Icma.az
close
up
RU
Strateji əhəmiyyətə malik əlaqələr

Strateji əhəmiyyətə malik əlaqələr

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə nəqliyyat və kommunikasiya infrastrukturu dövlətlərin iqtisadi və siyasi gücünün formalaşmasında əsas amillərdən biri kimi çıxış edir. Qlobal ticarət dövriyyəsinin artdığı, enerji resurslarının və strateji yüklərin səmərəli şəkildə daşınmasına ehtiyacın yüksəldiyi bir vaxtda bu sahədəki əməkdaşlıq hər bir dövlətin milli maraqları ilə yanaşı, regional inteqrasiyanın da dərinləşməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi isə həm coğrafi baxımdan əlverişli mövqedə yerləşən üzv ölkələrin potensialından istifadəni təmin edir, həm də bu təşkilatın geosiyasi və iqtisadi güc mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Türk Dövlətləri Təşkilatının üzv ölkələri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statusunda olan digər türk dövlətləri mühüm coğrafi mövqeyə malikdirlər. Bu dövlətlərin yerləşdiyi region Avropa ilə Asiyanı birləşdirən əsas qovşaqda yerləşir və transkontinental daşımalar üçün vacib marşrutlar üzərində qurulub. Bu baxımdan, təşkilat çərçivəsində nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi təkcə üzv ölkələrin deyil, eyni zamanda beynəlxalq ticarət sisteminin də maraqlarına cavab verir. Azərbaycan bu prosesdə xüsusi rol oynayan aparıcı ölkələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz nəqliyyat-logistika infrastrukturu baxımından mühüm layihələr həyata keçirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Zəngəzur dəhlizi və digər regional nəqliyyat layihələri Türk dövlətləri arasında əlaqələrin inkişafına mühüm töhfə verir. Azərbaycan həm də Orta Dəhliz adlanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində yerləşərək Avropa ilə Çin arasında yükdaşımaların həyata keçirilməsində vacib tranzit ölkəyə çevrilib. Bu isə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşməsinə şərait yaradır və iqtisadi əməkdaşlığı genişləndirir. Zəngəzur dəhlizi layihəsi də Türk dünyasını birləşdirən strateji əhəmiyyətli təşəbbüslərdən biridir. Bu dəhlizin açılması Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru bağlantısı yaratmaqla yanaşı, eyni zamanda Türkiyə ilə digər Türk dövlətləri arasında nəqliyyat əlaqələrini sürətləndirmiş olacaq. Bu layihənin reallaşması nəticəsində Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələr arasında iqtisadi əməkdaşlıq daha çevik və təhlükəsiz əsaslar üzərində qurulacaq. Dəhliz vasitəsilə nəinki yüklər, həm də informasiya, texnologiya və enerji daşıyıcıları da rahat şəkildə hərəkət edəcək ki, bu da bütövlükdə regionun inkişafına xidmət edəcək. Bundan başqa, kommunikasiya sahəsində də ortaq addımlar atılması zəruridir. Müasir dövrdə yalnız fiziki nəqliyyat deyil, informasiya-kommunikasiya texnologiyalarının inkişafı da strateji əhəmiyyət daşıyır. Türk dövlətləri arasında rəqəmsal transformasiya, internet təhlükəsizliyi, peyk rabitəsi və informasiya axınlarının koordinasiyası sahəsində əməkdaşlığın gücləndirilməsi gələcək çağırışlara cavab vermək baxımından mühüm addım olacaq. Bu sahədə də Azərbaycanın təcrübəsi və potensialı diqqətəlayiqdir. Xüsusilə Azerspace peykləri vasitəsilə regional informasiya yayımı və rabitə əlaqələrinin qurulması imkanları Türk dövlətləri üçün yeni əməkdaşlıq platformaları yaradır. Eyni zamanda, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı mədəni inteqrasiyanın güclənməsinə də töhfə verir. İnsanların sərbəst şəkildə bir ölkədən digərinə səfər etməsi, təhsil, turizm və biznes əlaqələrinin genişlənməsi üçün əlverişli şərait yaranır. Türk dünyasının coğrafi olaraq birləşməsi yalnız iqtisadi və siyasi deyil, həm də mənəvi birliyin möhkəmlənməsinə xidmət edir. Bu isə ortaq tarix, dil və mədəniyyətə malik olan xalqların gələcəyə daha güclü addımlarla irəliləməsinə şərait yaradır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri