Icma.az
close
up
RU
Suat Delgen: İsrailin Suriyadakı hərbi hərakatını Türkiyəyə mesaj olaraq düşünmək doğru deyil

Suat Delgen: İsrailin Suriyadakı hərbi hərakatını Türkiyəyə mesaj olaraq düşünmək doğru deyil

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin Suriyaya son zərbələri Türkiyənin bu ölkədə hərbi baza yaratmasının qəbuledilməz olmasına dair Ankaraya mesajıdır. Bu barədə “Yerusəlim Post” məlumat yayıb. İsrailin “Kan” radiostansiyasının informasiyasına görə, Türkiyə Palmira yaxınlığında T4 aerodromuna nəzarət etmək istəyir və bu da öz növbəsində İsrailin aviaəməliyyatlarına zərər verə bilər.

Məlumatda bildirilib ki, İsrailin əsas narahatlığı ondan ibarətdir ki, kiçik aerodromdan Türkiyə PUA-ların və daha pisi isə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün istifadə edə bilsin.

Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen “Sherg.az”a bildirib ki, 7 noyabr Həmas terror hücumlarından sonra Netanyahu hakimiyyəti və Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə İsrailin təhlükəsizliyi qorumaq üçün hərbi əməliyyatlara başladılar:


“İsrail-Amerika ortaqlığının əsas hədəfi İran və tərəfdarlarının yaratdığı müqavimətin, bölgədəki hərbi fəaliyyətlərinin azaldılmasına yönəlib. Livana yönəlik icra olunan hərbi hərəkatlar və Suriyadakı hakimiyyət dəyişməsi də bu sahədə meydana gələn hadisələrdir. Hazırda Amerikada müqavimət oxunun digər üzvü olan Husilərə qarşı Yəməndə hərbi əməliyyatlar aparılır. Bəşər Əsəd rejiminin dağılmasından sonra İsrailin Suriyanın hərbi potensialını məhv edəcək şəkildə reallaşdırdığı hərəkət hansısa qrupun Suriyada ordunun nəzarətini ələ keçirməsini istəməməsinə işarədir. HTŞ və YPG-nin belə konvensional mənada Hava Hücumundan Müdafiə sistemi, qüvvətli ordusu və döyüş təyyarələri yoxdur. Daha çox daxili sabitliyi tənzimləyəcək, sərhədləri qoruyacaq və qaçaqmalçılığı əngəlləyəcək hərbi təşkilatdır. İsrail üçün Suriyada da belə quruluşun olmaması əsas prioritetdir. Digər tərəfdən Türkiyə Milli Müdafiə Nazirliyinin Suriyada hərbi qüvvə yaratması ilə bağlı net açıqlama görməmişəm. İsrailin Həmas və Şamda icra etdiyi hərbi hərakatı sadəcə Türkiyəyə mesaj olaraq düşünmək doğru deyil. Çünki İsrailin əsas məqsədi Suriyanın tək bir gücün nəzarətindən yenidən hərbi gücə dönüşməsini əngəlləməkdir. Əgər Suriya belə bir quruluşa qayıdarsa, İran-İraq-Suriya üçbücağı təkrar fəaliyyətə keçər. Həmçinin bu  Livandakı Hizbullahı dəstəkləmək üçün istifadə olunarsa, Hizbullahın yenidən güclənməsi gətirib çıxarar. Türkəyinin Suriyada hərbi varlığının artması da İsrail üçün risq formalaşdıra bilər. Belə olan halda gələcək zamanda Türkiyə Suriyada hərbi varlığını artırsa, Amerikanın kiminsə vasitəçiliyi ilə hər iki ölkənin münasibətlərinin normallaşmasına çalışacağını düşünürəm. Həmçinin İsrail və Azərbaycam əlaqələri də yaxşı səviyyədədir. Buna görə də Türkiyə İsrail əlaqələri fonunda Azərbaycanın da vasitəçi ola biləcəyini düşünürəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri