Icma.az
close
up
RU
STEAM Azərbaycan Festivalında azyaşlı ixtiraçılar: gələcək bizə nə vəd edir? REPORTAJ

STEAM Azərbaycan Festivalında azyaşlı ixtiraçılar: gələcək bizə nə vəd edir? REPORTAJ

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

APA-nın Beynəlxalq STEAM Azərbaycan Festivalından reportajı

Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib

Noyabrın 17-i elm və təhsil nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.
Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.


Hazırda 21 STEAM mərkəzi fəaliyyət göstərir

Mərasimin açılış nitqini edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, hazırda 21 STEAM mərkəzi fəaliyyət göstərir: “41 məktəb və 6 min şagirdi əhatə edən bu layihə 300 mindən çox şagirdi, 400 mindən çox məktəbi özündə birləşdirir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanda STEAM layihələrinin təşkilinə və STEAM mərkəzlərinin qurulmasına nail olmuşuq”.
O qeyd edib ki, 5 il ərzində 25 mindən çox iştirakçı festivalda qeydiyyatdan keçib: “Ən çox qeydiyyat bu il olub. Qeydiyyatdan keçənlərin 5 mindən çoxu xarici vətəndaşdır. Ümumilikdə, bu tədbirdə 22 ölkə təmsil olunub”.

O həmçinin bildirib ki, Qarabağ Universitetinin tələbələri də bu yarışa qoşulub.

Festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.


Festivalda 22 ölkə təmsil olunur

Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.
STEAM 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra stendlərə yaxınlaşıb balaca ulduzlarla tanış olmaq, əl işlərini yaxından müşahidə etmək imkanımız oldu. PR baxımından yaxşı metod seçilmişdi.


“İnnosafe” adlı təlim mərkəzi yaratmışıq

Stendlərdən birinə yaxınlaşan kimi məktəbli qız cəld ayağa qalxıb bizi qarşıladı:

– Salam dostlar, adınız nədir?

Hələ adını bilmədiyim qız özünü və dostunu təqdim etdi:

– Mən Mədinə Ağamalıyeva, bu da dostum Aqil Abışlıdır.


Hansı məktəbdə oxuyursunuz?

– İkimiz də Bakı şəhəri 54 nömrəli tam orta məktəbin 8 “a” sinfinin şagirdləriyik.

– Şad oldum. Layihəniz barədə məlumat verə bilərsiniz?

Bu dəfə də Mədinə birnəfəsə layihə barədə məlumat verməyə başladı.

– Bu layihəmizdə “İnnosafe” adlı təlim mərkəzi yaratmışıq. Bu mərkəz yenilikçiliyi və təhlükəsizliyi özündə birləşdirib. Piyada keçidinə, işıqfora və piyada nişanına baxanda təhlükəsizliyi duymaq olur.

Təlim mərkəzinin içərisi daşlarla bəzədilib. Burada təbii şam qozalarını rəngləyərək ağac formasında dizayn etmişəm. Gördüyünüz kimi güllər, skamya və balaca dovşanımız var. Təlim mərkəzimizin içindəki rəf, stol, stul 3D printerdə çıxardılıb. Mən layihənin dizayn hissəsini, Aqil isə texniki hissəsini hazırlayıb. İndi isə texniki hissə haqqında danışmaq üçün sözü Aqilə ötürürəm.


Nəhayət, Aqilə növbə çatdı.

– Piyada keçidinin qarşısında işıqfor quraşdırmışıq. Bunu işıqfor modulundan istifadə edərək hazırlamışam.

Daha sonra layihədəki bot haqqında danışmağa başladı: “Bu hissədə bizi qarşılayan bir bot var. Bot bizi “xoş gəldin” deyib təlim mərkəzimizə ötürür, sonra isə geri qayıdır. Botu özüm qonaqları qarşılayacaq şəkildə proqramlaşdırmışam. İçəridə enerjiyə qənaət edən və optimal işıq səviyyəsini ayarlaya bildiyimiz elektrik enerjili ledlərimiz var. Bu led modulları həm enerjiyə qənaəti, həm də optimal işıq səviyyəsini ayarlamaq üçün nəzərdə tutulub. Mərkəzimizin digər funksionallığı isə zəlzələ və qaz detektorumuzun olmasıdır. Qaz və tüstü sensorundan istifadə edərək mikrobiti kodlaşdıraraq tüstü detektoru düzəltmişik. Həmçinin bizim zəlzələ detektorumuz da var. Burada həm işıq, həm də siqnal vasitəsilə bizə zəlzələ xəbərdarlığı edir”.

Doğrudan da masanın üzərindəki kiçik mərkəzi silkələdikdə siqnal və qırmızı işıqlar işə düşdü.

Bu maraqlı layihə barədə məlumat verdiklərinə görə onlara təşəkkür edib, uğur diləyərək digər stendlərə tərəf yollandıq.

Bir-birindən maraqlı, kreativ, o qədər gözəl layihələr və uşaqlar var idi ki, seçim etmək çox çətin idi. Vaxt az, yarışmaçı isə çox idi. Hər birinə yaxınlaşıb həmsöhbət olmaq çətin olsa da, kənardan göz gəzdirərək nə qədər uğurlu gənclərin olduğunu görmək, onlarla fəxr etmək çox fərəhli idi.


Yarışmaya Sahibkarlıq və innovasiya kateqoriyası üzrə qatılmışıq

Nəhayət, çətin də olsa, seçim edə bildik:

– Salam dostlar, uğur olsun. Adınız nədir? Hansı məktəbin şagirdlərisiniz?

– Salam, çox sağ olun. Biz İsmayıllı şəhəri, Eldar Məmmədov adına 3 nömrəli məktəb liseyində təhsil alırıq. Mən İmamverdiyeva Səadət, bu da dostum Əhməd Mustafayevdir.

– Şad oldum, yəqin ki, sinif yoldaşı deyilsiniz, – aralarındakı yaş fərqi aydın hiss olunurdu.

– Xeyr, mən 10-cu sinif şagirdiyəm, Əhməd isə 7-ci sinifdə oxuyur.

– Layihəniz çox maraqlı görünür. Məlumat verə bilərsinizmi?

– Çox sağ olun, əlbəttə. Yarışmaya Sahibkarlıq və innovasiya kateqoriyası üzrə qatılmışıq. Bu, ekoloji cəhətdən təmizliyi tam şəkildə qoruyan kanat layihəsidir ki, kanatda həm yükləri, həm də insanları uzaq məsafəyə daşımaq üçün istifadə olunur. Bu bir neçə mərhələdən ibarətdir. Biz ilk növbədə bu layihəni kiçik ideya şəklində düşünürük, yazırıq, çəkirik. Daha sonra həmin ərazinin infrastrukturuna, hava şəraitinə uyğun planlaşdırırıq. Biz layihənin maliyyə dəyərini də təqribi hesabladıq: 1 milyon 300 min manat edir. Reallaşdırılsa, qiymət arta və ya azala bilər.


– Layihə kimin ideyasıdır?

– Əhmədgilin dağlıq ərazidə yerləşən evi yanmışdı. Bu ideya bizdə elə yaranıb. Bu barədə özü danışsa, yaxşı olar.

Nəhayət, Əhməd danışmağa başladı:

– Bizim dağlıq ərazidə evimiz var idi. O yanandan sonra yeni ev tikmək məcburiyyətində qaldıq. Bu zaman relyefin çətinliyinə görə yük maşını sürücüləri oraya getmək istəmirdi. Mən də ağır yükləri daşıması üçün belə bir kanat düzəltmək qərarına gəldim. Kanat həm enerjiyə qənaət edir, həm uzaqdan idarə olunur, həm də ağır yükləri daşımaq qabiliyyəti var. Saniyədə 3-5 km sürətlə gedir. Bu kanat nəqliyyat infrastrukturu baxımından çox sərfəlidir. Karbon qazından istifadə etmədən enerjiyə qənaət edərək günəş panelləri ilə işləyir. Gələcəkdə bu layihə reallaşdırılsa, daha böyüyünü düzəltməyi fikirləşərik.

Onlara uğur diləyib, stendlərin arasında dolaşmağa yenicə başlamışdım ki, gözüm qardaş ölkə Türkiyənin bayrağına sataşdı. Bildim ki, bu istedadlı gənclər Türkiyədən gəliblər.

Yaxınlaşıb, adlarını soruşdum. Gənclərdən birinin adı Zeynəb Mevakoğlu, digərininki isə Mehmet Emir Çubukdur. Şişli Elm və İncəsənət Mərkəzinin 9-cu sinfində təhsil alırlar.

Bu dəfə də ənənəyə sadiq qalaraq xanım iştirakçı təqdimata başladı.


“Biomant” adlı layihəmizdən danışacağıq

– Bu gün sizə “Biomant” adlı layihəmizdən danışacağıq. Bu layihəmizdə biz 3 ölçülü bir filament istehsal etdik. Biz bu filamenti bio-parçalana bilən xammallarla hazırladıq, yəni bioplastiklə. Bu bio-parçalana bilən maddələr təbiətdə həll oluna bilən təbii maddələrdir. Biz bu maddələri evdə yaranan qida tullantılarından, yəni istifadə etdiyimiz tərəvəz və meyvələrin atılacaq qabıqlarından əldə etdik.
Zeynəb təqdimata elə başladı ki, elə bildim hansısa mötəbər tədbirdə aparıcı təqdimatına baxıram. Nitqi o qədər səlis, rahat və özünəinamlı idi ki, gələcəkdə çox uğurlu olacağını təxmin etmək elə də çətin deyil.


– Əvvəlcə, bu qabıqları qurudub toz halına gətirdik və bu tozlardan xammal əldə etdik. Daha sonra onları su, qliserin, jelatin, sirkə və qarğıdalı nişastası ilə qarışdıraraq bioplastik hazırladıq. Bu bioplastikin ən yaxşı halını əldə etmək və normal plastik kimi istifadə oluna bilməsi üçün müxtəlif testlər apardıq. Ən önəmli testlərdən biri də mexaniki xüsusiyyətləri yoxlamaq idi. Bu məqsədlə elastiklik və davamlılıq testləri etdik. Eyni zamanda axıcılıq müqavimətini ölçmək üçün də testlər apardıq. Məncə, ən vacibi filamentə çevrilə bilməsi üçün onun ərimə temperaturunu və bərkimə müddətini bilməyimizdir. Bu səbəbdən ərimə və bərkimə testləri apardıq. Alternativ plastik hazırlayırıqsa, bu materialın torpaqda və suda həll olub-olmamasına da baxmaq lazımdır. Ona görə də torpaqda və suda həll olma testləri keçirdik. Çünki bu bioplastiklər geyim sahəsində istifadə oluna bilər, ona görə də işıq keçirmə qabiliyyətinə də baxdıq. Bunun üçün də işıq keçirmə testləri apardıq. Ardını da Emir danışsın.

Emir Zeynəbin dediklərini tamamladı:

– Bütün bu testlərdən sonra sınadığımız üç fərqli təbii qida tullantısından ən yaxşı nəticəni nardan aldıq. Nar qabığı hər sahəyə uyğun nəticələr verdi. Biz də bu nar qabığından hazırladığımız bioplastiki ekstruder cihazından keçirdik və filamentə çevirdik. Bu filamentlə əldə etdiyimiz ilk məhsul, müəssisəmizdəki kiçik uşaqlar üçün tanqram adlı bir oyuncaq oldu.
Layihənin ideyası kimə məxsusdur?


– Bu layihəni “beyin fırtınası” edərək hazırladıq. Əslində, dərsdə oturmuşduq və evdəki qida tullantılarından sadəcə boya hazırlamaq istəyirdik. Sonra dostlarımızla bir az müzakirə etdik ki, nə edə bilərik, bunu nəyə çevirə bilərik? Oyuncaq ideyasından başladıq və filamentə qədər gəldik. Yəni fikir üstündən fikir qoyaraq gəldik. Əslində evdə istifadə olunmayan qida tullantılarının boya xüsusiyyətindən istifadə etmək istədik. Sonra dedik ki, bunu bioplastikə, alternativ bir plastikə çevirək. Araşdırmalar nəticəsində gördük ki, bunu filament halına gətirmək olar. Buna görə də filament ideyasına keçdik. Nümunə olaraq da qrupumuzdakı kiçik uşaqlar üçün tanqram adlı maarifləndirici bir oyuncaq hazırladıq.

Türkiyəli yoldaşlarla sağollaşıb mərkəzdə, stendlər arasında gəzməyə davam etdim. Bu dəfə də gözüm 4 dosta sataşdı. Onları görən kimi “Bəxtiyar” filmindəki dörd dost və “dostluq” mahnısı yadıma düşdü. Ürəyimdə dostluq mahnısını oxuyaraq dörd dosta yaxınlaşdım.

Salamlaşıb, bu dörd dostdan adlarını soruşdum. Fərhad İsayev, İlkin Hüseynzadə, Amir Ağayev, Əlimurad Əmrahlı. Onlar Sumqayıt şəhəri Təfəkkür Liseyinin 9-cu sinif şagirdləridir.
O qədər pozitiv, eləcə də həyəcanlı idilər ki, onları yormadan mətləbə keçdim.

Təqdimat mərhələsini ən həyəcanlı dostları Fərhada həvalə etdilər.

Fərhad özünü toparlayıb təqdimata başladı. Arada bəzi məqamlarda İlkindən dəstək alsa da, sona kimi bütün təqdimatı özü apardı.


Layihə alternativ enerji istifadəsi üzərində qurulub

– Layihə alternativ enerji istifadəsi üzərində qurulub. Ölkəmizdə şəhərləri və kəndləri birləşdirən çoxlu yollar var. Bu yolların bir çox hissəsi yaşayış olmayan uzaq ərazilərdən keçir. Bu problemi həll etmək üçün biz alternativ enerji mənbələrindən istifadə etməyi təklif edirik.

Layihəmizdə günəş panelləri və hidrogen stansiyası nəzərdə tutulub. Günəş panelləri günəş işığını elektrik enerjisinə çevirərək akkumulyatora ötürür. Daha sonra hidrogen stansiyasında elektroliz prosesi həyata keçirilir. Xankəndi Qarqar çayının sahilində yerləşdiyindən suyu buradan əldə etmək mümkündür. Elektroliz zamanı su hidrogen və oksigenə ayrılır və biz burada alınan hidrogendən istifadə edirik.

Bu hidrogen nəqliyyat vasitələrinin enerji ilə təmin olunmasına yönəldilə bilər.

Bir-birindən parlaq, ağıllı, istedadlı, çalışqan məktəblilərlə tanış olmaq, onlarla həmsöhbət olmaq məni çox sevindirdi. Mərkəzdə sanki hər stendin arxasından bir ulduz parıldayırdı. Onlar bu günün və sabahın ulduzlarıdır. Gələcəyə parlaq, istedadları gənclərin yetişməsi, gələcəyimizin onların əlində olması qürurvericidir.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı bu gün başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri