Süfrədə gizli təhlükə: Civə miqdarı yüksək olan balıq növləri
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnsanlar süfrələrindəki adi balığın sağlamlıq üçün təhlükəli miqdarda civə ehtiva edə biləcəyindən çox vaxt xəbərsiz olurlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Dövlət Ticarət və İqtisadiyyat Universitetinin Əmtəəşünaslıq və Əczaçılıq kafedrasının müdiri Olena Sidorenko “Teleqraf”a açıqlamasında danışıb.
Mütəxəssis izah edib ki, dəniz canlılarında ağır metalların toplanmasına bir neçə amil təsir göstərir. Bunlara sənaye tullantıları, ətraf mühitin çirklənməsi və hətta keçmiş müharibələrin nəticələri daxildir. Məsələn, Baltik dənizinin sularında II Dünya müharibəsi illərində batmış gəmilərdən zəhərli maddələr ayrıla bilər.
Ən böyük təhlükəni dənizlərin dərinliklərində yaşayan canlılar yaradır. Ekspertin sözlərinə görə, məhz buna görə civə ilə bağlı riskli balıqlar siyahısında tuna ənənəvi olaraq ilk sırada yer alır.
“Yeri gəlmişkən, tuna məhz bu səbəbdən hamilə qadınlara və uşaqlara tövsiyə edilmir”, deyə Sidorenko bildirib.
Bununla belə, əmtəəşünasın sözlərinə görə, risk yalnız tuna ilə məhdudlaşmır. Adətən təhlükəsiz hesab edilən bəzi digər balıqlarda da bəzən yüksək civə göstəriciləri aşkar edilib:
* Skumbriya;
* dəniz xanısı;
* sazan.
Aydın
Baxış sayı:153
Bu xəbər 20 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















