Icma.az
close
up
RU
Sükut bir gecədə pozularsa: İkinci şans olmayacaq

Sükut bir gecədə pozularsa: İkinci şans olmayacaq

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Əgər Yaxın Şərqin yanmasına qarşı kimlərsə qarşı durmağı bacarırsa, deməli, onlar artıq onun necə yandığını görmüş adamlardır”. 

Bu sözləri Rusiya, BƏƏ və BMT-nin müxtəlif strukturları arasında qeyri-rəsmi danışıqlarda iştirak edən bir şəxs deyib. Onun kimliyini, hansı ölkəyə məxsus olduğunu demirik. Amma o, xəbərlərdən əvvəl məlumatları əldə edən biridir. Bu, onun Yaxın Şərqdəki gələcək hadisələrə dair proqnozudur. Onun dediklərinə görə, vəziyyət beş mərhələdə inkişaf edəcək: 

Birinci mərhələ hərbi təhdid olacaq və bu, təzyiq aləti olaraq qalacaq. ABŞ və İsrail İrana qarşı zərbələrə hazırlığı davam etdirəcəklər: hərbi texnika daşıması, təlimlər, mətbuata sızdırmalar. Amma birbaşa zərbə 2025-ci ildəki prezident seçkilərinə qədər olmayacaq. Vaşinqton bu qorxu ilə İranın elitasını – xüsusilə konservativ ruhani liderlər və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) arasındakı əlaqəni pozmağa çalışacaq. 

İran isə cavab olaraq yeraltı işləri gücləndirəcək və hətta nüvə bombasına sahib olduğu barədə məlumatın sızdırılmasını da məqsəd qoyacaq, bu, sadəcə bir psixoloji təzyiq aləti olacaq. Amma bu, İsrailin razılaşacağı bir ssenari deyil. Təsəvvür edin ki, İsrailin mərkəzində bir nüvə bombası partlayır. Bu, Çernobılfaciəsinin gücü ilə müqayisə oluna bilər. 1986-cı ildə radiasiya nəticəsində 200 min kvadrat kilometrdən çox ərazi çirkləndi və 2600 kvadrat kilometrlik sahə təkrarsız şəkildə tərk olundu. İndi bir də bu rəqəmlərə baxın: İsrailin ərazisi yalnız 21 min kvadrat kilometrdir. Yalnız bir bomba, ölkənin yarısını yaşamağa yararsız hala gətirə bilər. 

Burada nə yaşayış, nə də dövlət kimi mövcud olmaq mümkündür. Ölkənin hansısa hissəsində baş verən partlayış hər şeyi iflic edər – infrastruktur dağılar, əlaqələr və logistika sıradan çıxar. İsrailin nə Rusiya kimi geniş ərazisi, nə də ABŞ kimi sığınacaq şəbəkəsi var. Nüvə zərbəsi olarsa, bu ölkə fiziki, demoqrafik və tarixi baxımdan yaşaya bilməz. Məktəblərdən tutmuş xəstəxanalara qədər hər şey yox olacaq. 

Buna görə də İsrail İranın nüvə proqramına sadəcə narahatlıqla yanaşmır, o, buna həddindən artıq həssas yanaşır. Bu, qorxu deyil. Bu, həyatda qalmaq üçün baş verə biləcək böyük təhlükəni anlamaqdır. Çünki Tehranda yalnız alimlər çalışmır, orada qərar verənlər “müqəddəs müharibəyə” və “göydə verilən mükafata” inanan insanlardır. Bircə əmrlə dünyada bir dövlət xəritədən silinə bilər. Buna görə də İsrail qabaqlayıcı addımlar atır. O, İrandakı bir zirzəmidə öz məhvinin açarını saxlamasına icazə verə bilməz. Çünki bu açar dövrə vurarsa, ölkənin ikinci şansı olmayacaq. 

İkinci dalğa qeyri-rəsmi diplomatiyanın işə düşməsidir. Mənbənin qiymətləndirməsinə görə, yaxın aylarda Rusiyadan İran üçün “zəmanət rolunu” öz üzərinə götürməsi xahiş ediləcək, bu xəbər qeyri-rəsmi, amma çox mühümdür. Moskva, Çin, Türkiyə, İran və Fars Körfəzi ərəb ölkələrinin nümayəndələrinin iştirakı ilə Astanada və ya İrəvanda gizli bir görüş keçirməyə çalışacaq. Məqsəd isə yeni bir müqavilə imzalamaqdan çox, İranın nüvə silahından imtinası müqabilində ona toxunulmazlıq zəmanəti, iqtisadi mükafat və texnoloji müstəqilliyinin beynəlxalq tanınması təmin ediləcək bir yaşayış modeli hazırlamaqdır. 

Təəssüf ki, müasir dünya beynəlxalq vədlərin zaman testindən keçmədiyinin şahidi olub. Yalnız sözlərlə təmin edilən zəmanətlərə olan etibar faktiki olaraq dağılıb. Məsələn, MuammarQəddafi kütləvi qırğın silahları yaratmaq proqramını tək könüllü şəkildə dayandırdı, qarşılığında isə Qərblə əlaqələri normallaşdı. Nəticədə, 2011-ci ildə NATO müdaxilə etdi, Qəddafi devrildi və öldürüldü. Yuqoslaviya isə, beynəlxalq ictimaiyyətin bir sıra tələblərinə riayət etməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan NATO tərəfindən kütləvi bombardmanlara məruz qaldı. Dərs budur ki, hətta qismən güzəşt belə toxunulmazlıq zəmanəti vermir. Bəlkə də İran silahdan çox, Pakistan və ya İsrail kimi “texnoloji müstəqillik” statusu istəyir. Amma onun siyasi mövqeyi İsraili çox narahat edir. 

Üçüncü dalğa Körfəz bölgəsində gərginlikdir. Deeskalasiyaya dair diplomatik bəyanatlara baxmayaraq, region yeni bir münaqişə dövrünə sürüklənir. Proksi strukturlar aktivləşir, Yəməndəki husilər Qırmızı dənizə hədələrini davam etdirir, "Hizbullah" İsraillə sərhəddə atışmalara səbəb olur, dəniz yollarına hücum artıq vaxt məsələsidir. İsrail bu fürsətdən istifadə edərək HƏMAS-a və şimal cəbhəsinə zərbə endirir, ABŞ isə Suriyaya təzyiq göstərir. Enerji təhlükəsizliyinə dair təhdidlər fonunda Avropanın sabitliyi yenidən ciddi şəkildə təhlükədir. 

LNG qiymətlərinin dəyişkənliyi, Ormuz boğazı üzərindən neft təchizatına olan risklər və Səudiyyə Ərəbistanının infrastrukturuna edilən hücumlar yeni qiymət artımlarına səbəb ola bilər. Amma paradoks ondadır ki, bu xaosda İran ən az zərər çəkən ölkə olacaq. “Boz zona” onun mühitidir. Başqaları mənfəət itirəndə, İran “yan yollarla”, milyonlarla vasitəçi və onlarla saxta şirkət vasitəsilə ticarət edir. Artıq 3000-dən çox sanksiya tətbiq olunub, amma İranın iqtisadiyyatı buna uyğunlaşıb. 

Öz proksilərinimaliyyələşdirməyə, ordusunu saxlamağa və nefti satmağa davam edir, həm də rəsmi olaraq, ən böyük alıcıya, yəni Çinə. Vaşinqton yenə də Tehranı xarici təzyiq vasitəsilə “qırmağa” çalışır, amma bununla yalnız bütün regionu silkələyib, bir böhrana səbəb olacaq. Bu böhranda isə heç bir qərb ölkəsi ödəmək üçün hazır olmayacaq. İran təcrid olunmuş halda yaşamağı bacarır, amma qlobal bazarlar buna uyğunlaşa bilmir. Əgər strategiya dəyişməzsə, ABŞ bir daha zərbələr zəncirini işə salacaq, amma əsas problemi həll etməyəcək. Müharibə İrandan hamıya təsir edəcək. Görünən odur ki, İranı deyil, İrana yanaşmanı dəyişdirmək vaxtıdır. 

Əks halda, Vaşinqton yenə də bir yanğını alovlandıracaq və özü həmin yanğının nəticələrini söndürməli olacaq.Dördüncü dalğa  İran daxilindəki çətinliklərdir. 2025-ci ilin payızına qədər artan təzyiq, inflyasiya və əhalinin yorğunluğu fonunda etirazlar güclənə bilər. Hakimiyyət sərt cavab verəcək, amma dünyəvi texnokratik aparatla SEPAH-ın “şahinləri” arasındakı ayrılıq daha da aydınlaşacaq. Əgər terror aktı, provokasiya və ya hücum baş verərsə (məsələn, bir ruhaniyə qarşı), bu, radikal dəyişikliklərin başlanğıcı və ya əksinə, danışıqlara keçidin gizli şəkildə başlaya bilməsi üçün bir siqnal ola bilər. Belə bir vəziyyətdə ABŞ İran rejimini zəiflətmək üçün müxalifət qüvvələrini dəstəkləyərək və ya yeni bir “rəngli inqilab” təşkil edə bilər. Amma tarixi xatırlamaq vacibdir. 1953-cü ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Böyük Britaniyanın kəşfiyyat xidmətləri “Ayyaks” əməliyyatını təşkil etdilər. Nəticədə, İranın demokratik seçilmiş baş naziri Məhəmməd Məsəddiq devrildi və şah Məhəmməd Rza Pəhləvi yenidən hakimiyyətə gəldi. 

Bu müdaxilə, İran cəmiyyətində dərindən iz buraxdı və İran ilə ABŞ arasında uzun müddətli gərginliklərə səbəb oldu. 1979-cu ildə şah rejiminə qarşı artan narazılıq fonunda, ABŞ prezidenti Cimmi Karterin administrasiyası Fransada sürgündə olan Ayətullah RuhullahXomeyni ilə əlaqə qurdu. On illər sonra açıqlanan diplomatik sənədlər göstərir ki, Xomeyni ABŞ tərəfini əmin etməyə çalışıb ki, onların İranla bağlı maraqları təhdid altında deyil, xüsusilə də neft təchizatı məsələsində. 

Buna cavab olaraq, ABŞ hərbi çevrilişi dəstəkləməkdən çəkinib, bu da Xomeyninin İrana geri dönməsinə və şahın devrilməsinə şərait yaratdı. Bu nümunələr göstərir ki, ABŞ İranın daxili işlərinə ardıcıl müdaxilə edərək, o dövrün maraqlarına uyğun olan qüvvələri dəstəkləyib. Lakin belə müdaxilələr cəmiyyətdə radikal elementlərin güclənməsinə səbəb olub. Məsəddiqin devrilməsi və şahın dəstəklənməsi narazılığın artmasına, bunun nəticəsində isə 1979-cu ildə İslam İnqilabına və Xomeyninin hakimiyyətə gəlməsinə yol açdı. Beləliklə, hər bir xarici müdaxilə vəziyyəti sabitləşdirmək əvəzinə, cəmiyyətin daha da radikallaşmasına səbəb olub. Növbəti inqilab daha sərt və uzlaşmaz bir liderin hakimiyyətə gəlməsinə səbəb ola bilər ki, bu da vəziyyəti ölkə daxilində və regionda daha da çətinləşdirə bilər. 

Beşinci dalğa həlledici mərhələdir. 2026-cı ilin yazına qədər hər şeyi bir sual müəyyən edəcək: yeni nüvə razılaşmasını imzalamaq və ya “dondurulmuş status”u qorumaq mümkün olacaqmı? Əgər cavab “yox” olsa, İsrailin preventiv zərbə endirməsi ehtimalı xeyli artır. İranın sentrifuqaları daha qorunan ərazilərə köçürdüyünə dair inandırıcı məlumatlar üzə çıxsa, ABŞ də avtomatik şəkildə bu savaşa cəlb olunacaq. Bu, “bir gecəlik müharibə” olmayacaq, zərbələrin, cavab atəşlərinin, Hörmüz boğazının bağlanmasının, bazalara hücumların və neftlə bağlı təşvişin ard-arda baş verdiyi bir dövr olacaq. Amma sonra bölgə üçün "uzun bıçaqlar gecəsi" başlayacaq. 

Bəs dünyanın çıxış yolu varmı? 

Mənbəmiz deyir ki, bu ssenarini dayandırmağın yeganə yolu “Şərq buferi”ni işə salmaqdır. Rusiya, Çin və ərəb ölkələri hərbi oyunçuların deyil, yalnız diplomatların və texnokratların iştirak etdiyi kollektiv danışıqlar mexanizmi qurmalıdır. Bu qeyri-rəsmi “üçtərəfli təminat” formatı, İrana militarizasiya yoluna getmədən üzünü itirmədən çıxmaq imkanı verə bilər. “Bəs bu baş verməsə nə olacaq?”  sualımıza mənbə qısa cavab verdi: “Siz anlamırsınız, İranın nüvə bombası silah deyil, açardır. O açar ortaya çıxan kimi köhnə Yaxın Şərqin qapısı əbədi bağlanacaq. Biz elə bir dünyaya daxil olacağıq ki, orada inam ağılın, şəhidlik isə  siyasətin mərkəzində durur. Onda heç kim zəmanət verə bilməyəcək ki, bir gün kimsə “Allahın adı ilə” deyərək düyməyə basmayacaq. Qələbə üçün yox, cəza üçün”. 

Əsas məsələ budur ki, Avropa və Yaxın Şərq hələ də fərqli dillərdə danışır, təkcə siyasətdə yox, düşüncə tərzində də. Avropa dəyərlərdən, insan haqlarından, dialoqdan və kompromisdən danışır. Şərq isə  gücdən, dözümdən, şərəfdən və güclünün haqqından. Şərq təfəkkürü təkcə fərqli deyil, o, Avropa məntiqinə tam ziddir. Burada qayda yox, nəticə əsasdır, kompromis balans sənəti deyil, zəiflik əlamətidir, qalib hər şeyi alır, uduzan ya susur, ya da ölür. Amma bu şəraitdə belə, razılaşmaq üçün imkan var. Çünki reallıq  ritorikadan fərqli olaraq  daha praqmatikdir. Qışqıraraq şəhidlikdən danışanların hamısı əslində, şəhid olmaq istəmir. İranda da, Livanda da, Yəməndə də elələri var ki, düşünə, hesablaya bilir və hakimiyyətini, pulunu, ailəsini itirməkdən qorxur. 

Qərb anlamalıdır ki, dünya artıq öz təsəvvürlərinə uyğun dəyişdirilə biləcək yer, planet birqütblü deyil. Güc artıq avtomatik şəkildə qələbə anlamına gəlmir. Bu gün  küncləri çox olan, mürəkkəb cavablar dövrüdür. Qələbəni daha ucadan bağıran yox, özü kimi olmayanla danışmağı bacaran qazanır. Bəlkə də məhz indi, yəni gərginliyin artdığı bir vaxtda  güc nümayişi yox, düşüncənin gücü lazımdır. Hələ gec deyil. Hələ bir bomba  simvolik və ya real olaraq sonuncu sülh fürsətini məhv etməyib. İndi Vaşinqton, Tehran, Ər-Riyad, Brüssel, Təl-Əviv və Moskvanın bir masaya əyləşməsi zamanıdır. İllüziyasız, amma maraqlarla. 

Təlimatlar yox, real hədəflərlə. Bəlkə o zaman bu dəfə bomba partlamaz. Şərq rasional hesabla yox, ali iradə, taleyə inam və inamla düşünür. Burada sülh  qarşılıqlı anlaşma ilə yox, sükuta məcbur etməklə əldə olunur. Əgər səni güclü biri məcbur edibsə, bu, məğlubiyyət yox, güc iyerarxiyasının qəbuludur. Burada haqlı olan güclü yox, güclü olan haqlıdır. Bu sərt, arxaik, amma dərin kök salmış düşüncə tərzini anlamaq fəlakətin qarşısını almağın tək yoludur. Qərbin rasionallığı ilə Şərqin inancı arasındakı dissonans  XXI əsrin əsas çağırışıdır. Əgər Qərb Şərqlə onun dili ilə danışmağı öyrənməsə, bir gün cavab bəyanatla yox, bomba parıltısı ilə gələcək. 

Yuri Boçarov, politoloq, siyasi elmlər namizədi, "Aziznews" saytının baş redaktoru 

Tərcümə edən: Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: İran - İsrail müharibəsi nüvə razılaşması Yuri Boçarov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see172

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see138

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see131

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see127

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see126

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see123

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see121

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see121

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Lavrov da Antalyadadır KONKRET

12 Aprel 2025 00:15see109

ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib

11 Aprel 2025 23:34see109

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see109

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see107

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri