Icma.az
close
up
RU
Süfrələrdən əskik olmayan məhsul cibə yük oldu Bu məhsul yenə bahalaşdı

Süfrələrdən əskik olmayan məhsul cibə yük oldu Bu məhsul yenə bahalaşdı

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Limonun qiymətindəki artım son aylarda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həm adi vətəndaşlar, həm də tanınmış blogerlər əvvəllər 30-50 qəpiyə satılan bir ədəd limonun hazırda 70-80 qəpik arasında dəyişən qiymətini gündəmə gətirirlər. Bəzi marketlərdə çəkisi təxminən 150-200 qram olan bir limonun qiyməti 70 qəpikdən baha satılır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda yerli istehsal ilboyu ölkənin daxili tələbatını ödəyə bilmir:

"Azərbaycanda limon sitrus meyvə kimi yetişdirilir, lakin yetişdirilən məhsul ilboyu ölkənin daxili tələbatını ödəyə bilmir. Yanvar, fevral, mart aylarına qədər yerli limon piştaxtalarda görünür. Bu aylardan sonra ölkədə limon ehtiyyatı tükənir və başda Türkiyə olmaqla birçox xarici ölkələrdən limon idxal olunmağa başlayır. Limon qiymətinin birdən birə qalxması Türkiyədə erkən yazda ciddi şaxtaların olması və məhsuldarlığın azalması ilə əlaqəlidir. Limonların çiçəklənmə vaxtında qarın yağması nəticə etibari ilə meyvələrində azalmasına gətirib çıxardı. Bu səbəbdəndə limonun qiyməti bu mövsüm baha olacaq''.

Ekspert qeyd edib ki, payız aylarında Azərbaycanda məhsuldarlığın əvvəlki illərlə eyni səviyyədə olacağı gözlənilir. Bu səbəbdən həmin dövrdə limonun qiymətində müəyyən ucuzlaşma ola bilər:

''Mövsüm dövrü yenidən Azərbaycanda məhsuldarlıqda gözləntilər var. Keçən illərdə olduğu qədər məhsuldarlığın olması gözlənilir. Payız aylarında limonun qiyməti yenidən ucuzlaşacaq. Lakin qış aylarında yerli məhsul tükənəndə yenidən qiymətin bahalaşması qaçınılmazdır. Bu il psixoloji təsirlər altında qiyməti artan limon gələn il Türkiyədə məhsuldarlıq aşağı olduğuna görə gələn ildə iqtisadi əsaslarla limonun qiyməti yenidən bahalaşa bilər. Amma Azərbaycan idxal üçün digər bazarlarada baş vura bilər. Tropik və Sub-Tropik ölkələrdən limon idxal etmək mümkündür. Belə olduğu halda belə məsafə ilə bağlı limonun qiymətində bahalaşmalar olması mümkündür''.

Rəvan Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri