Icma.az
close
up
RU
Status kvonun pozulması: Dünyanı silkələyə biləcək ssenari

Status kvonun pozulması: Dünyanı silkələyə biləcək ssenari

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında görüşdən sonra Vaşinqtonun Tayvanla bağlı mövqeyinin dəyişmədiyi açıqlanıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tayvan siyasəti ardıcıl qalır və Pekinin bu məsələni gündəmə gətirməsinə baxmayaraq, ABŞ öz mövqeyini qoruyur. O həmçinin xəbərdarlıq edib ki, Tayvan ətrafında status-kvonun zorla dəyişdirilməsi həm ABŞ, həm də Çin üçün ciddi nəticələr yarada bilər.ABŞ və Çin arasında Tayvan məsələsi gələcəkdə yeni hərbi qarşıdurmanın əsas səbəbinə çevrilə bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın Çinə səfəri və Çin sədri ilə keçirdiyi görüşlər beynəlxalq münasibətlərdə diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. Lakin Çin–ABŞ münasibətlərində hələ də həll olunmamış və strateji xarakter daşıyan əsas məsələlər mövcuddur. Bu məsələlərin ən başlıcası Tayvan problemidir.

“Tayvan məsələsi ABŞ üçün yalnız siyasi deyil, həm də geostrateji əhəmiyyət daşıyır. Çünki Tayvan yarımkeçirici istehsalı baxımından dünya iqtisadiyyatında mühüm rol oynayır və eyni zamanda ABŞ üçün Hind-Sakit okean regionunda Çinə qarşı strateji mövqenin əsas dayaqlarından biri hesab olunur. Buna görə də Vaşinqton Tayvanın təhlükəsizliyini və müdafiə imkanlarını ciddi şəkildə dəstəkləyir və bu məsələni Pekinə qarşı təzyiq vasitəsi kimi də saxlayır”, – deyə politoloq qeyd edib. O həmçinin bildirib ki, Çin tərəfi Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və ABŞ-nin regiondakı hərbi və siyasi dəstəyini münasibətlərə zərər verən əsas faktor kimi qiymətləndirir. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin dərinliyi tərəfləri açıq qarşıdurmadan çəkindirən əsas amillərdən biridir.

Politoloqun fikrincə, hər iki tərəf müəyyən məsələlərdə əməkdaşlıq etməyə çalışsa da, strateji ziddiyyətlər, xüsusilə Tayvan, Ukrayna–Rusiya müharibəsi və İran məsələsi kimi qlobal böhranlar münasibətlərdə gərginliyi saxlayır. Bu səbəbdən tərəflər daha çox balanslı və ehtiyatlı siyasət yürütməyə üstünlük verirlər.

Məhəmməd Əsədullazadə hesab edir ki, əgər Çin Tayvan istiqamətində hərbi müdaxiləyə əl atarsa, bu, ABŞ-nin birbaşa hərbi reaksiyası ilə nəticələnə bilər. Buna görə də hazırda tərəflər açıq hərbi qarşıdurmadan yayınmağa çalışırlar. Eyni zamanda Tayvan ətrafında hərbi aktivliyin artması və Çinin bölgədə logistika və blokada imkanlarını gücləndirməsi də müşahidə olunur.

“Tayvan məsələsi ABŞ–Çin münasibətlərinin əsas fundamental problemi olaraq qalır və yaxın perspektivdə bu problemin tam həlli real görünmür. İki ölkə arasında həm iqtisadi asılılıq, həm də geosiyasi rəqabət paralel şəkildə davam edir”, – deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 May 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri