“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çərşənbə axşamı orbitə buraxılan növbəti peyklər qrupu nəzərə alınmaqla, fəaliyyətdə olan “Starlink” peyklərinin sayı 10 min 20 ədədə çatıb.
AZƏRTAC xəbər verir ki, “SpaceX” şirkətinin məlumatına görə, 2019-cu ilin may ayından bəri orbitə 11 min 500-dən çox internet peyki buraxıb. Bunlardan bəziləri sıradan çıxıb və ya orbiti tərk edib.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Şirkət növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 34 minə çatdırmağı planlaşdırır.
Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 160-dan çox ölkə və ərazisini əhatə edir. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də yararlanırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Mart 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















