Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Strateji hədəflər ardıcıl olaraq gerçəkləşdirilir Möhtəşəm Zəfərdən böyük quruculuğa

Strateji hədəflər ardıcıl olaraq gerçəkləşdirilir Möhtəşəm Zəfərdən böyük quruculuğa

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Avqustun 21-i Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi yadda qalacaq. Həmin gün Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri çərçivəsində çıxışı xalqımızın milli iradəsini, qələbə əzmini və xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirdi".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib.

"Kəlbəcərin işğaldan azad olunması həm Vətən müharibəsinin, həm də sonrakı siyasi-diplomatik proseslərin ən mühüm nəticələrindən biri kimi diqqət çəkir. Bu qələbə xalqımızın sarsılmaz iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı, dövlət rəhbərliyinin isə çevik və uzaqgörən siyasi-hərbi strategiyasının məntiqi nəticəsi idi. Beləliklə, Azərbaycan dünyaya göstərdi ki, torpaqlarını azad etmək üçün həm güc, həm də siyasi iradəyə malikdir.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan tarixində ən böyük faciələrdən biri olmuşdur. Kəlbəcərin strateji mövqeyi, zəngin təbii sərvətləri və mühüm coğrafi əhəmiyyəti rayonu işğalçılar üçün xüsusi hədəfə çevirmişdir. O dövrdəki xəyanətkar və məsuliyyətsiz hakimiyyət isə ölkəmizi müdafiəsiz qoymuş, nəticədə Şuşa, Laçın və Kəlbəcərin ard-arda itirilməsi bütövlükdə Qarabağın işğalına yol açmışdı. Bu, xalqımız üçün böyük faciə olmuşdu.

Uzun illər ərzində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir real nəticə vermədi. Ermənistan işğalı möhkəmləndirməyə çalışır, havadar dövlətlər isə ona açıq dəstək göstərirdi. Beynəlxalq birlik işğalçıya qarşı real təzyiqlər etsəydi, Qarabağ məsələsi çoxdan sülh yolu ilə həll oluna bilərdi. Lakin Azərbaycan xalqı yaxşı bilirdi ki, tarixi ədalət yalnız güclü dövlət və güclü ordu ilə bərpa oluna bilər.

2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar Azərbaycanı tamamilə yeni mərhələyə çıxardı. Güclü iqtisadi baza yaradıldı, ordu quruculuğu istiqamətində islahatlar həyata keçirildi, ölkənin beynəlxalq nüfuzu artırıldı. Bu illər ərzində görülən bütün işlərin strateji məqsədi Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək, milli suverenliyi tam təmin etmək idi.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Ordumuz hər gün irəlilədi, bir qarış belə geri çəkilmə olmadı. Əksinə, düşmən ordusu kütləvi fərariliklə üzləşdi. Nəticədə Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bu sənəd əsasında Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan Azərbaycana qaytarıldı. Kəlbəcərin döyüşsüz azad olunması düzgün siyasi-hərbi planlaşdırmanın parlaq nəticəsi idi.

2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ açdı. Qondarma qurumun bütün hərbi-siyasi strukturları tamamilə ləğv edildi, separatizmin kökü kəsildi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərqərar oldu. Bu hadisə əlamətdar tarix kimi yaddaşlara yazıldı, çünki Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmədi, həm də separatizmə birdəfəlik nöqtə qoydu. Dövlətimizin başçısı qeyd etdi ki, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi: “Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi”.

Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışında xüsusi vurğuladığı məsələlərdən biri də rayonun bərpası idi. Artıq Kəlbəcərdə ilk yaşayış kompleksləri istifadəyə verilib, yeni komplekslərin təməli qoyulub. Gələcəkdə 10 mindən çox insan üçün müasir mənzillərin inşası nəzərdə tutulur. Şəhərə işıq, qaz, su xətləri çəkilib, yeni yollar salınıb, mina təmizləmə işləri aparılır. Təhsil və sosial infrastruktur da sürətlə bərpa olunur, yeni məktəblər tikilir, modul tipli təhsil müəssisələri istifadəyə verilir. Bütün bunlar “Böyük Qayıdış” proqramının real nəticələri olaraq xalqımıza ümid və inam bəxş edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Cənab İlham Əliyev çıxışında ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurlara da diqqət çəkib. Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıqlar artıq dünya tərəfindən qəbul edilib. Ermənistanı dəstəkləyən qüvvələrin təzyiqləri nəticəsiz qalıb. Əksinə, Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış edib, imzalanan sənədlər ölkəmizin milli maraqlarını tam təmin edib. Xüsusilə Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru bağlantısının yaradılması istiqamətində atılan addımlar dövlətimizin regional və qlobal əhəmiyyətini daha da gücləndirir.

Dövlətimizin əsas məqsədi artıq quruculuq və inkişafdır. Ermənistanın dağıtdığı şəhər və kəndlərin yerində müasir yaşayış kompleksləri, məktəblər, sosial obyektlər və mədəniyyət ocaqları inşa olunur. Azərbaycan döyüş meydanında ədaləti bərpa edib, lakin müharibədən sonra barış və tərəqqi yolunu seçib. Bu, qalib xalqın böyüklüyünün, müdrik dövlət rəhbərliyinin strateji uzaqgörənliyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanmasını nümayiş etdirir. Dövlət başçısının səsnləndirdiyi fikirlər xalqımıza gələcək inkişaf yolunu göstərir, milli birliyi daha da möhkəmləndirir və ölkəmizin bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təminatçısı kimi rolunu təsdiqləyir. Kəlbəcərə dönüş, həmçinin yeni inkişaf və tərəqqi dövrünün başlanğıcıdır. Azərbaycan bundan sonra da güclü dövlət, qalib xalq olaraq yaşayacaq və əldə etdiyi zəfərləri daha böyük uğurlarla davam etdirəcək".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri