Icma.az
close
up
RU
Su təminatında innovativ yanaşmalar

Su təminatında innovativ yanaşmalar

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Sürətli urbanizasiya, əhalinin dinamik artımı və yaşayış massivlərinin genişlənməsi tullantı sularının axıdılmasında müəyyən problem yaradır. Belə ki, Bakıətrafı qəsəbələrdə əhalinin sıx məskunlaşması tullantı sularının müəyyən olunmamış yerlərə axıdılması ilə nəticələnir. Problemin həlli istiqamətində Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri müzakirə edilib. Bunun həyata keçirilən infrastruktur layihələri arasında xüsusi yer tutan məsələ olduğunu bildirən dövlət başçımız çıxışı zamanı ölkəmizdə son illər ərzində genişmiqyaslı infrastruktur layihələrin icra edildiyini vurğulayıb. Həm Bakıda, həm bütün bölgələrdə son iyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram uğurla icra olunub. “Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq”, - deyə Prezident bildirib.

Azəbaycan Prezidenti bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bu məsələyə də toxunduğunu qeyd edərək, bu gün bizim enerji generasiya gücümüzün tələbatımızdan daha artıq olduğunu diqqətə catdırıb: “Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır, - eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, - bu məsələ həll edilmiş hesab olunur, - ixrac yolları haqqında düşünürük və nəinki düşünürük, onları biz yaradırıq”. Bu gün enerji siyasəti dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan Azərbaycan dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır, eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdədir. Realliqlar deməyə əsas verir ki, artıq Azərbaycan bir neçə ildən sonra dünya bazarına neft, qaz ixrac etdiyi kimi elektrik enerjisini də ixrac edəcək. Müasir dövrdə ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir.

Müşavirədə dövlət başçısı qazlaşma məsələsinə də toxunub. Bu gün ölkəmizdə qazlaşma 96 faizə çatıb və beləliklə, əhalinin 96 faizi bu gün təbii qazla təchiz edilib. Bunun da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələ olduğunu Prezident diqqətə catdırıb. Bu gün Azərbaycanın həmçinin qaz ölkəsi kimi tanınır. Həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi qənaətbəxşdir. Qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin azaldılması, qaz qurğularının təhlükəsiz və etibarlı istismarı ilə bağlı görülən işlər əhəmiyyət kəsb edir.

Prezident içməli su və suvarma layihələrinin də həmişə diqqət mərkəzində olduğunu bildirib. Azərbaycanda vaxtilə bu, insanları narahat edən ciddi məsələlərdən olub. Bu gün isə ölkəmizin əksər şəhərləri içməli su, kanalizasiya layihələri icra edilmişdir. Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarları vurğulanmalıdır. Təbii ki, bu su anbarları tikilməsəydi, həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.

Ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, bərpa və yenidənqurma işləri görülmüş, eyni zamanda su ehtiyatlarımız üzərində də nəzarət bərpa edilmişdir ki, bu da ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 20 faizinə bərabərdir. “Sərsəng” su anbarı təkcə azad edilmiş ərazilərdə deyil, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir

2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhərində və Abşeron yarımadasında həm bugünkü, həm də perspektiv inkişaf hədəfləri ilə uzlaşmaqdadır.

Prezident İlham Əliyevin keçirdiyi müşavirə bir daha göstərdi ki, bu məsələlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Müşavirə zamanı da səsləndirilən fikirlər və irəli sürülən təkliflər onu təsdiqləyir ki, Bakı şəhərinin, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sisteminin mərhələli və müasir tələblərə uyğun şəkildə yenilənməsi əsas məsələlərdəndir.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən müşavirə su ehtiyatlarının səmərəli istifadə edilməsinə, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılmasında xüsusi rol oynayacaqdır. Ölkənin su təhlükəsizliyinin təmin edilməsi hər zaman dövlətimizin diqqət mərkəzinizdə olub, bu gün də belədir.

İlkin ABBASOV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri