Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Süd emalında inqilab: Azərbaycanda nəhəng zavod tikilir

Süd emalında inqilab: Azərbaycanda nəhəng zavod tikilir

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəssisədə geniş çeşiddə süd və pendir məhsullarının istehsalı nəzərdə tutulur. Buraya kərə yağı, kəsmik, qaymaq kimi ənənəvi məhsullarla yanaşı, müxtəlif texnologiyalarla hazırlanan sərt və yarı-sərt pendir növləri, həmçinin milli istehlak vərdişlərinə uyğun xüsusi pendir çeşidləri daxildir. Eyni zamanda, Avropa tipli pendir məhsullarının istehsalı da planlaşdırılır.

Maraqlıdır, belə layihələrin potensialı varmı? Tələbat necədir? İxrac imkanları nə qədərdir?

Ölkə.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda pendir bazarı son illərdə tədricən genişlənən istehlak həcmi ilə xarakterizə olunur. Urbanizasiya, supermarket şəbəkələrinin artması və qida mədəniyyətinin dəyişməsi nəticəsində pendirə tələbat stabil şəkildə yüksəlir. Xüsusilə otel və restoranlar sektoru, gənc istehlakçı qrupları daha keyfiyyətli və çeşidli məhsullara üstünlük verir.

Bununla yanaşı, bazarın strukturunda hələ də müəyyən problemlər qalmaqdadır. Sənaye istehsalı ilə ənənəvi kiçik təsərrüfat istehsalı arasında keyfiyyət fərqləri mövcuddur, brendləşmə zəifdir və ixrac yönümlü istehsal kifayət qədər inkişaf etməyib. Bu səbəbdən Azərbaycan pendir bazarı əsasən daxili tələbatın ödənilməsinə yönəlib və yüksək əlavə dəyərli məhsullar üzrə potensial tam reallaşmayıb.

Sistemli addımlara ehtiyac var

İqtisadçı Rauf Qarayev kənd təsərrüfatı və emal sənayesində yeni müəssisələrin yaradılmasını müsbət addım kimi qiymətləndirsə də, bu prosesin təkbaşına sektorun əsas problemlərini həll etmədiyini bildirib. Onun sözlərinə görə, süd emalı zavodlarının və ümumilikdə aqrar emal müəssisələrinin inşası yalnız daha geniş islahatlar və ardıcıl tədbirlər zənciri ilə birlikdə real iqtisadi nəticə verə bilər.

İqtisadçı qeyd edib ki, kənd təsərrüfatında istehsalın artırılması üçün paralel şəkildə bir neçə əsas istiqamət üzrə sistemli addımlar atılmalıdır. Buraya fermaların yaradılması, damazlıq heyvanların sayının artırılması, məhsuldarlığı yüksəldən innovativ texnologiyaların tətbiqi və istehsal infrastrukturunun müasirləşdirilməsi daxildir. Onun fikrincə, müasir heyvandarlıq təsərrüfatları yalnız fiziki infrastrukturdan ibarət olmamalı, eyni zamanda avtomatlaşdırılmış idarəetmə sistemləri, mikroiqlim nəzarəti və texnoloji avadanlıqlarla təchiz olunmalıdır.

İqtisadçı eyni zamanda, baytarlıq xidmətlərinin vəziyyətinə də diqqət çəkib və bildirib ki, müasir heyvandarlıq sistemlərinin effektivliyi yalnız texnologiya ilə deyil, güclü baytarlıq infrastrukturunun mövcudluğu ilə təmin oluna bilər.

Ekspert hesab edir ki, innovativ texnologiyaların tətbiqi ilə yanaşı, dərman təminatı, profilaktik nəzarət və elmi-texniki dəstək sistemi də paralel şəkildə inkişaf etdirilməlidir. Əks halda, istehsal zəncirinin ayrı-ayrı həlqələri arasında uyğunsuzluq yaranır və ümumi səmərəlilik aşağı düşür.

Qeyri-sabit bazar istehsalçıya problem yaradır

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov aqrar sektorda emal sənayesinin inkişafını strateji prioritet kimi qiymətləndirir. Onun sözlərinə görə, hazır məhsulun satışı xammal satışından daha yüksək iqtisadi səmərə verir: "Südün birbaşa satışında fermerlər çox vaxt az qazanırlar, hətta bəzi hallarda məhsulun tez xarab olması səbəbindən onun satışı mümkün olmur. Lakin südün pendir, yağ və digər emal olunmuş məhsullara çevrilməsi əlavə dəyəri artırır və bazarda daha dayanıqlı gəlir yaradır".

Ekspertin fikrincə, emal müəssisələrinin yaradılması təkcə İvanovka kimi konkret regionlarla məhdudlaşmamalı, ölkənin bütün bölgələrini əhatə etməlidir. Bu tip layihələr xammalın dəyərsiz satışının qarşısını alaraq daha yüksək gəlirli istehsal modelinə keçidi təmin edir.

M.Həsənov xüsusilə vurğulayıb ki, emal sənayesinin inkişafı kənd təsərrüfatı istehsalçıları üçün də stimullaşdırıcı rol oynayır. Onun sözlərinə görə, bazar və emal infrastrukturu olmadan istehsalın davamlılığı mümkün deyil. Müasir zavodların fəaliyyəti fermerlər üçün sabit satış kanalı yaradır və onları daha planlı istehsala yönləndirir.

Emal müəssisələrinin səmərəliliyi üçün əsas şərt

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, ölkənin süd və süd məhsullarına olan tələbatının böyük hissəsi hələ də idxal hesabına ödənilir. Bu vəziyyət daxili istehsal zəncirində, xüsusilə xammal təminatı mərhələsində struktur problemlərin mövcudluğunu göstərir. İqtisadçı hesab edir ki, süd emalı zavodlarının iqtisadi səmərəliliyi birbaşa xammal bazasının həcmi və davamlılığı ilə bağlıdır. Onun sözlərinə görə, kifayət qədər süd istehsalı təmin olunmadan iri emal komplekslərinin yaradılması gözlənilən nəticəni verməyə bilər. Bu səbəbdən, emal sektorunun inkişafından əvvəl heyvandarlıq təsərrüfatlarının gücləndirilməsi strateji prioritet olmalıdır.

Subsidiyalar və stimullaşdırıcı mexanizmlər

İqtisadçı qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsində südverən heyvanlara görə birbaşa subsidiyalaşdırma mexanizmləri geniş tətbiq olunur. Avropa İttifaqı ölkələrində hər südverən inəyə görə verilən dəstək fermerlərin həm istehsalını stimullaşdırır, həm də bazarda sabitliyi qoruyur. Nəsirli hesab edir ki, Azərbaycanda da damazlıq heyvandarlığın inkişafı və məhsuldarlığın artırılması üçün oxşar subsidiyalaşma mexanizmləri tətbiq edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyul 2026 01:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see277

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see271

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see255

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see252

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see245

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see237

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see233

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see227

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see227

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see227

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see220

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see218

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see215

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see214

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see212

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see202

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see197

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see193

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see191

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri