Icma.az
close
up
RU
Startap rəhbəri: Bizim üçün oyunlar sadəcə texniki məhsul deyil, yaradıcılıq və incəsənətdir MÜSAHİBƏ

Startap rəhbəri: Bizim üçün oyunlar sadəcə texniki məhsul deyil, yaradıcılıq və incəsənətdir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 fevral, Vüsalə Səfərova, AZƏRTAC

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi zamanda kompüter oyunları sənayesi də yeni ideyalar və yerli təşəbbüslərlə diqqət mərkəzinə çevrilir. Gənclərin yaradıcılıq potensialını və texnoloji biliklərini bir araya gətirən oyun istehsalı layihələri həm əyləncə, həm də iqtisadi baxımdan mühüm sahə kimi formalaşır. Bu istiqamətdə fəaliyyət göstərən startaplardan biri də yerli və beynəlxalq bazar üçün kompüter oyunlarının istehsalını həyata keçirən “Nomadman Studio” layihəsidir. Buna görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Nomadman Studio” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib.

AZƏRTAC-a müsahibə verən layihə rəhbəri İlqar Alirzayev startapın fəaliyyəti, yaradılma ideyası və gələcək planları barədə ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:

- Əvvəlcə rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir?

- Layihəmiz oyun tərtibatı studiyasıdır. Əsas fəaliyyətimiz oyunların hazırlanması və oyun yaradıcılarına dəstək göstərməkdən ibarətdir. Bu dəstəyə təlimlər, konsultasiyalar, autsorsinq xidmətləri və müxtəlif inkişaf proqramları daxildir. Ölkədə təşkil olunan oyun və texnologiyayönümlü təlimlərdə aktiv iştirak edirik, eyni zamanda, öz proqram və təşəbbüslərimizi də həyata keçiririk. Xüsusilə yeni başlayan gənclər üçün real layihələr üzərindən təcrübə qazanacaqları və inkişaf edə biləcəkləri mühit yaratmaq əsas məqsədimizdir.

- Oyun sənayesinə daxil olmağa sizi nə sövq etdi? Belə bir təşəbbüs irəli sürməkdə sizi ilhamlandıran nə oldu?

- Oyunlara olan marağım uşaqlıqdan formalaşıb və bu maraq zamanla məni oyunların yaradıcı tərəfini araşdırmağa, yeni ideyalar üzərində işləməyə və öz məhsullarımı ortaya qoymağa təşviq edib. Bu istiqamətdə ilk ciddi addımım “Hoqqa” kart oyunu ilə başladı. “Hoqqa” ölkədə müəlliflik hüquqları ilə rəsmi qeydiyyata alınmış ilk yerli sosial kart oyunlarından biridir. Bu təcrübədən sonra startap ekosistemində fəaliyyət göstərməyə başladım və oyun sənayesinin həm yaradıcı, həm də biznes tərəfini daha dərindən tanıdım. Bu proses məni oyun sahəsində davamlı fəaliyyət göstərməyə təşviq etdi.

- Hazırladığınız startap nə qədər investisiya alıb və bu məbləğlə hansı işlər görülüb?

- Hazırda layihəmiz əsasən öz daxili resurslarımız hesabına fəaliyyət göstərir. Hələlik xarici investisiya cəlb etməmişik, lakin investisiya imkanlarına açığıq və uyğun tərəfdaşlıqlar üçün danışıqlara hazırıq.

- Oyunların hazırlanmasında hansı texnologiyalardan istifadə edirsiniz? Süni intellekt və ya yeni nəsil texnologiyalardan istifadə olunurmu?

- Oyunların tərtibatında əsasən “Unreal Engine” oyun mühərrikindən istifadə edirik. Süni intellekt alətlərindən isə yalnız ilkin mərhələlərdə, yəni ideya formalaşdırma, “brainstorming” və müvəqqəti kontent (“placeholder”) yaratmaq məqsədilə yararlanırıq. Yekun məhsullarda “AI-generated” kontentə yer vermirik. Çünki bizim üçün oyunlar sadəcə texniki məhsul deyil, eyni zamanda, yaradıcılıq və incəsənət formasıdır. Oyun üzərində çalışan insanların ideyaları, baxış bucaqları və yaradıcılığı son nəticədə əsas dəyəri formalaşdırır.

- Rəqabətli bazarda ön sırada olmaq üçün hansı strateji yanaşmalara üstünlük verirsiniz?

- Bu sahədə ən vacib amillərdən biri yaradılan oyunun unikal olmasıdır. Startap dili ilə desək, güclü USP (Unique Selling Point) formalaşdırmaq vacibdir. Bununla yanaşı, oyunçu təcrübəsi, mexanika dərinliyi və düzgün qurulmuş marketinq strategiyası da həlledici rol oynayır. Biz hər layihədə həm texniki, həm də yaradıcı tərəfdən fərqlənməyə, oyunçuda yadda qalan təcrübə yaratmağa fokuslanırıq.

- Oyun istehsalı prosesində qarşılaşdığınız əsas çətinliklər nələrdir? Yerli bazarda oyun istehsalı ilə məşğul olmağın spesifik tərəfləri varmı?

- Yerli bazar üçün əsasən daha kiçikmiqyaslı layihələr və maarifləndirici təşəbbüslər həyata keçiririk. Əsas kommersiyayönümlü layihələrimiz isə xarici bazara istiqamətlənib. Qarşılaşdığımız əsas çətinliklər komanda və büdcə balansı ilə bağlıdır. Güclü komanda olmadan keyfiyyətli layihə yaratmaq çətindir, lakin stabil büdcə olmadan da peşəkar komandanı saxlamaq mümkün deyil. Bu, oyun sənayesində tez-tez rast gəlinən davamlı bir dövrdür.

- Beynəlxalq platformalarla əməkdaşlıq imkanları varmı?

- Bəli, beynəlxalq platformalarla əməkdaşlıq imkanlarımız mövcuddur. Oyunlarımızın yayımı üçün “Steam” kimi qlobal platformalarla çalışırıq, eyni zamanda, xarici “publisher”lərlə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını da daim dəyərləndiririk.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri