Su çərşənbəsi ndə ağacəkmə aksiyası keçirilib
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Su çərşənbəsi" münasibəti ilə ağacəkmə aksiyası keçirilib.
Modern.az-ın məlumatına görə, Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ziyadlı kəndində Samux-Kür yolunun ətrafında keçirilən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.
Aksiyada ümumilikdə 500 ədəd olmaqla, xan çinarı, eldar şamı və digər ağaclar əkilib. Yeni əkilən tinglər üçün damcılı suvarma sistemi çəkilib və suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















