Icma.az
close
up
RU
Süfrələrimiz xarici məhsulların ümidində SƏRT XƏBƏRDARLIQ

Süfrələrimiz xarici məhsulların ümidində SƏRT XƏBƏRDARLIQ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son illər ərzaq təhlükəsizliyi problemi dünyanın ən ciddi çağırışlarından birinə çevrilib. Qlobal istiləşmə, iqlim dəyişiklikləri və sürətlə artan əhali fonunda bu məsələ tək kasıb və ya müharibə bölgələrini təhdid etmir. Ərzaq təhlükəsizliyi bütün ölkələri narahat edən reallıqdır. Buna görə də indi hər bir dövlət vətəndaşının sabah süfrəyə nə qoyacağını düşünmək məcburiyyətindədir.
Azərbaycanda da vəziyyət fərqli deyil. Aqrar sahə, ölkənin ərzaq təminatının təməli bu qlobal proseslərin birbaşa təsiri altındadır. Rəsmilər tez-tez optimist rəqəmlər səsləndirsələr də, kənd təsərrüfatında müşahidə olunan azalma narahatlıq doğurur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da qeyd etdiyi kimi, bu ilin yanvar–avqust aylarında 9 milyard 424 milyon manatlıq məhsul istehsal edilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azdır.
Nazir meyvəçilik kimi yüksək dəyərli sahələrə yönəlmənin vacibliyini vurğulasa da, ekspertlər hesab edirlər ki, azalma təkcə struktur dəyişikliklərlə izah edilə bilməz. Ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı istehsalının dayanıqlığı və ixrac potensialı məsələləri artıq ciddi şəkildə gündəmdədir.
İllər öncə Azərbaycanın gəlirlərinin böyük bir hissəsinin kənd təsərrüfatının payına düşdüyünü də bura əlavə etsək, indiki göstəricilərə baxanda kədərli mənzərə görürük. 
Modern.az saytı mövcud durumu, onun səbəblərini və çıxış yollarını öyrənmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, iqtisadçı Natiq Cəfərli və kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin fikirlərini öyrənib.

Taxıl məhsullarında idxal payı yüksəkdir 


Deputat Vüqar Bayramov bildirib ki, aqrar sektorda idxalın minimumlaşdırılıb tələbin daha çox daxili istehsal hesabına ödənilməsi hazırda vacib prioritetlərdəndir: “Rəqəmlər göstərir ki, Azərbaycanda hələ də xeyli sayda kənd təsərrüfatı məhsulu idxal olunur. Xüsusən də, buğdaya olan tələbin ödənilməsində Azərbaycanda idxalın xüsusi çəkisi var. Bu, Azərbaycanda yetişdirilən buğdanın bir qisminin keyfiyyət baxımından un sənayesində istifadə olunmaması ilə bağlıdır. O baxımdan, Rusiya və Qazaxıstandan buğda idxalı həyata keçirilir. Amma təbii ki, idxalın minimumlaşdırılması vacibdir. Sözsüz, heç bir ölkə kənd təəsərrüfatı məhsullarını tam olaraq, yerli istehsal hesabına ödəmir. Hər ölkədə müəyyən məhsullar idxal olunur. Amma xüsusən strateji əhəmiyyətli məhsulların ödənilməsində yerli istehsalın payının artırılmasına ehtiyac var”.
Deputat kənd təsərrüfatına subsidiyaların səmərəliliyinin qiymətləndirilməsini təklif edir: “Subsidiyalar birbaşa istehsalın həcmini situmullaşdırmalıdır. Məhz buna görə də, subsidiyaların verilməsi həm də istehsal həcminə uyğun olaraq, həyata keçirilməlidir. Subsidiyaların verilməsində artıq keyfiyyət meyarlarının istifadə edilməsinə ehtiyac var. Digər tərəfdən, fermerlərin maliyyə-hesabat çıxış imkanlarının artırılması, onlar arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruridir. Çünki bəzi hallarda fermerlər əvvəlki illərdə qiyməti yüksək olan məhsulun yetişdirilməsinə üstünlük verirlər. Beləliklə, bəzi məhsulların istehsalı artır, digərləri isə azalır. Normadan artıq istehsal olduqda həmin məhsulların bir qismi istehlak oluna bilmir. Ona görə də maarifləndirmə çox önəmlidir. Standartların öyrədilməsi və maarifləndirməyə ehtiyac var ki, fermerlər istehsalı oprimallaşdırsınlar və bununla da idxalın minimumlaşdırılmasına nail ola bilsinlər”. 

V.Bayramov onu da qeyd edib ki, əksər bostan məhsulları, pomidor, quşçuluqda yumurta və bir sıra meyvələr üzrə tələb tam təmin olunur, hətta onlar ixrac da edilir. 

Ərzaq tələbatının yalnız 50 faizi daxili istehsal hesabına ödənilir

Ekspert Vahid Məhərrəmli iddia edir ki, araşdırmalar Azərbaycanın yeyinti məhsullarına olan tələbatının ümumilikdə 50%-ni daxili istehsal hesabına ödəyə bildiyini göstərir:
“Biz buğda istehsal edirik, amma bu, ərzaq buğdası deyil. Ərzaq buğdasını əsasən idxal edirik. Bu məhsul da strateji əhəmiyyət kəsb etdiyi üçün, ümumiyyətlə, ərzaq təminatında əsas göstəricidir. Buğdadan yalnız un əldə edilmir. Bizim ətə olan tələbatımızın da 32%-i daxili istehsal hesabına ödənilir. Xaricdən diri heyvan idxal edirik. Həmin diri heyvanlar daxildə kəsildikdə, bu da daxili istehsal kimi göstərilir. Bu da ətə olan tələbatın daxili istehsalını adambaşı təqribən 35-36 kiloqrama çatdırır. Lakin həmin diri heyvanları daxildə bəsləyib, istehsal etmirik. Sadəcə kəsimi həyata keçiririk. Həm də biz dondurulmuş ət də gətiririk. Ümumilikdə, bu sahədə adambaşına istehlak hazırda 42-43 kiloqramdır. Amma bunun sadəcə 32 kiloqramı daxili istehsal hesabınadır. Norma isə 78 kiloqramdır. Bizdə göstərici normadan 40% aşağıdır. Südə olan tələbatın isə təxminən 48-49%-ni daxili istehsal hesabına təmin edirik. Bəzən xaricdən quru süd gətirilir və burada daxili istehsal kimi göstərilir. Burada ümumilikdə süd və süd məhsullarından söhbət gedir. Kərə yağına olan tələbata gəldikdə, demək olar ki, biz bu məhsulu istehsal etmirik. Xaricdən böyük həcmdə kərə yağı gətirilir və burada qablaşdırılaraq, etiketlənir. Təəssüf ki, biz meyvə-tərəvəzlə də özümüzü tam təmin etmirik. 

Dövlət Gömrük Komitəsinin məlumatına baxsaq, bu sahədə idxal xeyli artıb. Bizdə meyvə-tərəvəz istehsalı üçün potensial və şərait var. Sadəcə olaraq, bu potensialdan istifadə edə bilmirik. Şəkərə olan ehtiyacımız 90% xaricdən gələn xammal hesabına ödənilir. Bitki yağına olan tələbatımızın da 90%-i idxal edilir. Tələb olunan düyünün də 80%-i xaricdən gətirilir. Ümumilikdə hesablamarımız göstərir ki, bu sahədə olan tələbatımızın yalnız 50%-ni daxili istehsal hesabına ödəyə bilirik. Mən bunları normanı nəzərə alaraq deyirəm. 
Dövlət Statistika komitəsinin məlumatına baxsaq, orada rəqəmlərin yüksək olduğunu görmək mümkündür. Dövlət Statistika Komitəsi hesab edir ki, 42, yaxud 45 kiloqram ət istehlak olunursa, onun haradasa 70-80 faizi daxili istehsal hesabınadır. Əslində elə olmalı deyil. 
Ümumdünya Səhiyyə Təşkilatının insanların fiziki durumu üçün müəyyən etdiyi normalar var. Həmin normalar da BMT-də FAO təşkilatı tərəfindən öz təsdiqini tapır. Əhalinin alıcılıq qabiliyyəti hazırda ölkəmizdə aşağıdır, insanlar yaxşı və normaya uyğun qidalana bilmirlər. Normaya uyğun qidalanmama beynəlxalq hesabatlarda əsas götürülür. Ümumiyyətlə, bütün dünya ölkələrindən fərqli olaraq bizdə norma qəbul edilmir. Minimum istehlak səbətində göstərilən rəqəmlər də norma deyil. Sadəcə, minimum əmək haqqını hesablamaq üçün həddir. Vəziyyət, bax, hazırda belədir". 

Ekspert vurğulayıb ki, bütün problem idarəetmədədir: "Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə olanlar arasında bir nəfər də olsun kənd təsərrüfatı mütəxəssisi yoxdur. Nazir qeyri-peşəkardır, müavinin biri hüquqşünasdı, onun da kənd təsərrüfatına aidiyyəti yoxdur. Aparatın da rəhbəri hüquqşünasdır. Bir nəfər də olsun nə aqronom, nə zootexnik, nə torpaqşünas, nə də aqrokimyaçı var. Yəni belə olan halda əlbəttə, kənd təsərrüfatı inkişaf edə bilməz. Onlar nə etməli, necə etməli olduqlarını bilmirlər. Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etməlidir deyə, qarşılarına məqsəd qoymalıdırlar. Məsələn, plan hazırlanmaldır ki, adambaşına 120 kiloqram ərzaq buğdası, 78 kiloqram ət, 405 kiloqram süd, 309 ədəd yumurta istehsal etməlidir və sair. Ona uyğun da dövlət proqramları tətbiq edilməlidir ki, bu məqsədə nail olmaq üçün hansı tədbirləri həyata keçirmək lazımdır. Nazirlikdə olanlar isə qeyri-peşəkardır, bunu bilməzlər. Bizdə demək olar, kadr yoxdur. Ölkədə dabaq xəstəliyi geniş yayıldı. Araşdırma aparsaq, digər xəstəliklərin də yayıldığını görəcəyik. Bu, sanki onların heç bir iş görmədiyini göstərən test idi". 


V.Məhərrəmli ətlə bağlı məsələyə də toxunub: "2024-cü ildə 31 min ton 200 kiloqram həcmində Pakistandan 1 kiloqramı 2 dollar 79 sent qiymətinə ət idxal edilib. 10-15 il əvvəl Hindistandan da ət idxal edilirdi. Hindistandan yaşlı, bəzən də cavan heyvanlar gətirilirdi. Bu ətlərdən əsasən ictimai-iaşədə istifadə edilir. Ölkədə qəssabxanalarda kəsilən diri heyvanların qiymətlərinə təsiri olmayacaq. Oradan gətirilən ətin mənşəyi də məlumdur. Deməli, Pakistanda 49 milyon baş inək, 40 milyon baş da camış var. İndi Azərbaycandan ora gedənlər kim olacaqsa, hər halda oliqarxlardır. Onlar bazarda söz sahibidirlər. Biz görürük ki, digər ölkələrdən gətirilən məhsulun keyfiyyəti aşağıdır. Hindistandan da aşağı keyfiyyətli ət gətirilirdi. Biz Pakistandan gətirilən heyvanların yaşlı camış əti olmayacağına əmin deyilik. Camış, kalça əti olsun e, amma insanlar zövqünə uyğun qidalana bilsinlər. Sadəcə olaraq, bunlar olduğu kimi təqdim edilməldir, dana əti kimi yox. 
Əlbəttə, əti gətirəcək şəxslərə nəzarət edəcək qurum yoxdur. İdxalçılar yüksək vəzifəli məmurlara arxalanmış adamlardır və bazarda qiyməti onlar diqtə edirlər. Onlara yuxarı səviyyədə təzyiqlər olacağına inanmıram. Hansısa agentlik nəsə edəcəkmi, bu da qeyri-mümkündür. Onlar adətən sifarişlə işləyirlər, deyirlər, gedin filan yeri yoxlayın, yoxlayırlar. Azərbaycan ət idxalına yox, ət ixracına həvəslənməlidir. Daha çox ət istehsal etmək barədə düşünülməlidir və hökumət buna situmul verməlidir. Heyvanların və heyvandarlıqla məşğul olanların sayı azalır. Bizim örüş sahələri zəbt olunub, ot istehsalımız azalıb. Bunların hamısını bərpa etmək olar. Yetər ki, peşəkar mütəxəssis, savadı, təcrübəsi olan bir nəfər bu sahəni idarə etsin. Mütəxəssis bu sahəni və yaranmış vəziyyətdən necə çıxmağı yaxşı bilir. 
Bu sahəni bilənlərə həvalə etmək lazımdır. Əks halda, biz kənd təsərrüfatını dirçəldə bilməyəcəyik. Kənd təsərrüfatı artıq batıb. Dəfələrlə demişik ki, Kənd Təsərrüfatında qeyri-peşəkarların vəzifəyə təyin edilməsi bu sahəni uçuruma aparır". 

Özümüzü 100 faiz təmin etmək məqsəd deyil


İqtisadçı Natiq Cəfərli isə bildirir ki, qlobal iqtisadi inteqrasiyanın artdığı dövrdə hər bir məhsulu 100 faiz daxili istehsalla təmin etmək məqsədəuyğun deyil: “Ümumilikdə ərzaq məhsullarına baxsaq, 74 faiz xarici asılılıq var. Amma bəzi məhsullarda vəziyyət nisbətən yaxşıdır. Məsələn, ət, kartof, soğan və alma kimi məhsullarda 80 faizdən çox təminat daxili istehsal hesabınadır. Bu, kifayət qədər yaxşı göstəricidir”. 

N.Cəfərli hesab edir ki, rentabelli və ixrac potensialı olan məhsulların istehsalı artırılmalı, amma bu proses təbii iqtisadi qanunlara əsaslanmalıdır: “Dünya iqtisadiyyatı biri-birinə o qədər inteqrasiya olunub ki, hər məhsulu yerli istehsalla təmin etməyə çalışmaq səmərəsizdir. Bizim hədəfimiz 50-55 faiz daxili təminat səviyyəsini qorumaq və rentabelli məhsullarda ixracı artırmaq olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see321

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see199

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see190

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see175

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see163

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see146

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see138

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see136

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see133

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see132

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see131

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see130

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see128

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see128

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see127

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see127

BMT: Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq

07 Oktyabr 2025 12:45see125

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see122

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see122

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri