Icma.az
close
up
RU
Stokholm sakinlərinin iqtisadi əhvali ruhiyyəsi zəifləyir

Stokholm sakinlərinin iqtisadi əhvali ruhiyyəsi zəifləyir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Stokholm, 13 may, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholmda istehlakçı inamının kəskin şəkildə aşağı düşməsi müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, Ticarət Palatasının “Stokholm barometri” adlı yeni hesabatına görə, getdikcə daha çox ailə maliyyə vəziyyətini ötən illə müqayisədə daha pis qiymətləndirir. Mütəxəssislər vəziyyəti “dərin pessimist” kimi xarakterizə edirlər.

“Vətəndaşlar iqtisadiyyata daha bədbin yanaşmağa başlayıblar. Yüksək inflyasiya və faiz dərəcələri səbəbilə yaranan təzyiqlər davam edir”, – deyə iqtisadçılar bildirirlər.

Əhvali-ruhiyyədəki ən kəskin azalma məhz ailələr arasında müşahidə olunur, halbuki biznes nisbətən sabitlik nümayiş etdirir. Lakin müəssisələrin də əksəriyyəti yeni işçilər cəlb etməkdənsə, işçi sayını azaltmağı planlaşdırır.

Xüsusilə ərzaq və avtomobil sahəsində pərakəndə ticarət ən yaxşı nəticələri göstərir. Bununla belə, istehlakçılar getdikcə daha çox qənaət edir, ucuz məhsullara üstünlük verir və restoranlara getmək kimi qeyri-zəruri xərcləri azaldırlar.

Tikinti sektorunda zəifləmə davam edir, belə ki, xərclər artır, tələbat azalır və şirkətlər tikinti həcmlərinin əhəmiyyətli dərəcədə azaldığını bildirirlər. Daha əvvəl müsbət əlamətlər göstərən mehmanxana-restoran sahəsi isə yenidən tənəzzülə doğru gedir.

Mütəxəssislərin fikrincə, ailələr arasında pessimizm, ilk növbədə, ABŞ Prezidenti Donald Trampın siyasəti və davamlı yüksək inflyasiya səbəbindən yaranan qlobal qeyri-müəyyənliklə bağlıdır. Qarşıdakı 12 ay üçün gözləntilər xüsusi narahatlıq doğurur. Belə ki, işsizlik səviyyəsinin artacağı qorxusu güclənir və bu da gələcəyə olan inamı daha da zəiflədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri