Сüdoçularımız Meksikada 9 medal qazandı Komanda medal sıralamasında birincidir
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini doqquz medalla başa vurublar.
Bizim.Media xəbər verir ki, onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.
Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.
Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.
Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.
Bizim.Media
Baxış sayı:107
Bu xəbər 20 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















