Icma.az
close
up
RU
Su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yeni QAYDA KONKRET

Su çəkdirmək istəyənlərin NƏZƏRİNƏ: Yeni QAYDA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Biznes mühitinin yaxşılaşdırılmasının əsas göstəricilərindən biri biznes subyektlərinin fəaliyyəti üçün zəruri olan infrastruktur səviyyəsindən və əlçatanlığından birbaşa asılıdır”. 

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli.Az-a açıqlamasında iqtisadi ekspert Samir Heydərov bildirib.

Ölkə rəhbərliyi tərəfindən hər zaman bu istiqamətdə görüləcək işlərin diqqət mərkəzində olduğunu deyən ekspert bu ilin mayında “Su şəbəkələrinə qoşulma” işçi qrupunun təşkil etdiyi genişləndirilmiş iclasda su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün Vahid Pəncərə sisteminin yaradılması barədə keçirilən təqdimatları xatırladıb:  “Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb”.

Ekspertin fikrincə, iqtisadi islahatlar biznes subyektlərinin su sistemlərinə qoşulmasını asanlaşdırmaqla eyni zamanda şəffaflığı təmin edib. Bu da öz növbəsində biznes fəaliyyətini asanlaşdıraraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən amillərdən birinə çevrilib. Baxmayaraq ki, ölkəmizin su ehtiyatlarının 70-75 faizi ölkə xaricində formalaşır.

Su və tullantı sularının axıdılması sisteminə qoşulma istiqamətində bir çox region ölkələrindən öndə olduğumuzu vurğulayan ekspert suyun qiymətinin region ölkələri ilə eyni olduğunu söyləyərək suyun 1 m3-nun qiymətinin Avropa Birliyinə daxil olan ölkələrdən çox aşağı olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərimizdə daxili mənbələr hesabına formalaşan su ehtiyatlarının olması kənd təsərrüfatının inkişafı üçün regionda böyük imkanlar yaradır.

Məlumat üçün qeyd edək ki, ölkəmizdə adam başına aylıq su norması sayğac quraşdırılmayan istehlak qrupları üçün 5 m3 təyin edilib. Yeni sərəncam həm biznesin inkişafına, həm də sudan effektli istifadəyə zəmin yaradacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri