Icma.az
close
up
RU
STEAM təhsil: problemlər və perspektivlər elmi konfrans

STEAM təhsil: problemlər və perspektivlər elmi konfrans

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “STEAM təhsil: problemlər və perspektivlər” adlı II respublika elmi konfransı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək təhsil sistemində STEAM yanaşmasının tətbiqinin gənclərin yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafı baxımından əhəmiyyət daşıdığını bildirib. Rektor qeyd edib ki, ADPU-da fəaliyyət göstərən STEAM Mərkəzi bu istiqamətdə mühüm işlər görür və hazırda 8 ixtisas üzrə təhsil alan tələbələrə STEAM fənni tədris olunur. Mərkəzin təşkil etdiyi təlim və seminarlar vasitəsilə 140-a yaxın müəllim və tələbə bu sahədə bilik və bacarıqlarını artırıb.

Çıxış edən Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov bildirib ki, builki konfransa 70 iştirakçı elmi məruzə təqdim edib. Konfransın əsas məqsədi STEAM təhsilinin inkişafına dair elmi müzakirələr aparmaq, fənlərarası inteqrasiyanın tətbiqi təcrübələrini bölüşmək və tədrisdə innovativ yanaşmaları təşviq etməkdir.

Plenar iclasda Qazaxıstan Dövlət Pedaqoji Universitetinin dosenti Ardak Alipbek və ADPU-nun dosenti Elnurə Səfərovanın məruzələri dinlənilib. Məruzələrdə beynəlxalq təcrübələr, STEAM metodikasının tədrisdə tətbiqi mexanizmləri və interaktiv öyrənmə modelləri barədə maraqlı fikirlər səsləndirilib.

Sonra konfrans işini “STEAM və erkən təhsil: uşaqlarda marağın formalaşdırılması”, “STEAM təhsilində fənlərin rolu və yeni pedaqoji modellər”, “Təbiət elmlərinin tədrisində STEAM yanaşması və fənlərarası inteqrasiya təcrübəsi və perspektivləri” və “Davamlı inkişaf məqsədləri. Riyaziyyat və mühəndislik dizaynı. STEAM-da hesablama və modelləşmə” üzrə bölmə iclasları ilə davam etdirib.

Konfrans iştirakçıları bu cür elmi platformaların ölkədə STEAM təhsilinin inkişafı, ali təhsil müəssisələri arasında əməkdaşlığın güclənməsi və pedaqoji kadr hazırlığı prosesinin müasirləşdirilməsi istiqamətində əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri