Icma.az
close
up
RU
Stalinin kölgəsində çəkilmiş şəkil: Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

Stalinin kölgəsində çəkilmiş şəkil: Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Sevda Quliyevanın yazısını təqdim edir.

Görəsən, əzizlədiyimiz xatirələr hansı rəngdədir? Xatirələrin neçə rəngi var? Onların rənginin ya ağ, ya da qara olduğunu düşünürəm. Yaşadığı ömür insanın yaddaşında daha çox iki cür qalır: yaxşı və pis. Yaxşı hadisələr ağ rəngdə, pis hadisələr isə qara rəngdə.

Qəlbimzin dərinliyinə hopmuş xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, ürəyimiz açılır. Onların qanadında keçmişə dönür, xoşbəxt günlərimizi gözlərimizin önündə yenidən canlandırırıq.

Bəzi xatirələrimiz o qədər çox kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir, yanaqlarımızda şeh damcılarına bənzəyən yaş gilələnir. Elə xatirələr də var ki, heç onun səmtinə nə əl uzatmaq, nə də baxmaq istəyirik. Sanki kövrələcəyimizdən, xatirələrin ağırlığından qəddimizin bir daha düzəlməyəcəyindən qorxuruq.

Bir zamanlar bu şəkildəki dörd nəfərin bir daha bir yerə toplaşmamaq düşüncəsidən qorxduğu kimi.


Şəkil 1936-cı ildə Bakı şəhərində çəkilmişdir. Dörd nəfər oturub: Ata, Ana, Qardaş, Bacı. Bu onların ömründəki ən xoşbəxt günlərindən biridir və çox təəssüf ki, bu an bir daha təkraralanmayacaq, elə xatirələrdə də yaşayacaq. Hüseyn Cavid və onun ailəsinin acılı-şirinli xatirələri elə fotolarda qalacaq. Bu gün Hüseyn Cavid ailəsinin xatirə kitabını vərəqlədikcə o səhifələrdə nakam qalmış arzularda sağa-sola burulan yolların sonu görünmür. Günlər ötüb arxada qaldıqca xatirələrdə üst - üstə qalaqlanır, xatirə kitabının vərəqinin sayı artır.

Mişkinaz və Turan xanımın ömür kitabını vərəqlədikcə kövrək xatirələr bir anlıq əlimdən tutub məni onların ömrünün səssiz-səmirsiz ötən çağlarında yaşanan günlərinə aparır.....

Turan xanım öz məktəb illərinə aid xatirələrində qeyd edir:

“Hər ikimizi o yola salırdı. Səhərlər ananı oyatmağa ürəyi gəlmirdi. Biz duranda artıq çay süfrəsi də, geyim - keçimimiz də hazır olurdu. Çox diqqətliydi. O dövrün insanlarında böyük sadəlik vardı, bu da, görünür ki, onların daxili zənginliklərindən irəli gəlirdi. Dərslərimizlə maraqanırdı, yaşımıza uyğun olmayan kitabları oxumağa qoymazdı".

Bu xoşbəxt ailə tablosunu bir həyat yoldaşı kimi Mişkinaz xanım öz xatirələrində bu cür davam etdirir:

“1929-cu ilin yay ayında biz hamımız yenə də Borjomda istirahət edirdik. Şəhərin bağlı – bağatlı bir yerində otaq tutmuşduq. Adətən, səhər, günorta, axşam yeməklərini evdə yeyərdik. Mən xoşlardım ki, uşaqlara və Cavidə özüm bişirdiym yeməklərdən yedirdim”.

Ancaq o günlərin yemək qayğısının sonralar, sadəcə, bir xoşbəxtlik olduğunu kim bilə bilərdi ki:

“1939-cu il iki iyul saat on ikidə görüş verəcəkdilər. Üçümüz də əlimizdə şeylər durmuşuq qapının qabağında. Fikirləşirəm nə halda görəcəyik?
Cavid qapıya yaxın tərəfdəydi. Əlləri dizlərinin üstündə. Gözünü qapıya zilləyib oturmuşdu. Qapıdan girən kimi mən gördüm. Adam çox oluğu üçün, bir də ki, gözlüyü gözündə yoxdu, tez görə bilmədi.

Yaxına gələn kimi dik qalxdı ayağa. Qollarını açıb üçümüzü birdən qucaqladı. Birinci sözü bu oldu:
– Dünən niyə gəlmədiniz?
– Çatdıra bimədim.

Uşaqları bir də ayrı-ayrı qucaqladı. Uzun müddət görmədiyi üçün ona nə qədər böyümüş görünürlər. Elə həsrətlə baxırdı ki ... Ürəyinə dammışdı ki, bu görüş axırıcı dəfədi... Xeyli arıqlamışdı. Rəngi qaçmışdı. İkimiz yan-yana oturduq. Uşaqlar da bir tərəfdə. Bir qolun açıb ikisini də özünə tərəf sıxmışdı".

Ancaq bu görüş də bir xoşbəxtlik imiş. Ailənin hər bir üzvü sağdır. Yenə bir arzunun qanadlarındaydılar. Hər birinin bir ümidi var idi – bir gün yenidən bir yerdə olmaq. Baba Sibirdən dönəcək, Ərtoğrol əsgərlikdən qayıdacaq. Ailə xoşbəxt günlərinə yenidən qovuşacaq. Ailənin birliyi sadəcə xoşbəxtlik üçün deyil, onların sağlamlığı üçün də gərəkli idi. Ərtoğrol Naxçıvanda ağır xəstəlik ilə savaşarkən sağalmağın yolunu ailəsinin bir arada olmağından asılı olduğunu vurğulayırdı. Ailəsinə 1943-cü il avqust ayının 29-da yazdığı məktubunda qeyd edir:

“Yalnız bir məsələ düşündürür. Sizin Naxçıvana gəlməniz. Tezliklə bir yerə toplansaq nə böyük sevinc olar?.. Hamısı sizdən asılıdır. Hələlik. Bərk-bərk öpürəm”.

Ərtoğrol bunları 1943-cü ildə arzulamışdı. Ömrünün son günlərində. Ancaq qismət...Ailənin yenidən qovuşması illər sonra mümkün oldu. Əsrə bərabər illərdən sonra. Bu ağır missiya ailə başçısının deyil, zamanın siyasi Liderinin və ailənin sonbeşiyinin çiyinləri üzərinə düşdü. Bu kənardan göründüyü kimi ailə fərdlərinin bir türbə daxilində yenidən qovuşması – sadə proses deyildi. Qanlar hesabına yaradılmış bir imperiyaya əsər edəcək siyasi gücün nəticəsində mümkün oldu:

“Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin var, məqbərəni tikirlər" - dedi. "Bəli, eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm. "Çox gözəl", - dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, layihəsi təsdiq olundu və mən anamın və Ərtoğrolun məqbərəyə köçürülməsini Əliyevə deyə bilmədim. Çox əzab çəkirdim. 1996-cı ilin iyunun 21-də Vəli Axundovun 80 illik yubileyi Akademiyada keçirilirdi. Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə bilərəmməhz 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdur. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: "nə sözün var, de". Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. - "De, çəkinmə, de, nə demək istəyirsən, de". "Ərtoğrolun da məqbərəyə köçürülməsini istərdim". Dərhal razılaşdı. Yenə diqqətlə üzümə baxdı. "Deyəsən, sözün bitməyib". "Sizə təşəkkür üçün bütün sözlər azdı", - dedim. "Yenə sözün varsa, de, çəkinmə". "Anam onlardan ayrı qalır". "Onun da məqbərədə olmasını istəyirsən?" "Bəli" - dedim. "Çox istəyirsən?". "Çox!" "İstəyirsən, tapşırım".

Ailənin 3 üzvü 57 ilin ayrılığından sonra cismən belə qovuşdu. 65 ilin həsrətindən sonra – 2004-cü ildə də böyük ürək sahibi Turan ilə – ailənin sonuncu üzvü ilə qovuşdular.

Məni başa salın, çarşab, baş örtüsü nə deməkdir? - Lalə Bağırova Ağadadaş Ağayev kimdir? Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri