Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Su təhlükəsizliyi və dayanıqlı şəhər infrastrukturu

Su təhlükəsizliyi və dayanıqlı şəhər infrastrukturu

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkənin kommunal infrastruktur siyasətində strateji əhəmiyyət daşıyan mühüm hadisə kimi qiymətləndirilir. Bu proqram təkcə paytaxt Bakını deyil, Abşeron yarımadasının əsas şəhərlərindən biri olan Sumqayıtı da əhatə etməklə, uzun illər mövcud olmuş sistemli problemlərin mərhələli və əsaslı həllini hədəfləyir. 
Son onilliklərdə Bakı və Abşeron yarımadasında əhali artımı, sənayeləşmə, yeni yaşayış massivlərinin salınması və şəhərsalma proseslərinin sürətlənməsi su təchizatı və kanalizasiya sistemlərinə ciddi yük yaradıb.
Mövcud infrastrukturların böyük hissəsi hələ sovet dövründə qurulduğundan müasir tələblərə cavab vermir, itkilər yüksəkdir, yağış sularının idarə olunmasında isə ciddi boşluqlar mövcuddur. Xüsusilə Sumqayıt şəhərində içməli suyun fasilələrlə verilməsi, bəzi ərazilərdə təzyiqin aşağı olması, kanalizasiya xətlərinin köhnəlməsi və güclü yağıntılar zamanı küçə və həyətlərin su altında qalması sakinlərin gündəlik həyatında ciddi narahatlıqlar yaradıb. Sumqayıtın sənaye şəhəri kimi inkişafı bu problemlərin daha da dərinləşməsinə səbəb olub. Müşavirədə cənab Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri su ehtiyatlarının idarə olunmasının milli təhlükəsizlik və sosial rifah məsələsi olmasıdır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, kommunal infrastruktur layihələri qısa müddətli deyil, 10–15 illik strateji baxış əsasında həyata keçirilməlidir.
2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı da məhz bu yanaşmanın məhsuludur. Proqram çərçivəsində: içməli su mənbələrinin şaxələndirilməsi, magistral və paylayıcı xətlərin yenilənməsi, tullantı sularının təmizlənməsi qurğularının müasir standartlara uyğun qurulması, yağış sularının ayrı sistem üzrə idarə olunması prioritet istiqamətlər kimi müəyyən edilib. Dövlət Proqramında Sumqayıt şəhərinin xüsusi yer tutması təsadüfi deyil. Çünki Sumqayıt təkcə Abşeron yarımadasının deyil, bütövlükdə ölkənin mühüm sənaye və sosial mərkəzlərindən biridir. Burada su təchizatının dayanıqlı və fasiləsiz olması həm əhalinin rifahı, həm də sənaye müəssisələrinin fəaliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Proqram çərçivəsində Sumqayıtda: köhnə su xətlərinin mərhələli şəkildə tam yenilənməsi, yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, kanalizasiya və yağış suları sistemlərinin ayrılması, tullantı sularının ətraf mühitə zərər vermədən təmizlənməsi nəzərdə tutulur.
Bu tədbirlər Sumqayıt sakinlərinin illərdir üzləşdiyi su qıtlığı, kanalizasiya daşqınları və sanitar problemlərin aradan qaldırılmasına real zəmin yaradacaq. Yeni Dövlət Proqramı yalnız texniki layihə deyil, eyni zamanda sosial və ekoloji yönümlü sənəddir. Təmiz içməli suya çıxışın genişlənməsi əhalinin sağlamlığına birbaşa təsir göstərir, tullantı və yağış sularının düzgün idarə olunması isə Xəzər dənizinin və ətraf mühitin qorunması baxımından mühüm rol oynayır. Sumqayıt kimi sənaye şəhərlərində ekoloji tarazlığın qorunması xüsusilə aktualdır. Bu baxımdan proqramın həyata keçirilməsi şəhərin ekoloji yükünü azaldacaq, yaşayış mühitinin keyfiyyətini yüksəldəcək.
Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti infrastruktur problemlərinə situativ deyil, sistemli və strateji yanaşma ilə yanaşır. Bakı ilə yanaşı, Sumqayıtın da su probleminin dövlət səviyyəsində prioritet kimi müəyyən edilməsi yüz minlərlə vətəndaşın sosial rifahına yönəlmiş mühüm addımdır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı uğurla icra olunduğu təqdirdə, Bakı və Abşeron yarımadası, xüsusilə də Sumqayıt şəhəri su təchizatı və kanalizasiya sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyasının növbəti real nəticəsi olacaq.


Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri