Icma.az
close
up
RU
Subaylarda xərçəng riski daha yüksəkdir Yeni ARAŞDIRMA

Subaylarda xərçəng riski daha yüksəkdir Yeni ARAŞDIRMA

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni aparılan "Nikah və xərçəng riski" adlı genişmiqyaslı araşdırma göstərib ki, heç vaxt evli olmayan şəxslərdə əksər xərçəng növlərinə tutulma riski evli və ya əvvəllər evli olmuş insanlarla müqayisədə daha yüksəkdir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, tədqiqat zamanı alimlər xərçəngə tutulma hallarını ailə vəziyyəti, şişin növü, yaş, cins və etnik mənsubiyyətə görə qiymətləndiriblər. Bunun üçün ABŞ-ın 12 ştatını əhatə edən epidemioloji müşahidə proqramının məlumatları təhlil olunub. Araşdırmaya 30 yaşdan yuxarı insanlar cəlb edilib.

İştirakçılar iki qrupa bölünüb: həyatında heç vaxt nikahda olmayanlar və hazırda və ya əvvəllər evli olmuş şəxslər. İkinci qrupa evli, boşanmış, ayrı yaşayan və dul insanlar daxil edilib. Birinci qrupa isə rəsmi nikah olmadan birlikdə yaşayan və ya münasibətdə olan şəxslər aid edilib.

Araşdırmada iştirak edənlərin 19 faizi heç vaxt evlənməyənlər olub. Bu göstərici kişilər arasında 21,5 faiz, qadınlarda isə 17 faiz təşkil edib. Ən yüksək göstərici qaradərili qadınlarda (34 faiz) və kişilərdə (35 faiz), ən aşağı göstərici isə ağdərili qadınlarda (12 faiz) və kişilərdə (17 faiz) qeydə alınıb.

Tədqiqat dövründə ümumilikdə 4,24 milyon xərçəng hadisəsi aşkarlanıb. Onların 18 faizi heç vaxt evlənməyən insanların payına düşüb. Bu qrupda xərçəngə tutulma riski evli və ya əvvəllər evli olmuş şəxslərlə müqayisədə kişilərdə 1,68 dəfə, qadınlarda isə 1,85 dəfə yüksək olub.

Hansı xərçəng növlərində risk daha yüksəkdir?

Araşdırma göstərib ki, risk xüsusilə aşağıdakı xərçəng növlərində daha çox artır:

Anal kanal xərçəngi;

Uşaqlıq boynu xərçəngi;

Qida borusu xərçəngi;

Yumurtalıq xərçəngi;

Uşaqlıq xərçəngi;

Qaraciyər xərçəngi;

Ağciyər xərçəngi;

Yoğun bağırsaq xərçəngi.

Qalxanabənzər vəzi, melanoma, prostat, xaya, böyrək və beyin şişlərində də risk artsa da, fərq nisbətən az olub.

Məşhur bioloq İrina Yakutenko bildirib ki, bəzi nəticələr xüsusilə diqqətçəkicidir. Onun sözlərinə görə, heç vaxt evlənməyən kişilərdə anal kanal xərçəngi evli kişilərlə müqayisədə təxminən 5 dəfə, qadınlarda isə 2,5 dəfə daha çox qeydə alınıb.

Bundan əlavə, uşaqlıq boynu xərçəngi riski subay qadınlarda 2,6 dəfə, latınamerikalı qadınlarda isə 3 dəfə yüksək olub. Qida borusu xərçəngi subay kişilərdə 2,4, qadınlarda 2,7 dəfə daha çox aşkarlanıb. Yumurtalıq və uşaqlıq xərçəngi riski 2,4 dəfə artıb. Qaraciyər, ağciyər, yoğun bağırsaq və sidik kisəsi xərçəngi təxminən iki dəfə daha çox müşahidə edilib. Süd vəzi xərçəngi subay qadınlarda 1,7 dəfə, prostat xərçəngi isə subay kişilərdə 1,5 dəfə yüksək olub.

Alimlər bunu nə ilə izah edirlər?

Mütəxəssislərin fikrincə, nikahın özü sağlamlığı birbaşa yaxşılaşdırmır. Qoruyucu təsir daha çox həyat tərzi ilə bağlıdır.

Birinci səbəb odur ki, heç vaxt evlənməyən insanlar statistik baxımdan daha riskli davranışlara meylli olurlar. Bu, xüsusilə insan papilloma virusu (HPV), HİV kimi infeksiyalara yoluxma ehtimalını artırır və nəticədə bəzi xərçəng növlərinin yaranma riskini yüksəldir.

Bundan başqa, siqaret çəkmək və spirtli içkilərdən istifadə kimi zərərli vərdişlər də bu qrupda daha çox rast gəlinir. Bu isə ağciyər, qida borusu və qaraciyər xərçəngi riskinin artmasına səbəb olur.

İkinci mühüm amil isə sosial dəstəkdir. Alimlərin fikrincə, evli insanlar bir-birlərinin sağlamlığına daha çox diqqət yetirir, həkimə vaxtında müraciət etməyə təşviq edir və sağlam həyat tərzi sürməyə daha çox motivasiya olunurlar. Bu da xəstəliklərin erkən aşkarlanmasına və qarşısının alınmasına kömək edir.

İrina Yakutenko vurğulayır ki, yüksək gəliri olan, siqaret çəkməyən, spirtli içkidən sui-istifadə etməyən, təhlükəli davranışlardan uzaq duran, mütəmadi tibbi müayinədən keçən və sağlam həyat tərzi sürən insanların xərçəng riski ailə vəziyyətindən asılı olmayaraq aşağı ola bilər. Lakin real həyatda bu xüsusiyyətlər daha çox evli insanlarda müşahidə olunur.

Araşdırmanın müəllifləri hesab edirlər ki, ailə vəziyyətinin də xərçəng riskinin qiymətləndirilməsi sistemlərinə daxil edilməsi yüksək risk qruplarının daha dəqiq müəyyənləşdirilməsinə və profilaktik tədbirlərin gücləndirilməsinə kömək edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see325

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see279

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see271

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see262

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see258

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see256

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see256

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see247

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see244

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see221

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see215

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see215

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see213

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see205

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see203

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see202

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO

20 Sentyabr 2026 03:28see189

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see188

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see188

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri