Icma.az
close
up
RU
Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir ŞƏRH

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında iqtisadi əlaqələrin dərinləşməsi və praktiki olaraq ticarət dövriyyəsində artımlar müşahidə olunur. Qazaxıstan Mərkəzi Asiya və Azərbaycanın ən vacib tərəfdaşlarından biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

“Ölkələr bir tərəfdən ticarət sahəsində, digər tərəfdən isə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq edirlər. Birgə investisiya layihələri, eyni zamanda, bütövlükdə regional və qlobal məsələlərlə bağlı həyata keçirilən dostluq və qardaşlıq siyasəti ondan xəbər verir ki, ölkələr arasında strateji münasibətlər həm də iqtisadi əlaqələrimizə təsir göstərir və ölkələr arasındakı iqtisadi əlaqələrdə artımlar müşahidə olunur. Təbii ki, iki ölkə arasında strateji münasibətlər varsa, siyasi əlaqələr dərinləşirsə, bu, həm də iqtisadi münasibətlərə birbaşa təsir göstərir. Həm Azərbaycan, həm də Qazaxıstan iqtisadiyyatı birgə əməkdaşlıqdan faydalanır. Eyni zamanda, ölkələr regional nəqliyyat dəhlizlərində əməkdaşlıq edirlər, birgə beynəlxalq yükdaşımalarda vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə olunub, bütövlükdə gömrük sisteminin elektronlaşması ilə bağlı işlər yekunlaşıb. Bunlar ondan xəbər verir ki, strateji münasibətlər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə və ölkələrin dövlət gəlirlərinin artmasına xidmət edir. Bu da sözsüz ticarət əlaqələrinin inkişafı və daha çox ixrac-idxal imkanları deməkdir, şirkətlərin bu əməkdaşlıqdan daha çox faydalanması mənasına gəlir”, - deyə o vurğulayıb.

V.Bayramov diqqətə çatdırıb ki, iki ölkə arasındakı strateji münasibətlərdən birmənalı şəkildə hər bir dövlət milli maraqları çərçivəsində faydalanmış olur.

Xatırladaq ki, dekabrın 15-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin təsdiq edilməsi iki ölkə arasında mövcud olan strateji münasibətlərin daha da möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri