Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Stres və təşviş pozuntusunun qarşısını nə alır?

Stres və təşviş pozuntusunun qarşısını nə alır?

Icma.az, Azpost saytına istinadən bildirir.

Təşviş insanların qavradıqları və ya gözlənilən stres, təhlükəyə cavab olaraq hiss etdikləri duyğudur. Bu vəziyyət bir insanın gündəlik həyatına ciddi şəkildə təsir edir və həyat keyfiyyətini azaldır.

Təşviş pozuntusunun əsas əlamətləri arasında davamlı narahatlıq, gərginlik hissləri müşahidə olunur. Ürək döyüntülərinin sürətlənməsi, nəfəs alıb-vermənin daralması, güclü soyuq tərləmələr, yuxusuzluq və ya yuxu ritminin pozulması, ümidsizlik, bədbinlik hissləri, həzm sistemi problemləri və mədə-bağırsaq narahatlıqları, diqqət konsentrasiyasında çətinlik, eyni fikirləri təkrar-təkrar düşünmək meyli (ruminasiya) təşviş zamanı müşahidə edilən hallardır.

Bunu Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova bildirib.

O deyib ki, təşviş pozuntusunun səbəbləri bioloji və psixoloji faktorların qarışmasından qaynaqlanma ehtimalı ilə bağlıdır: “Təşviş pozuntusu beyindəki bəzi kimyəvi maddələrin balanssızlığından yarana bilər. Bu kimyəvi maddələrə neyrotransmitterlər kimi tanınan serotonin və norepinefrin daxildir. Bundan başqa, genetik faktorlar, stres, xroniki xəstəliklər, zərərli və ya narkotik maddə istifadəsi təşvişin yaranmasına gətirib çıxarır. Genetik faktorlar dedikdə, əgər valideynlər arasında təşvişli, həyəcanlı olan varsa, təşviş halı uşağa da ötürülə bilər. Uşaqlıq dövründə yaşanmış stres və travma halları təşvişin yaranmasına səbəb olur. Xüsusən uşaqlıqda yaşanan travmatik hadisələr və beyindəki qorxu emal mexanizmlərini həssaslaşdıraraq, stres faktorlarına qarşı yüksək həssaslıq yaradır”.

Psixoloq təşviş pozuntusunun müxtəlif növlərinin olmasına diqqət çəkib. Onun sözlərinə görə, generalizə olunmuş təşviş pozuntusu (Generalized Anxiety Disorder – GAD) olan şəxslərdə davamlı və həddindən artıq narahatlıq müşahidə edilir. İdarə oluna bilməyən vəziyyətlər, insanı daim narahat edir və yuxusuz qalmasına səbəb olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar hər bir vəziyyətdə ən pis şeyləri düşünüb, kontrolu itirməkdən və müsbət nəticənin və ya geridönüşün olmadığını düşünürlər. Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Panika pozuntusunda panik hücumlar qısamüddətli, lakin çox intensiv qorxu və narahatlıq hissinin yaranmasıdır. Bu hücumlar fiziki simptomlar da yarada bilir. Məsələn, ürək döyüntüsü, nəfəs darlığı və başgicəllənmə, ağız quruluğu, boğulma hissi, uyuşma, tərləmə və titrəmə halı kimi simptomlar müşahidə olunur. “Fobiyalar zamanı xüsusi obyekt və ya vəziyyətlərə qarşı qorxu hissi özünü büruzə verir. Bizim fobiyalarımız da hiss etdiyimiz qorxuların bir versiyasıdır. Fobiyalar cəmiyyətdə xəstəlik kimi deyil, şəxsiyyət xüsusiyyəti və ya vərdiş kimi qəbul edilir. Posttravmatik stres pozuntusu (PTSP) ciddi bir travmatik hadisə (məsələn, avtomobil qəzası, təbii fəlakət, zorakılıq, müharibə) yaşadıqdan sonra yaranan psixoloji vəziyyətdir. PTSP-nin təsirləri fərqli ola bilər, amma, ümumiyyətlə, insanın gündəlik həyatını, psixoloji vəziyyətini və emosional sağlamlığını əhəmiyyətli dərəcədə mənfi şəkildə təsir edir. Obsessiv kompulsiv pozuntu (OKP) insanların təkrarlanan, məcburi düşüncələr (obsessiyalar) və ya davranışlara (kompulsiyalar) qarşı təbii olmayan bir ehtiyac hiss etməsi ilə özünü göstərir. Bu pozuntu şəxsin gündəlik həyatına ciddi şəkildə təsir edə bilər. Obsessiyalar şəxs tərəfindən nəzarət edilə bilməyən və çox narahatedici olan təkrarlanan düşüncələr, şəkillər və ya impulslar olur. Bu düşüncələr şəxsdə narahatlıq və gərginlik yaradır. Məsələn, bədənə zərər verə biləcək mikroblar və ya çirklənmələr haqqında narahatlıq şəxsdə təmizlik qorxu hissi yaradır. Düzgünlük və nizam, hər şeyin müəyyən bir qaydada olması və düzgün yerində olması barədə obsessiv düşüncələr yaranır. Kompulsiyalar şəxs tərəfindən narahatlıq və qorxuları azaltmaq üçün təkrarlanan hərəkətlərdir. Kompulsiyalar müxtəlif formalarda ola bilir. Təmizlik və dezinfeksiya, təkrarlanan şəkildə əlləri yumaq, əşyaları təmizləmək, yerə toxunmamaq kimi davranışlar sərgiləyir. Cavab verməklə təkrarlanan şəkildə müəyyən bir söz və ya cümləni deyərək, narahatlıq hissini azaltmağa çalışır və bununla da özündə rahatlıq hissi tapır. Bəzən əşyaların sıralanması və nizamlanması şəxsdə əşyaların dəqiq bir şəkildə yerinə qoyulması, məsələn, kitabların və ya paltarların müəyyən bir şəkildə sıralanması müşahidə olunur. Bir şeyin düzgünlüyünü yoxlamaq üçün təkrarlanan davranışlar, məsələn, qapıların bağlandığını və ya elektrik cihazların söndüyünü yoxlamaq kimi hərəkətlər meydana çıxır”,- deyə psixoloq əlavə edib.

Lalə Nəzərova təşviş pozuntusunun psixoloq və ya psixiatr tərəfindən aparılan klinik müayinələr nəticəsində diaqnoz edildiyini deyib: “Müxtəlif suallar və testlər istifadə olunur. Buna görə də, peşəkar mütəxəssisə müraciət etmək vacibdir. Təşviş pozuntusu müalicə oluna biləcək xəstəlikdir. Psixoterapiya, xüsusilə Koqnitiv Davranış Terapiyası (Cognitive Behavioral Therapy, CBT) və dərman müalicəsi bu vəziyyəti yaxşılaşdırmağa kömək edir. CBT şəxsin düşüncə və davranışlarını dəyişdirərək təşviş pozuntusunu azaldır. Bu terapiya, şəxsin narahatlıq yaradan düşüncələrini tanımasına və onlara fərqli yanaşma yolları tapmasına kömək edir. Dialektik davranış terapiyası koqnitiv davranış terapiyaya bənzər olaraq, diqqət mərkəzi insanın davranışını dəyişdirməkdir. Bu terapiya emosional vəziyyətləri, münasibətləri tənzimləməyi və bunlarla əlaqəli yaranan problemlərin öhdəsindən gəlmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Şəxslər təşviş pozuntusu ilə mübarizə aparmaq üçün müxtəlif strategiyalar tətbiq edə bilərlər. Bunlar arasında nəfəs məşqləri, meditasiya, yoqa, fiziki fəaliyyətlər və terapiya müalicələri var. Fiziki məşqlər endorfinlərin ifrazını təşviq edərək narahatlıq hissini azalda bilər. Müntəzəm idman fəaliyyəti təşviş pozuntusunun simptomlarını yüngülləşdirə bilər. Eyni zamanda, yaxınlarının göstərdiyi səylə təşviş pozuntusu olan insana kömək göstərmək olar. Anlayışlı, səbirli olmaqla, şəxsə göstərilən emosional dəstək şəxsin təşvişini azaltmağa kömək edə bilər. Ailə üzvləri, şəxsə psixoterapiya və müalicə axtarışında dəstək göstərə bilərlər. Təşviş pozuntusunun təkrarlanma ehtimalı var. Lakin düzgün müalicə və stresə idarəetmə üsulları ilə təkrarlanma ehtimalı azaldıla bilər”.

Psixoloq uzunmüddətli təşviş pozuntusunun insanın iş və sosial həyatına mənfi təsir etdiyini vurğulayıb: “Bu, həmçinin yuxu pozuntuları, depressiya və fiziki sağlamlıq problemləri yaradır. Təşviş pozuntusu olan şəxs iş yerində qərar verməkdə çətinlik çəkir, eyni zamanda, yüksək narahatlıq hissi məhsuldarlığı azalda bilər. Əgər təşviş pozuntusu uzunmüddətli müalicə olunmazsa, o zaman digər psixoloji pozuntular, məsələn depressiya və digər psixiatrik vəziyyətlər inkişaf edə bilər. Təşviş pozuntusunun müalicəsi fərdi olaraq dəyişir. Bəzi insanlar qısa müddət ərzində yaxşılaşarkən, digərləri üçün daha uzun müalicə dövrü tələb olunur. Bundan başqa, təşviş pozuntusu hər yaşda ortaya çıxa bilər. Yetişkinlərdə və həyatın çətin dövrlərində təşviş pozuntusu inkişaf edə bilər. Müalicə müddəti hər bir şəxs üçün fərqlidir. Ümumiyyətlə, müalicə prosesinin başlanğıc mərhələsi bir neçə ay ərzində görülür, davamlı müalicə isə uzunmüddətli ola bilər. Təşviş pozuntusunun yalnız “zəif” insanlarda olduğunu düşünmək yanlışdır. Hər kəsdə təşviş pozuntusu inkişaf edə bilər və bu, ciddi bir sağlamlıq problemidir. Güclü xarakterə malik insanlarda da yaşadığı hadisələr nəticəsində təşviş yarana bilər. Tam olaraq qarşısını almaq çətin olsa da, streslə başaçıxma metodları, sağlam həyat tərzi və dəstəkləyici mühit təşviş pozuntusunun qarşısını almağa kömək edə bilər. Sağlam qidalanma beyin funksiyalarını yaxşılaşdırmağa və narahatlıq səviyyələrini azaltmağa kömək edir. Omeqa-3 yağ turşuları və kompleks karbohidratlar təşvişin yüngülləşdirməsində faydalı ola bilər”.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Avqust 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri