Stokholmda baş verən faciəli avtobus qəzası ilə bağlı yeni detallar ortaya çıxıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Stokholm, 17 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Cümə günü Stokholmun mərkəzində baş verən faciəli avtobus qəzası ilə bağlı aparılan araşdırma nəticəsində müəyyən edilib ki, qəzaya səbəb sürücünün səhhətinin qəfil pisləşməsi olub.
AZƏRTAC xəbər verir ki, bunu həm polisdə, həm də “Transdev” avtobus şirkətindəki mənbələr təsdiqləyib.
Qurbanlardan biri Karolinska Universitet Xəstəxanasının əməkdaşı olub. Polis həlak olanlar barədə məlumatları hələ açıqlamasa da, xəstəxana rəhbərliyi həmkarlarından birinin ölümü barədə işçilərini məlumatlandırıb.
Polis araşdırmasını davam etdirir və bütün qohumlara xəbər verilənə qədər şərh verməkdən çəkinir. İş, həmçinin Milli Qəza Araşdırmaları Komissiyasına göndərilib. Komissiya əlavə təhlükəsizlik tədbirlərinin faciənin qarşısını ala biləcəyini müəyyən etmək üçün tam araşdırma başlanması variantını nəzərdən keçirir.
Həmkarlar və sürücülər qeyd edirlər ki, qəzanın baş verdiyi yer təhlükəlidir və müxtəlif yol istifadəçiləri tərəfindən pis qəbul edilir. Kommunal həmkarlar ittifaqının nümayəndələri rayonun şimal hissəsindəki avtobus dayanacaqlarına baş çəkərək faciədən zərər çəkmiş əməkdaşlara dəstək təklif ediblər.
Xatırladaq ki, noyabrın 14-də cümə günü ikimərtəbəli avtobus pavilyona çırpılıb, nəticədə üç nəfər həlak olub. Daha üç nəfər yaralanıb və sürücü ilə birlikdə xəstəxanaya çardırılıb. Avtobus sürücüsü əvvəlcə saxlanılıb, lakin şənbə günü sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 17 Noyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















