Icma.az
close
up
RU
Strateji tərəfdaşlığı müəyyən edən anlaşma

Strateji tərəfdaşlığı müəyyən edən anlaşma

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

ABŞ-Azərbaycan İşçi Qrupu əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək

Azərbaycan və ABŞ münasibətlərin yeni yol xəritəsi hesab olunan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını rəsmiləşdirib. Bugünlərdə iki dövlət arasında imzalanan Anlaşma Memorandumu strateji münasibətlərin möhkəmlənməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının hüquqi mexanizmlərini təmin edən mühüm sənəd hesab oluna bilər. Xartiyanın hazırlanması üçün təsis edilən Strateji İşçi Qrupu isə əsas hədəf istiqamətlərini müəyyənləşdirəcək.

Yeni enerji kəşfləri və “yaşıl enerji”də birgə tərəfdaşlıq

İşçi Qrupunun başlıca prioritetlərindən biri enerji, ticarət və tranzit daxil olmaqla, regional bağlantıların təmin olunmasıdır. Hər iki ölkə iqtisadi-ticari-enerji sahəsində 30 illik möhkəm əməkdaşlığa söykənərək  müasir çağırışlar fonunda yeni səhifə açmaqda qərarlıdır. Şərq-Qərb enerji dəhlizlərinin formalaşması, BTC, TANAP, TAP kimi qlobal layihələrin ərsəyə gəlməsində Azərbaycana hərtərəfli dəstək verən ABŞ enerji diplomatiyasının yeni uğurlarına imza atmaq niyyətindədir. Enerjinin yeni gündəliyində SOCAR və “ExxonMobil” əsas aktor kimi yer alır. Tərəflər arasında əldə olunmuş anlaşmaya əsasən, mövcud olan müsbət əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanda qeyri-ənənəvi və ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi və bərpaolunan enerji istiqamətində potensial əməkdaşlıqlar səfərbər ediləcək. “Exxon” enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resursların diversifikasiyasında ölkəmizə mühüm faydalar verməyi planlaşdırır. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malik “Exxon” şirkəti ilə yeni əməkdaşlıq bu kəşfi tezləşdirə bilər. Karbohidrogen tədarüklərinə beynəlxalq maliyyə təşkilatı olan “EXIM Bank”ın qoşulması isə nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.

ABŞ-ın enerji və tranzit üzrə hədəfləri sırasında “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli prosesləri nəzərdə tutulur. Belə ki, zəngin “yaşıl enerji” mənbələrinə malik Azərbaycanın istehsal-tədarük proseslərində Amerika şirkətlərinin təmsil olunması, Şərq-Qərb “yaşıl enerji” nəqli sxemində Vaşinqtonun dəstək verməsi istisna olunmur. Yeni enerji kursu hər iki dövlətin maraqlarını tam əks etdirir və “yaşıl enerji”nin diversifikasiyası həmrəylik və dostluq strategiyasına söykənir.

Süni intellekt, rəqəmsal texnologiyalar quruculuğu

Strateji İşçi Qrupunun digər hədəf istiqaməti süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələrin cəlb olunmasıdır. Respublikamız dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiyasında fəal rol oynayır. Bu prosesdə Amerikanın nəhəng “SpaceX” şirkəti və “EXIM Bank”ın dəstəkləyici və investiyayönümlü fəaliyyəti diqqəti cəlb edir. Hər iki qurum yeni texnologiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyətini bəyan edib və bu, ümidverici perspektivlər süni zəka sektoruna sərmayələrin axınını təmin edəcək. Habelə, Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaranacaq.

Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi hədəfi birbaşa əmtəə mübadilələrinin və investisiya fəallığının artırılmasını nəzərdə tutur ki, bu da yeni iqtisadi alətlərin tətbiqi deməkdir.

2024-cü ildə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 752,9 milyon dollar təşkil edib. Bu rəqəmi daha da yüksəltmək üçün potensiallar böyükdür və yeni iqtisadi-investisiya niyyətlərinin gerçəkləşməsi əmtəə mübadiləsini ən azı 2 milyard dollara çatdıracaq. Nəticədə, Azərbaycan iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin formalaşması təmin olunacaq.

Müdafiə sahəsində uğurlu model hazırlanacaq

İşçi Qrupunun digər prioritet baxışı Azərbaycan və Amerika arasında müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini təşviq etməkdir. Bu, ötən illərdə beynəlxalq terrorizmə qarşı mübarizədə və regionda təhlükəsizliyin, sabitliyin təmin olunmasında nümunəvi formata çevrilmiş Amerika-Azərbaycan əməkdaşlığının yeni modelinin yaranmasını ehtiva edir. Eyni zamanda, NATO standartlarına uyğun olaraq, dəniz və hava sərhədlərinin mühafizəsinin, hava gəmilərinin təhlükəsizliyinin gücləndirilməsi, hava məkanının idarə edilməsinin yaxşılaşdırılması, sülhün qorunması tədbirlərinin gücləndirilməsi istiqamətlərində həyata keçiriləcək tədbirləri nəzərdə tutur. Həmçinin, Qafqazda sülhü və təhlükəsizliyin dayanıqlılığı da prioritetlərdən biridir. Hazırda müdafiə sənayesi sektoru yüksək inkişaf mərhələsinə çatmış və dünyanın bir çox ölkəsinə ən müasir hərbi məhsullar ixrac edən Azərbaycanda bu sahənin daha da modernləşdirilməsində ABŞ-ın dəstəyi də istisna deyil.

Beləliklə, ABŞ-Azərbaycan Strateji İşçi Qrupu tərəflər arasında enerji-iqtisadi-ticari və digər sahələrdə müttəfiqliyin möhkəmləndirilməsini təmin edəcək mühüm prioritetlərin bazisini hazırlayacaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri