Icma.az
close
up
RU
Sudanın Azərbaycandakı səfirliyində Əl Faşerdə törədilən soyqırımla bağlı mətbuat konfransı keçirilib

Sudanın Azərbaycandakı səfirliyində Əl Faşerdə törədilən soyqırımla bağlı mətbuat konfransı keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Sudanın Azərbaycandakı səfirliyində yerli media nümayəndələri üçün “Sudanda baş verən son hadisələr (Əl-Faşer soyqırımı)” mövzusunda mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Sudandakı vəziyyət, xüsusilə də Faşer şəhəri və Darfur bölgəsində baş vermiş faciə, eləcə də beynəlxalq ictimaiyyətin reaksiyası müzakirə olunub.

Konfrans zamanı Sudanda törədilən terror və qətliamı əks etdirən videoçarx nümayiş etdirilib. Kadrlarda silahlı qruplar tərəfindən güllələnən qadınlar, öldürülən uşaqlar, ağaclardan asılmış insanlar, yandırılmış evlər və xəstəxanada qətlə yetirilmiş xəstələr görünür. Görüntülərdən aydın olur ki, qurbanların hamısı dinc əhalidir.

Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa bildirib ki, bu cinayətlər və zorakılıq aktları minlərlə insanın evlərini tərk etməsinə, ölkə daxilində geniş miqyasda əhali yerdəyişməsinə səbəb olub.

Diplomat vurğulayıb ki, Sudan hökuməti hadisələrin beynəlxalq səviyyədə araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması və humanitar yardımın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

Səfir əlavə edib ki, hökumət sülh və sabitliyin bərpası naminə bütün regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Qeyd olunub ki, bölgədə hərbi əməliyyatlar və zorakılıqlar nəticəsində minlərlə dinc sakin qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, on minlərlə insan məcburi şəkildə öz evlərini tərk edib. Əl-Faşer və ətraf ərazilər bu gün etnik təmizləmə və soyqırım səviyyəsinə çatan kütləvi cinayətlərin şahididir.

Səfirlik beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını bu hadisələrə sərt reaksiya verməyə, cinayətkarları məsuliyyətə cəlb etməyə və silahlı qruplaşmanın terror təşkilatı kimi tanınmasına çağırıb.

Vurğulanıb ki, bəzi xarici və regional qüvvələrin üsyançılara silah və maliyyə dəstəyi verməsi Sudan kəşfiyyat orqanları tərəfindən sənədlərlə sübuta yetirilib.

Səfirlik vurğulayıb ki, Əl-Faşerdəki faciə Xocalı soyqırımını xatırladır və beynəlxalq təşkilatların susqunluğu insan hüquqlarına və ədalət prinsiplərinə ziddir.

Sudan hökuməti sülh və sabitliyin bərpasına, humanitar yardımın çatdırılmasına və siyasi həll yollarının tapılmasına sadiqliyini bir daha təsdiqləyib.

Səfirlik Səudiyyə Ərəbistanı, Misir, Küveyt, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı və Türkiyə kimi ölkə və təşkilatlara dəstəyə görə təşəkkürünü ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri