Icma.az
close
up
RU
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 9 aylıq fəaliyyəti müzakirə olunub

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 9 aylıq fəaliyyəti müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində (SİMDNX) 2025-ci ilin doqquz ayı ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində, həmçinin dövlət su kadastrı və elektron su xəritəsinin təqdimatı baş tutub.

Tədbiri giriş sözü ilə açan ADSEA sədri Zaur Mikayılov ölkə rəhbərliyinin su ehtiyatlarının idarə olunması, suların səmərəli istifadəsi və mühafizəsi sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O, qeyd edib ki, su ehtiyatlarının dayanıqlı idarə olunması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində mühüm irəliləyişlər əldə olunub. Zaur Mikayılov bildirib ki, qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün sistemli və ardıcıl fəaliyyət davam etdiriləcək.

Agentlik sədri su ehtiyatlarının idarə olunması prosesində müasir idarəetmə yanaşmalarının tətbiqinin önəmini qeyd edərək, bu istiqamətdə SİMDNX-nin kollektivinin səmərəli fəaliyyətini yüksək qiymətləndirib və onlara təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov ADSEA rəhbərliyinə yaradılan şəraitə və göstərilən daimi dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, qısa müddət ərzində xidmət tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər üzrə mühüm nəticələr əldə olunub, ölkə ərazisində su ehtiyatlarının qanunsuz istifadəsinin qarşısının alınması, su obyektlərinin mühafizəsi və monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Xidmət rəisi əlavə edib ki, yeraltı və yerüstü su kadastrının formalaşdırılması üzrə işlər intensiv şəkildə davam etdirilir və xidmətin maddi-texniki bazasının gücləndirilməsi bu tədbirlərin effektivliyini daha da artırır.

Tədbir çərçivəsində xidmətin şöbə müdirləri tərəfindən təqdimatlar nümayiş olunub, görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran hədəflər barədə ətraflı məlumat verilib.

İclasın sonunda iştirakçılar tərəfindən bir sıra təkliflər səsləndirilib, müzakirələr aparılıb, növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri