Icma.az
close
up
RU
Subianto: ABŞ İran münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər

Subianto: ABŞ İran münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İndoneziya prezidenti Prabovo Subianto hesab edir ki, Vaşinqton və Tehran arasında münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilər.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Kompas" nəşrinin "YouTube" kanalında dərc olunan müsahibəsində bildirib.

“Biz qlobal qeyri-sabitlik vəziyyətində, dünyada hegemonluq uğrunda təhlükəli mübarizənin ortasındayıq və bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Mən zarafat etmirəm. Amerika İrana hücum etməyə hazırdır, Rusiya isə deyir: “İrana hücum etmə, İrana hərbi müdaxilə etsən, mənimlə üz-üzə gələcəksən”. Rusiya ilə ABŞ-ın qarşıdurması isə çox böyük təhlükəyə səbəb olar”, - deyə o qeyd edib.

İndoneziya lideri bildirib ki, Cakartanın heç bir hərbi alyansa daxil olmayan neytral mövqeyi haqlıdır, lakin nüvə silahından istifadə edilərsə, üçüncü dünya müharibəsi baş verərsə, bu ölkəni xilas etməyəcək. Bununla əlaqədar, Prabovo Subianto bütün maraqlı tərəfləri müasir çağırışların həlli üçün birləşməyə və birlikdə işləməyə çağırıb.

Martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə proqramı üzrə danışıqların aparılması təklifi ilə mesaj göndərdiyini açıqlayıb. Ayın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Trampın məktubuna cavab göndərmək üçün Omandan vasitəçi kimi istifadə edib. Martın 30-da Amerika lideri bildirib ki, nüvə proqramı üzrə danışıqlar nəticə verməsə, iki həftə ərzində İrana əlavə rüsumlar tətbiq edəcək. O, həmçinin sazişdən tamamilə imtina ediləcəyi təqdirdə İranı misli görünməmiş səviyyədə bombalayacağı ilə hədələyib.

Bazar ertəsi məlum olub ki, yazışmalardan sonra tərəflər danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər. Əsas danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Aprel 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri