Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40 dan çox insan yaralanıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Sudanda pilotsuz uçuş aparatları (PUA) vasitəsilə edilən hücumlar nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb
AZƏRTAC “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, hadisə bazar ertəsi axşam saatlarında Sudanın Cənubi Darfur vilayətinin inzibati mərkəzi, Çevik Dəstək Qüvvələrinin (ÇDQ) əsas dayaq məntəqələrindən biri olan Nyala şəhərində yerləşən bazarda baş verib.
Ölənlər arasında Sudan ordusuna qarşı döyüşən Çevik Dəstək Qüvvələrinin döyüşçülərinin də olduğu bildirilib.
Bundan əlavə, Çevik Dəstək Qüvvələrinin bu gün paytaxt yaxınlığındakı elektrik yarımstansiyasına dronlarla hücumu nəticəsində Xartum və əl-Cəzirə vilayətlərinin böyük hissəsində elektrik enerjisinin təchizatında pozuntuların olduğu qeyd olunub.
Bu hücumdan bir gün əvvəl də dronlarla beş elektrik stansiyasının hədəfə alındığı, nəticədə Sudanın şərqində geniş ərazilərdə elektrik enerjisinin verilişinin dayandığı haqqında məlumat verilib.
Qeyd edək ki, 2023-cü ilin aprelindən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı qarşıdurma nəticəsində on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Ölkədə humanitar vəziyyət getdikcə ağırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 27 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















