çin rəsmiləri ilə aparılan danışıqlardan sonra Əlimuradov təslim olub və siyasi sığınacaq istəyib. Çin hakimiyyəti sərnişinləri şəhərə apararaq onlara geyim, yemək və gecələmə şəraiti yaradıb. Əlimuradov isə nəzarət altına alınıb və Harbin şəhərinə aparılıb. Burada verdiyi izahatda SSRİ-də qarşılaşdığı çətinliklər, psixiatriya xəstəxanasına məcburi yerləşdirilməsi və təzyiqlər səbəbindən ölkədən qaçmaq qərarı verdiyini bildirib. O, “Düşmənin dostu, dostumdur” prinsipi ilə hərəkət etdiyini vurğulayıb". 
Zaur Əliyev araşdırmasında bildirib ki, 4 mart 1986-cı ildə Harbində keçirilən məhkəmə prosesində SSRİ diplomatlarının da iştirakı ilə Əlimuradov 8 il azadlıqdan məhrum edilib.
 "Cəza müddəti ərzində Çin qəsəbələrində yaşayıb, rus dili müəllimi kimi çalışıb və Çin vətəndaşı ilə ailə qurub. 1989-cu ildə o, SSRİ-yə qaytarılıb və 1990-cı ilin iyununda Yakutskda yenidən 5 il həbs cəzası alıb. Həmin müddətdə birinci həyat yoldaşı Çində avtomobil qəzasında dünyasını dəyişib və Əlimuradov qızını yanına gətirib. Qaçırılan AN-24 təyyarəsi 1986-cı ilin yanvarında SSRİ-yə qaytarılıb, təmirdən sonra yenidən uçuşlara buraxılıb. Təyyarə 2000-ci ildən etibarən Yakutsk hava limanında saxlanılır". 


Qeyd edək ki, hazırda Şamil Əlimuradov Rusiyada sahibkarlıqla məşğuldur, “Vahid Rusiya” partiyasının üzvüdür, ailəlidir və bir oğlu var.


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 İyun 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri