Suaresin “İnter Mayami”də qalmaq ehtimalı var
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
MLS təmsilçisi “İnter Mayami”nin hücumçusu Luis Suaresin karyerasını klubda davam etdirmək ehtimalı gündəmdədir. Uruqvaylı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi ilə bağlı tərəflər arasında danışıqlar aparılır.
İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, klub rəhbərliyi 38 yaşlı forvardla yeni razılaşma variantlarını müzakirə edir.
Daha əvvəl Suaresin ABŞ-dəki çıxışlarından sonra peşəkar karyerasını bitirməyi düşündüyü bildirilirdi.
Eyni zamanda “İnter Mayami” yarımmüdafiəçi Rodriqo De Paulun transferini də tamamlayıb. Argentina millisinin üzvü yayda İspaniyanın “Atletiko” klubundan mövsümün sonuna qədər icarə əsasında komandaya qoşulmuşdu. Yarımmüdafiəçi ilə dördillik müqavilə imzalanıb. Razılaşmaya əsasən, De Paul mövsümə görə 12 milyon dollar (təxminən 20,4 milyon AZN) qazanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Dekabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















