Icma.az
close
up
RU
Su resurslarının idarə edilməsi və şəhər dayanıqlığı ŞƏRH

Su resurslarının idarə edilməsi və şəhər dayanıqlığı ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Müasir dövrdə su ehtiyatlarının azalması, iqlim dəyişmələrinin sürətlənməsi və urbanizasiyanın intensivləşməsi dünya miqyasında yeni təhlükəsizlik çağırışları formalaşdırır. Bu çağırışlar təkcə ekoloji məsələ kimi deyil, eyni zamanda sosial rifah, iqtisadi inkişaf və milli təhlükəsizlik kontekstində də qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı sularının idarə olunması ilə bağlı keçirdiyi müşavirə bu reallıqlar fonunda dövlətin strateji baxışını aydın şəkildə ortaya qoyur.

Son onilliklərdə müşahidə olunan iqlim dəyişmələri su dövriyyəsinin təbii balansını ciddi şəkildə pozmuşdur. Yağıntıların qeyri-bərabər paylanması, uzunmüddətli quraqlıqlar və ekstremal hava hadisələrinin artması su ehtiyatlarının idarə edilməsini daha mürəkkəb və məsuliyyətli prosesə çevirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, su mənbələri hər bir ölkə üçün strateji resursdur və bu resurslardan səmərəli istifadə milli inkişafın əsas şərtlərindən biridir.

Azərbaycan coğrafi mövqeyinə görə su ehtiyatları baxımından həssas regionda yerləşir. Yeraltı və yerüstü su mənbələrinin məhdudluğu, transsərhəd çaylardan asılılıq və əhalinin artımı problemin aktuallığını daha da artırır. Bu baxımdan su siyasətinin uzunmüddətli planlama əsasında qurulması dövlətin prioritet vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı sularının idarə olunması sistemlərinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirədə çıxışı ölkənin ekoloji təhlükəsizliyi və dayanıqlı inkişaf strategiyası baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər. 2026–2035-ci illəri əhatə edən yeni Dövlət Proqramı bu sahədə uzunmüddətli, sistemli və elmi əsaslara söykənən yanaşmanın formalaşdırıldığını göstərir.

Müşavirədə vurğulandığı kimi, su ehtiyatlarının azalması və iqlim dəyişmələrinin təsiri artıq qlobal miqyasda ciddi çağırışa çevrilmişdir. Bu proseslərdən Azərbaycan da kənarda qalmır. Ölkədə qazlaşmanın 96 faiz səviyyəsinə çatdırılması mühüm sosial nailiyyət olsa da, su resurslarının idarə olunması sahəsində mövcud problemlər yeni və daha çevik yanaşmalar tələb edir. Prezident İlham Əliyev çıxışında su mənbələrinin hər bir ölkə üçün strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etmişdir.

2026–2035-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramı təkcə texniki yenilənməni deyil, eyni zamanda idarəetmədə institusional islahatları, rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və ekoloji dayanıqlığın təmin olunmasını hədəfləyir. Bu proqram ölkənin sosial rifahına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edir.

Dövlət Proqramının mühüm komponentlərindən biri də institusional islahatlardır. Su təsərrüfatının idarə olunmasında şəffaflıq, məsuliyyət və koordinasiyanın gücləndirilməsi əsas məqsədlər sırasındadır. Ağıllı ölçmə sistemləri, itkilərin azaldılması üçün monitorinq texnologiyaları və alternativ su mənbələrindən istifadə imkanları bu sahədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Eyni zamanda, tullantı sularının təkrar istifadəsi və yaşıllaşdırma məqsədləri üçün yönləndirilməsi ekoloji tarazlığın qorunmasına və su resurslarının səmərəli istifadəsinə şərait yaradır.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qəbul edir. Bakı və Abşeron yarımadasında həyata keçiriləcək layihələr yalnız bugünkü problemlərin həllinə deyil, gələcək nəsillər üçün dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına yönəlib. Bu baxımdan yeni Dövlət Proqramı strateji düşüncənin, məsuliyyətli idarəçiliyin və uzunmüddətli inkişaf baxışının təzahürüdür.

Samirə Zeynalova

YAP Tərtər rayon təşkilatının mühasibi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri