Icma.az
close
up
RU
Stomatoloqa müraciət edən qadın sağlam dişlərini də itirib? VİDEO

Stomatoloqa müraciət edən qadın sağlam dişlərini də itirib? VİDEO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baku TV-yə müraciət edən şikayətçi Sevil Mustafayeva iddia edib ki, sadə diş problemi ilə stomatoloqa müraciət etsə də, nəticədə sağlam dişləri və çənə siniri zədələnib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, həkim düzgün diaqnoz qoymayıb və aparılan müdaxilə ciddi fəsadlara səbəb olub.
Zərərçəkən bildirib ki, hadisə Bakı şəhərində yerləşən "Arash Estetic" klinikasında baş verib və müalicəni həkim Sənan Xankişiyev həyata keçirib. Vətəndaşın sözlərinə görə, qoyulan implantlar çənə sinirinə zərər verib.
 

"Qoyduğu implantlar sinirimi zədələyib. Məhkəmə-tibbi ekspertizası qərəzli rəy verir. Sənan Xankişiyev mənə saxtalaşdırılmış diaqnozlu, köhnə tarixli sənəd təqdim edərək özünü müdafiə etməyə çalışır. Halbuki əlimdə klinikaya müraciət etdiyim tarix var. Mənə guya çənə çürüməsi diaqnozu qoyulub. Amma digər həkimlər köhnə disklərimi görmədən belə həmin problemlərin məndə olmadığını təsdiqləyirlər.


Hazırda sinirlərimi hiss etmirəm, çeynəmə prosesim demək olar ki, yoxdur. Sağlam dişlərimi çıxarıb məhv ediblər. Bu prosesə təxminən 13 min manat xərcləmişəm, onun yarısını kart vasitəsilə ödəmişəm. Sənan Xankişiyev isə ümumiyyətlə gördüyü işlə bağlı maraqlanmır, mənim nə vəziyyətdə olduğumu soruşmur və heç bir bərpa tədbiri görmür", - deyə şikayətçi bildirib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Mart 2026 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri