Icma.az
close
up
RU
Starlink qiymətləri və yerli bazar: Azərbaycanlı istifadəçiləri nə gözləyir?

Starlink qiymətləri və yerli bazar: Azərbaycanlı istifadəçiləri nə gözləyir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"SpaceX" şirkətinin "Starlink" peyk internet xidməti artıq Azərbaycanda aktivləşdirilib. İstifadəçilər bu xidmətdən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunə haqqı ödənilməlidir.

Bəs görəsən, "Starlink" bazara daxil olandan sonra yerli provayderlər qiyməti qaldıra bilərmi? Provayderlərimiz "Starlink"i necə qarşılayacaqlar?

İnternet texnologiyaları üzrə ekspert Vahid Qasım Oxu.Az-a mövzu ilə bağlı danışıb.

O qeyd edib ki, "Starlink" şirkətinin bazara daxil olması heç bir mənaya gəlmir:

"Şirkət Azərbaycanda fəaliyyətə bir neçə ay əvvəl başlayıb. Amma layihənin startı ertələnirdi. Yalnız "Starlink"in qonşu ölkədə işə başlaması xəbərindən sonra Azərbaycanda fəaliyyətinə start verildi. "Qonşudan qalma geri" məntiqi ilə çox da istənməyən bir şirkət bazara buraxıldı.

"Starlink"in xidməti peyk texnologiyasına əsaslanır və Azərbaycan ərazisində əvvəllər mövcud olmayan texnologiyadır".

Ekspert şəbəkəyə qoşulmağın kifayət qədər bahalı avadanlığın alınmasını tələb etdiyini deyib:

"Buna görə də onun normal fərdi istehlakçılar tərəfindən istifadə olunması real görünmür. Bu cəhətdən qiymətləndirmə siyasətinin digər internet qoşulmalarına təsirinin olacağını zənn etmirəm.

Eyni zamanda, Azərbaycanda minimum genişzolaqlı trafikin 100 Mbps sürətinə yüksəlməsi ilə minimal qiymətlərin artırılması yeni baş verib. Bunun fonunda narazılıq dalğası da yenidir. Bu fakta əsaslansaq, yaxın müddətdə internet xidmətlərinin bahalaşacağını düşünmürəm.

Ümumiyyətlə, "Starlink" mövcud internet bağlantılarına rəqib deyil, əlavədir. Fors-major hallarda internetimizin daha stabil olmasını təmin edə bilən texnologiyadır. Ondan ehtiyat etmək yox, istifadə etmək lazımdır".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri