Stadionda yanğın oldu, oyun təxirə salındı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İsveçrə Super Liqasının bu gün keçirilməsi planlaşdırılan "Tun" - "Bazel" oyunu təxirə salınıb.
QOL.az "L`Equipe"yə istinadən xəbər verir ki, buna səbəb "Bazel" klubunun "St. Jakob-Park" stadionundakı paltardəyişmə otaqlarında yanğın olmasıdır. Yanğın 10 aprel cümə günü axşam saatlarında naməlum səbəblərdən baş verib.
Yanğın zamanı heç kim xəsarət almayıb.
İsveçrə Futbol Liqası hadisə səbəbindən matçın təxirə salındığını təsdiqləyib. "Bazel" isə paltardəyişmə otaqlarına, duşlara, ofislərə və avadanlıqlara, o cümlədən ayaqqabı və məşq ləvazimatlarına dəyən ziyana görə "Tun" ilə səfər matçını oynaya bilməyəcəyini açıqlayıb.
Bildirilib ki, görüşün təxirə salınması hər iki komandanın oyun cədvəlini pozur və yeni tarix daha sonra təyin olunacaq. "Bazel" hadisənin səbəbini müəyyən etmək üçün hakimiyyət orqanları ilə tam əməkdaşlıq edəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















