Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması mühüm strateji hədəfdir

Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması mühüm strateji hədəfdir

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Məlum olduğu kimi,iqlim dəyişikliklərinin kəskinləşməsi,su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması uzunmüddətli dövrdə qlobal miqyasda əsas çağırışlardan biri kimi getdikcə daha geniş miqyasda ön plana çıxmaqdadır. Su ehtiyatları və ondan səmərəli istfadə zəmanəmizin ən önəmli məsələlərindən birindir və iqlim dəyişikliyinin getdikcə kəskinləşməsi bu məsələnin aktuallığını daha da artıracaq.
Cənubi Qafqazın bərpa olunan 174 milyard kubmetrdən artıq şirin su ehtiyatlarının 62 faizi Gürcüstanın, 23 faizi Ermənistanın, təxminən 15 faizi və ya 26,2 milyard kubmetri isə Azərbaycanın payına düşür.Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010−2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb. İllik su təsərrüfatı balansının göstəricilərinə görə,ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı məqsədilə götürülən suyun isə 37 faizi son istehlakçıya çatmır.Su itkilərinin orta illik həcmi təxminən ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları, yəni 4,6 milyard kubmetrə qədərdir.Ona görə də Azərbaycanda da mövcud su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması və itkilərin minimuma endirilməsi məsələləri çox böyük aktuallıq kəsb edir və strateji hədəf xarakteri daşıyır.Bu baxımdan yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirənin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı əmin müşavirədəki çıxışında bildirib ki, son 20 il ərzində biz dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik.Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb.Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib.
Müşavirədə xüsusi vurğulanan məqamlardan biri bu oldu ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır.Həmin su mənbələrinin üstünlüyü odur ki,bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır.Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb.
Prezident Bakının və Abşeron yarımadasının içməli su problemlərindən danışarkən bildirib ki, əfsuslar olsun, bu məsələ uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul və icra edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək.Bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir.Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki orada nəzrdə tutulanların hamısını tam icra etmək üçün vaxt lazımdır. Proqramın icrası iki mənbədən: dövlət büdcəsi və xarici kreditlər hesabına maliyyələşəcək.
Dövlət başçısı qeyd edib ki,Xəzər dənizinin çirklənməsinin qarşını almağın əsas amillərindən biri kimi dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Eyni zamnda dövlət başçısı əlavə edib ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək.Xarici investisiyalar hesabına qabaqcıl texnologiya əsasında həyata keçiriləcək bu layihə imkan verəcək ki,Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq.Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.
Prezident onu da xüsusi qeyd edib ki, bu sahədə mövcud olan ciddi problemlərdən biri də su itkiləri ilə bağlıdır. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir.Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi.Bununla belə biz gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Proqramın icrası nəticəsində su itkiləri kəskin azalmalıdır.
Prezident öz çıxışında kanalizasiya sisteminin vəziyyətinə də toxunub və bildirib ki, leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır.Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil,dünyanın istənilən yerində belə halları görürük. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və leysan yağışları zamanı bunun çox böyük faydası olacaq.B gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir.Proqramın icrası nəticəsində bu,95 faizə çatdırılmalıdır.
Sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin məhdud su ehtiyatlarından maksimum səmərəli istifadə edilməsi prinsipi əsasında sistemli şəkildə, şəffaflıq, hesabatlılıq və effektli nəzarət şəraitində həyata keçirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında su təhlükəsizliyinin dayanıqlığının artırılması;bu sahədə müasir tələblərə cavab verən idarəetmə sisteminin qurulması; əhalini, sənayeni, kənd təsərrüfatını keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi; tullantı və yağış sularının yaratdığı problemlərin aradan qaldırılması, kanalizasiya sistemləri və tullantı sularının emal edilməsinin infrastruktur təminatının yaxşılaşdırılması;su anbarlarının potensialının artırılması,mövsüm gələndə suların yığılmasında və sonra il boyunca onlardan istifadə etmək imkanlarının genişləndirilməsində də mühüm rol oynayacaq.
Əli Məsimli, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Yanvar 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri