Az kalorili, yüksək fayda: Göbələk niyə süfrələrdən əskik olmamalıdır?
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göbələk az kalorili, lakin yüksək qida dəyərinə malik olan faydalı qidalardan biridir.
Turkustan.az bildirir ki, göbələk zəngin vitamin və mineral tərkibi sayəsində sağlam qidalanmada mühüm yer tutur. Xüsusilə B qrupu vitaminləri, D vitamini, selen, kalium, fosfor və mis baxımından olduqca faydalıdır.
Mütəxəssislərin fikrincə, göbələyin müntəzəm istifadəsi immun sisteminin güclənməsinə kömək edir, orqanizmin enerji ehtiyacını dəstəkləyir və maddələr mübadiləsini sürətləndirir. Antioksidant xüsusiyyətləri sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.
Günəş işığına məruz qalan göbələklərdə D vitamini daha yüksək olur. Bu vitamin isə sümük və diş sağlamlığı üçün vacib hesab edilir. Liflə zəngin olması həzm sisteminin normal fəaliyyətinə müsbət təsir göstərir və toxluq hissi yaradaraq çəkiyə nəzarətdə köməkçi olur.
Bitki mənşəli zülal mənbəyi olan göbələk xüsusilə vegeterian və ət istehlakını azaldan şəxslər üçün faydalı alternativ sayılır. Sağlam bişirmə üsulları ilə hazırlandıqda gündəlik rasiona rahatlıqla daxil edilə bilər. /pravda.az/
Baxış sayı:18
Bu xəbər 29 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















