STMdə iqlim dəyişmələri ilə mübarizə ilə bağlıdəyirmi masa keçirilib
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 20-də “İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən növbəti dəyirmi masa Sosial Tədqiqatlar Mərkəzində keçirlib.
“İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” mövzusunda keçirilən tədbirdə əvvəlcə STM İdarə Heyətinin sədri Zahid Oruc giriş nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycanda COP29-un yüksək səviyyədə keçirilməsi, ölkəmizin iqlim dəyişmələri ilə mübarəzdə qlobal həmrəylik nümayiş etdirməsi haqqında danışıb.
Sonra “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədiri Asif Əsgərli layihə haqqında məlumat verərək QHT-lərin COP29 çərçivəsində qlobal həmrəylik göstərdiyini vurğulayıb.
Daha sonra isə xarici ölkələrdən gələn qonaqlar, iqlim aktivistləri qlobal iqlim dəyişikliyi mövzusunda öz təqdimatları ilə çıxışlar edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Noyabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















