Icma.az
close
up
RU
Su təsərrüfatı sistemlərinin yenilənməsi mərhələsi ŞƏRH

Su təsərrüfatı sistemlərinin yenilənməsi mərhələsi ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədəBakı şəhəri və Abşeron yarımadasında mövcud su infrastrukturunun vəziyyəti, qarşıda duran problemlər və uzunmüddətli həll yolları ətraflı müzakirə olunub.

Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev çıxışında su resurslarının idarə olunmasının milli təhlükəsizlik, əhalinin sosial rifahı və dayanıqlı şəhərsalma baxımından strateji əhəmiyyət daşıdığınıqeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, iqlim dəyişiklikləri, urbanizasiya prosesləri və əhalinin artımı su təsərrüfatına olan tələbatı daha da artırır və bu sahədə kompleks, elmi əsaslara söykənən yanaşma zəruridir.

Cənab Prezidentimiz İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında uzun illər ərzində formalaşmış infrastruktur problemlərinin mərhələli şəkildə aradan qaldırılmasının vacibliyini bildirib. Əsasən yağış sularının idarə olunması, tullantı sularının toplanması və təmizlənməsi sistemlərinin müasir standartlara uyğun qurulmasının şəhər mühitinin sağlamlaşdırılmasında mühüm rol oynadığınıdiqqətə çatdırıb. Həmçinin,dövlət başçısı bu sahədə görüləcək işlərin yalnız texniki deyil, eyni zamanda ekoloji və sosial baxımdan da böyük əhəmiyyət daşıdığını müşavirədə qeyd edib.

Müşavirədə 2026–2035-ci illəri əhatə edəcək Dövlət Proqramının əsas məqsədləri açıqlanıb. Proqram çərçivəsində su təchizatı sistemlərinin yenilənməsi, itkilərin minimuma endirilməsi, yağış və tullantı sularının ayrılıqda idarə olunması, eləcə də təmizləyici qurğuların gücləndirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev qeyd edib ki, bu proqramın icrası paytaxtın infrastruktur dayanıqlığını artıracaq, daşqın və subasma risklərini azaldacaq, əhalinin həyat keyfiyyətinə müsbət təsir göstərəcək.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasınınəzərdə tutur. 10 illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək, bu sahədə olan problemləri aradan qaldıracaqdır.

İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildə aktiv mərhələyə keçib. İlin əvvəlində Tərtər rayonunun “Suqovuşan” su anbarının və Ağdam rayonunun “Xaçınçay” su anbarının bərpasına, Füzuli rayonu ərazisindəki üç “Köndələnçay” su təmirinə başlamaq üçün vəsait ayrılıb. Həmçinin Tərtərçay Sol Sahil kanalı üzrə yenidənqurma işləri start götürüb.Həmçinin, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında meliorasiya və su təsərrüfatı infrastrukturunun tam bərpası üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasına da başlanılıb. İrihəcmli yeni su anbarları layihələri üzərində də işlərə başlanılıb: Laçın rayonu ərazisində “Həkəriçay” su anbarı və Qubadlı rayonu ərazisində “Bərgüşadçay” su anbarı üçün layihə-smeta sənədlərinin tərtibi davam etdirilib. Laçın rayonunda “Zabuxçay” su anbarının və oradan uzanacaq magistral kəmərlərin layihələndirilməsinə də 2022-ci ildə başlanılıb.

Elə həmin il su ehtiyatlarının idarə olunmasına dair Milli Strategiyanın layihəsi hazırlanaraq razılaşdırma mərhələsinə çıxarılıb. Eyni zamanda, “Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı Qaydaları” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib. Qərara əsasən, su obyektlərindən bilavasitə su götürən hüquqi və fiziki şəxslər tərəfindən götürülən suyun ödənişlərinin həyata keçirilməsi üzrə mexanizm hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Su ehtiyatlarının həcminin ölçülməsi və keyfiyyətinin izlənməsi də diqqətdə saxlanılıb. Belə ki, 2022-ci ildə bu sahədə də əhəmiyyətli addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində milli su monitorinq mərkəzinin imkanları gücləndirilib. Bir sıra çay məntəqəsində avtomatik hidroloji stansiyaların quraşdırılması layihəsinə start verilib. Yeraltı suların müşahidəsi üçün Mil düzənliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində onlarla müşahidə quyusu təmir edilərək müntəzəm ölçmə rejiminə keçirilib. Bu addımlar iqlim dəyişikliyinin su resurslarına təsirini daha yaxşı anlamağa və erkən xəbərdarlıq sistemini formalaşdırmağa xidmət edir.

Ölkə başçısı İlham Əliyev çıxışında vurğulayıb ki, vətəndaşların həyat şəraititninyaxşılaşdırılması dövlət siyasətinin əsas amillərindən biridir. Bu sahə daim diqqət mərkəzində saxlanılacaq, yeni layihələr ardıcıl həyata keçiriləcəkdir.

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyasl Culfa rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri