Su istifadəsini azaldın ƏHALİYƏ ÇAĞIRIŞ
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tehran 5-ci ildir ki, quraqlıq yaşayır və yağıntıların 45 faiz azalması ilə də paytaxtda su qıtlığı həyəcanı yaranıb.
News24.az İran Tələbə Xəbər Agentliyinə (İSNA) istinadən xəbər verir ki, paytaxtı su ilə təmin edən bəndlərdə suyun həcmi azalıb və hava proqnozları quraqlığın gələn il də davam edəcəyini göstərir.
Tehran Su İdarəsi həmçinin yay aylarında su qıtlığından qaçmaq üçün insanları istehlaklarını 20 faiz azaltmağa çağırıb.
Tehranın su ehtiyatları və istehlakında balanssızlıqla üzləşdiyi, bəzi evlərdə gündə adambaşına 500 litr su sərf edildiyi, bunun da standartlardan xeyli yüksək olduğu bildirilib.
Bu çərçivədə həddindən artıq sudan istifadə edən abonentlərə ilk növbədə xəbərdarlıq ediləcəyi və yüksək istehlakın davam edəcəyi təqdirdə suyunun kəsiləcəyi bildirilib.
Günel Məlikzadə
Baxış sayı:116
Bu xəbər 06 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















