Icma.az
close
up
RU
Azərbaycan elmi: real vəziyyət, problemlər və perspektivlər

Azərbaycan elmi: real vəziyyət, problemlər və perspektivlər

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycan elminin dünyada tanınmasında daha çox addımlar atılır, uğurlar əldə olunur. Həmçinin gənclər beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil etməklə Azərbaycan elminin inkişafına töhflər verirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli çıxışılarının birində Azərbaycan elminə inamı formalaşdırmağın AMEA-nın əsas məqsədlərindən biri olduğunu vurğulayıb: “AMEA əvvəllər beynəlxalq elmi təşkilatlara üzv deyildi, amma indi üç nüfuzlu beynəlxalq elmi təşkilatın üzvüdür”.

Ümumiyyətlə bu gün Azərbaycan elminin vəziyyəti necədir, problemlər və perspektivlər nədən ibarətdir?

“Elm adamlarımız bütün gücü ilə fəaliyyət göstərir”

Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Azərbaycanda elmin inkişafında ciddi bir problemin olmadığını qeyd edib: “Çünki müxtəlif elm sahələrində bizim elm adamlarımız bütün gücü ilə fəaliyyət göstərir. Bu, elmi intellektual səviyyənin də yüksəkliyi ondan bilinir ki, məsələn, texniki elmlər və ya təbiət elmləri sahəsində bizim hətta gənc təqdiqatçılarımız belə dünya miqyasında hər hansı bir mühitə düşürlərsə, orada özlərini çox ciddi bir tədqiqatçı kimi göstərə bilirlər. Yaxşı nailiyyətlər var. Məsələn, beynəlxalq səviyyədə nüfuzlu jurnallar Azərbaycanda həm nəşr olunur, həm get-gedə sayları artır, həm də dünyanın harasında nəşr olunmasından asılı olmayaraq həmin beynəxalq jurnallarda azərbaycanlılar yaxşı çap olunur. Bu, beynəlxalq bir elmi ehtiyacdır. Dilçilik, ədəbiyyatşünaslıq, tarixşünaslıq və s. sahələrlə bağlı isə onu deyə bilərəm ki, bunlar elə elmlərdir ki, burada azərbaycanlı alimlərin mövqeyi hər şeyi həll edir. Əgər azərbaycanlı alimlər bu sahədə lazımi səviyyə, miqyas, analitik düşüncə göstərməsələr, onda bu sahələr, ümumiyyətlə, geri qalardı”.

“Azərbaycanda elmin müxtəlif sahələrində böyük irəliləyişlər var”

Akademik vurğulayıb ki, bizim həm dillərin, məsələn, ana dilinin, türk dillərinin öyrənilməsində, həm ədəbiyyatların, tarixin öyrənilməsində yaxşı ənənələrimiz var: “Düzdür, çoxlu problemlərimiz də var. Bu problemlərin də əksəriyyəti vaxtilə Azərbaycanda müstəqil milli dövlətçilik olmamasından və buna da uyğun olaraq milli dövlətçilik şüurunun olmaması ilə bağlı idi. Yəni məsələn etnogenez problemi. Bu elə problemdir ki, həm dilə, həm ədəbiyyata, həm tarixə metodoloji təsir göstərir. Amma keçən əsrin sonlarından bu sahədə ciddi müzakirələr gedib. XXI əsrdə artıq keçmiş, o qədər də milli olmayan və ya sovet ideologiyası mövqeyindən irəli sürülmüş mülahizələr indi aydın faktlarla, inandırıcı dəlillərlə aradan qaldırılır. Həmçinin tədqiqatın miqyası da genişlənir, eləcə də ümumi türkoloji miqyas əmələ gəlib. Vaxtilə Azərbaycanın türk dünyasına çıxmasına imkan vermirdilər. Bütün sadaladıqlarım hamısı bizim humanitar sahədəki mütəxəssislərimizə onların qarşısında çox geniş meydanlar açır və yalnız gənc nəsil deyil, həm də yaşlı nəsil çox ciddi nailiyyətlər qazanıb. Bu da imkan verir ki, bizim xalqımız özünü mənəvi, ideoloji baxımdan dünyanın heç bir xalqından aşağı hiss etməsin”.

N.Cəfərov əlavə edib ki, ölkədə gedən proseslərdə, dövlət səviyyəsində aparılan siyasətdə, ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda ciddi mübarizənin başlanması bunların hamısı humanitar sahəyə çox böyük dəstəkdir və onu metodoloji baxımdan istiqamətləndirir: “Yəni bizdə elmin ən müxtəlif sahələrinin – texniki, təbiət, ictimai, humanitar hər birində böyük irəliləyişlər var. Bu irəliləyişlər də təsadüfi deyil, sistemli, ardıcıl xarakter daşıyan irəliləyişlərdir”.

“Azərbaycanın gələcəyi elmin və innovasiyanın inkişafına bağlıdır”

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda elm sahəsi son illərdə müəyyən irəliləyişlərə nail olsa da, ümumi vəziyyət hələ də kifayət qədər problematikdir: “Elmi-tədqiqat sektorunun inkişafı üçün bəzi addımlar atılsa da, beynəlxalq arenada Azərbaycan elminin mövqeyi zəif qalmaqda davam edir. Dünya universitetləri və elmi institutları ilə müqayisədə Azərbaycan elminin təsir gücü və istinad sayı hələ də arzulanan səviyyədə deyil. Buna baxmayaraq, müəyyən sahələrdə bəzi uğurlar qeyd olunur, lakin sistemli problemlər bu inkişafın davamlı olmasını çətinləşdirir. Elm sahəsində problemlərin əsas səbəblərindən biri elmi fəaliyyətin stimullaşdırılmaması və maliyyələşmənin aşağı səviyyədə olmasıdır. Hazırda Azərbaycanda elmi-tədqiqat institutlarının maliyyələşməsi əsasən dövlət büdcəsindən təmin olunur. Ancaq ayrılan vəsait dünya ölkələri ilə müqayisədə çox aşağıdır. Dünyada ÜDM-in 2-3%-i elmə yönəldildiyi halda, Azərbaycanda bu göstərici 0.2%-dən də azdır. Bu, elmi tədqiqatlar üçün infrastrukturun yetərsiz olması və beynəlxalq səviyyədə elmi araşdırmaların rəqabət aparmasının qarşısını alır”.

“Azərbaycan alimləri qrant almaqda çətinlik çəkir”

K.Əsədov digər ciddi problemin Azərbaycan elminin qlobal bazarda tanınmaması olduğunu deyib: “Azərbaycanda çalışan alimlərin məqalələrinin beynəlxalq elmi bazalarda yayımlanması aşağı səviyyədədir. Son 5 ildə Azərbaycan alimlərinin “Scopus” və “Web of Science” kimi beynəlxalq indeksli elmi jurnallarda yayımlanan məqalələrinin sayı artsa da, hələ də dünya reytinqlərində yer alan ölkələrlə müqayisədə geridə qalır. 2023-cü ildə Azərbaycandan olan alimlərin top 10% sitat gətirilən məqalələrdə payı 11.2% təşkil edib, bu isə inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı göstəricidir. Beynəlxalq elmi arenada uğur qazanmaq üçün Azərbaycan alimlərinin dünya universitetləri və elmi tədqiqat institutları ilə əməkdaşlığı genişləndirilməlidir. Hazırda Azərbaycanın bir çox elmi-tədqiqat institutları və universitetləri beynəlxalq qrant və layihələrə müraciət etsələr də, bu sahədə real nəticələr hələ zəifdir. Dünyada elmi tədqiqatların böyük hissəsi qrantlar hesabına aparılır, lakin Azərbaycan alimləri qrant almaqda çətinlik çəkir. Bunun əsas səbəblərindən biri elmi işlərin keyfiyyətinin beynəlxalq tələblərə tam cavab verməməsi və xarici dil biliyinin kifayət qədər olmamasıdır”.

“Gənc alimlərin yetişdirilməsi və onlara dəstək verilməsi vacibdir”

Ekspert son illərdə Azərbaycan elminin bəzi sahələrdə diqqətəlayiq irəliləyişlər əldə etdiyini də bildirib: “Xüsusilə, neft-kimya, nanomateriallar, alternativ enerji və biotexnologiya sahələrində bir sıra yeni tədqiqatlar aparılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və bəzi universitetlər bu sahələrdə beynəlxalq əməkdaşlıqlar qurmağa başlayıb. Lakin bu cür inkişaflar hələ də sistemli deyil və daha çox fərdi təşəbbüslərlə bağlıdır. Elmin inkişafı üçün gənc alimlərin yetişdirilməsi və onlara dəstək verilməsi vacibdir. Azərbaycanda elmi kadrların sayı azalma tendensiyası göstərir. Hazırda elmi işçilərin orta yaşı 55-dən yuxarıdır. Gənc alimlərin sayının az olması gələcəkdə Azərbaycan elminin inkişafını sual altına qoyur. Çünki elmi araşdırmalar aparmaq üçün gənc nəslin elmi fəaliyyətə cəlb edilməsi və onlara dəstək göstərilməsi əsas şərtlərdən biridir. Son 10 ildə Azərbaycanda elmlər doktoru dərəcəsi alanların sayı 30%-dən çox azalıb, bu da elmi kadrların yetişdirilməsində ciddi problemlərin olduğunu göstərir”.

