Icma.az
close
up
RU
Suallar o qədər çətin olub ki: Magistraturada minlərlə yer boş qaldı

Suallar o qədər çətin olub ki: Magistraturada minlərlə yer boş qaldı

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu il magistraturaya qəbul nəticələri bir daha sübut etdi ki, ali təhsilin planlaşdırılması keyfiyyətsiz, əlaqəsiz və məsuliyyətsiz şəkildə aparılır.

Magistratura pilləsinə ixtisas seçimi edən 15555 nəfərdən 13446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: 

Ümumilikdə 16794 plan yeri ayrılıb, lakin 3300-dən çox plan yeri boş qalıb! Bu, o deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər, bu yerlər üçün nə tələbə var, nə də maraq. Amma nəticədə nə baş verir? Həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, birbaşa həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 

Daha da acınacaqlısı odur ki, builki imtahanda iştirak edən 26241 bakalvrın 3147 nəfəri 0–30 bal arası nəticə göstərib:

“Bu rəqəm onu göstərir ki, imtahanda verilən suallar universitetlərdə keçilən biliklərə əsaslanmır. O zaman bu sualları kim hazırlayır, hansı əsasla? Universitetlərdə verilən təhsil niyə bu imtahanda “keçərli” sayılmır? Bunu kim izah edəcək? Dövlət İmtahan Mərkəzi, yoxsa Elm və Təhsil Nazirliyi?”

Ekspert daha bir nüansı diqqətə çatdırıb: 

“Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi ilə, amma 7648 nəfər ödənişli əsaslarla oxuyacaq. Ödənişli təhsilin bu qədər yüksək olması həm sosial bərabərliyi pozur, həm də keyfiyyətsiz və kommersiya maraqlı bir sistemin davam etdiyini göstərir.

Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura isə məqsəd deyil, formal pilləyə çevrilib. Elm və Təhsil Nazirliyi bu vəziyyətə nəzarət etməlidir”.

Xəzər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri