Əlaqələrin yeni mərhələsi ŞƏRH
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və Türk dünyası ilə münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu görüşdə iştirakı və səsləndirdiyi fikirlər ölkəmizin regionda artan siyasi və iqtisadi rolunu, beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti və gələcəyə hesablanmış strateji məqsədlərini bir daha nümayiş etdirdi.
Görüş Türkmənistanın gözəl Avaza bölgəsində təşkil olunmuşdur. Prezident İlham Əliyev çıxışının əvvəlində tədbirin təşkilinə və göstərilən ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürünü bildirmiş, qardaş Türkmənistanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Dövlətimizin başçısının bu fikirləri Azərbaycanla Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini göstərir.Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatında tamhüquqlu iştirakı ölkəmizin xarici siyasətində mühüm mərhələdir. Prezident İlham Əliyev çıxışında xatırlatmışdır ki, Azərbaycan 2025-ci ilin noyabrında bu formatın tamhüquqlu iştirakçısına çevrilmişdir. Dövlətimizin başçısı bu tarixi qərarı yekdilliklə dəstəkləyən həmkarlarına təşəkkür etmiş, Azərbaycanın bu əməkdaşlıq platformasına qoşulmasında Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü xüsusi qeyd etmişdir.Bu qərar Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin yeni səviyyəyə yüksəldiyini göstərir. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər, qarşılıqlı hörmət və iqtisadi maraqlar Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən əsas amillərdir. Bu gün ölkələrimiz arasında münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də bütün regionun inkişafına, təhlükəsizliyinə və beynəlxalq mövqelərinin güclənməsinə xidmət edən geniş əməkdaşlıq sisteminə çevrilir.Prezident İlham Əliyev Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyini xüsusi vurğulamışdır. Dövlətimizin başçısının bildirdiyinə görə, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş səfər həyata keçirilmişdir. Bu fakt siyasi dialoqun intensivliyini, tərəflərin bir-birinə olan etimadını və qarşılıqlı əlaqələri daha da gücləndirmək istəyini aydın şəkildə göstərir.Azərbaycan və Türkmənistanı birləşdirən münasibətlərin əsasını xalqlarımızın tarixi yaxınlığı, ortaq mədəni irsi və qarşılıqlı hörmət təşkil edir. Bu münasibətlərin inkişafı Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələrimizin iqtisadi imkanlarının daha səmərəli şəkildə reallaşdırılmasına da şərait yaradır. İkitərəfli əməkdaşlığın genişlənməsi nəqliyyat, energetika, ticarət və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.Prezident İlham Əliyev çıxışında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına qardaş ölkələrin göstərdiyi dəstəyin əhəmiyyətini də xüsusi qeyd etmişdir. Dövlətimizin başçısı Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa olunmasını xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın ifadəsi kimi qiymətləndirmişdir. Xatırladaq ki, Azərbaycan və Türkmənistan prezidentləri ötən il həmin məscidin təməlqoyma mərasimində birlikdə iştirak etmişlər.Bununla yanaşı, Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirmişdir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi, Qazaxıstanın Ağdamda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini yaratması, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb tikməsi qardaşlıq münasibətlərinin konkret nümunələridir.
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 09 Oktyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