“Elmi araşdırmalar yönündə maliyyələşdirmə artırılmalıdır”

K.Əsədov qeyd edib ki, Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması üçün elmi araşdırmalar yönündə maliyyələşdirmə artırılmalı, elmi institutlarda və universitetlərdə müasir laboratoriyalar qurulmalı, gənc alimlər üçün qrant proqramları genişləndirilməli, elmi tədqiqatlar sənaye və biznes sektorları ilə əlaqələndirilməli, beynəlxalq elmi jurnallarda məqalə çap etmək üçün alimlərə dəstək verilməlidir: “Əgər bu addımlar atılmazsa, Azərbaycan elmi beynəlxalq səviyyədə rəqabət aparmaq iqtidarında olmayacaq və elmi inkişaf yalnız kağız üzərində qalacaq. Elm olmadan nə texnologiya inkişaf edə bilər, nə də ölkənin iqtisadi gücü artar. Azərbaycanın gələcəyi elmin və innovasiyanın inkişafına bağlıdır. Əgər bu sahəyə real sərmayə qoyulmasa, ölkə uzun illər ərzində dünya elmi arenalarında kənarda qalacaq”.

“Məqalələrin sayı 1800-dən 2382-yə yüksəlib”

Təhsil eksperti Rizvan Fikrətoğlu son illərdə Azərbaycanda elm sahəsində irəliləyişlər müşahidə olunduğunu deyərək əlavə edib ki, 2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin "Scopus" elmmetrik verilənlər bazasında dərc etdikləri məqalələrin sayı 1800-dən 2382-yə yüksəlib: “Bu məqalələrin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasında yer alıb. Eyni zamanda, sahə üzrə istinad təsiri (FWCI) göstəricisi 1.97-ə çatıb. Bu da dünya üzrə orta həddi (1.0) keçərək elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad aldığını göstərir. 2024-cü ildə Azərbaycan alimlərinin "Scopus"da dərc etdikləri məqalələrin sayı 4000-ə çatıb. Bu da ötən illə müqayisədə 40%-lik artım deməkdir. "Web of Science" bazasında isə məqalə sayı 52.9% artaraq 2882-ə yüksəlib”.

“Beynəlxalq əməkdaşlıq sahəsi”

R.Fikrətoğlu beynəlxalq əməkdaşlıq sahəsində də irəliləyişlər olduğuna diqqət çəkib: “2024-cü ilin ilk 8 ayında beynəlxalq əməkdaşlıq çərçivəsində dərc olunan elmi işlərin sayı 1594-ə (67%) yüksəlib ki, bu da ötən ilin eyni dövründə 856 (47%) idi. 2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikası "Beynəlxalq Etimad Kral Elmlər Akademiyası" (RASIT) tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) "Elmdə Qadın və Qızların Dünya Paytaxtı" elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.

“Bu nailiyyətlər Azərbaycanın elm sahəsində mövqeyinin güclənməsinə töhfə verir”

Ekspert bildirib ki, bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq elmi əməkdaşlığa xüsusi önəm verməkdədir: “AMEA-nın beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində birgə araşdırmaların maliyyələşməsi, elmin təşviqi və tanınmış alimlərə dəstək kimi prioritetlər müəyyən edilib. Bu əməkdaşlıqlar, xüsusilə Avropa İttifaqının "Horizon" proqramı çərçivəsində, elmi tədqiqatların keyfiyyətinin artırılmasına və beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. Eyni zamanda, Azərbaycan universitetləri xarici təhsil təsisatları ilə əməkdaşlıq təşəbbüsləri həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar, elmi əsərlərin hazırlanması, beynəlxalq elmi konfransların təşkili və gənc alimlərin inkişafına yönəlmiş proqramlar planlaşdırılır”.

Sonda o vurğulayıb ki, bütün bu nailiyyətlər Azərbaycanın elm sahəsində beynəlxalq səviyyədə tanınmasına və mövqeyinin güclənməsinə töhfə verir.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Mart 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see240

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see234

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see229

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see219

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see211

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see200

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see199

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see198

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see196

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see194

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see191

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see189

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see183

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see180

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see178

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see173

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see170

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see163

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see154

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri