Icma.az
close
up
RU
“Süleyman camaatının Bakı rəhbəri”nin məhkəməsi keçirilib

“Süleyman camaatının Bakı rəhbəri”nin məhkəməsi keçirilib

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarına özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səidin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Səid Mikayılovun rəhbərliyi ilə Bakıda müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq “camaatın rəhbəri” və bir sıra üzvləri müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunub.

Prosesdə şahid qismində ifadə verən “Nəsimi” tələbə yataqxanasının rəhbəri olmuş İbrahim Teymurov bildirib ki, adıçəkilən yataqxanaya ondan əvvəl Səid Mikayılov rəhbərlik edib.

“Orta təhsilimi başa vurandan sonra Xaçmaz rayonunda Qaraqurd kənd məscidində Quran dərslərinə getmişəm, həmçinin ərəb əlifbasını öyrənmişəm. Daha sonra Türkiyəyə yollandım. Orada “Süleymaniyyə camaatı” kursunda dini təhsilimi davam etdirib ölkəyə qayıtdım. Qayıdandan sonra Şabran rayonunda təsərrüfatla məşğul oldum. Bir müddətdən sonra Bakıya gəlib Səid Mikayılovla tanış oldum. Dini təhsilinin olduğunu bilib məni “Nəsimi” tələbə yataqxanasına işə dəvət etdi. Əvvəlcə yataqxanada nəzarətçi, mühafizəçi işlədim. Sonra tələbələrə Quran dərsləri keçməyi başladım. Bir müddətdən sonra Səid mənə yataqxanada həftədə 2-3 dəfə quran dərsləri keçməyimi tapşırdı. Dərslər barədə tələbələrə məlumat verdik və tələbələr də Quranı öyrənməyə razı oldular. Daha sonra Səid müəllim məni öz yerinə rəhbər təyin etdi. Mən fəaliyyətimi rəhbər kimi davam etdirdim. Hər tələbədən ayda nağd qaydada 150 manat alırdıq. Həmin pula görə tələbələr həm burada yataqla, həm də gündə 3 dəfə yeməklə təmin edilirdilər. Əsasən aztəminatlı ailələrin övladları yataqxanada qalmaq üçün müraciət edirdilər. Amma bütün hallarda 150 manata yataqxana və 3 dəfə qidalanma heç yerdə yox idi”.

Yataqxanada dini ayinlərin təşkili məsələsinə gəlincə şahid bildirdi ki, o və həmkarları tələbələrə dini ayələr, Quran, əxlaq və təmizlik öyrətməkləri ilə yanaşı dini ayinləri həyata keçiriblər. “Tələbələr əsasən Quba, Xaçmaz, Şamaxı, Qax və Zaqatala rayonlarından idilər. Dini ayinlərdə istifadə etdiyimiz kitabların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdi və açıq satışına icazə verilirdi. Dini tədris barədə heç bir qurumdan qeydiyyatdan keçməyərək, qeydiyyatsız fəaliyyət göstərirdik”.

Prosesdə ifadə verən digər şahid İsmayıl Sərvərli isə bildirib ki, təqsirləndirilən Səid Mikayılovun Bakıxanov qəsəbəsində açdığı tədris mərkəzinin rəhbəri olub:

“Bakı İslam Universitetini bitirib Türkiyədə dini təhsil aldıqdan sonra Bakı şəhərinə qayıtdım, Bakıxanov qəsəbəsində “süleyman camaatı”nın üzvü olan Anar Abdulkərimov adlı şəxslə tanış oldum. Onun rəhbərliyi atında fəaliyyət göstərən “Gənclərə Qayğı” İctimai Birliyində çalışmağa başladım. Bir müddətdən sonra Anar həmin mərkəzi bağladı və mənə təhvil verdi. Səid Mikayılov mənə həmin binada tədris mərkəzi açmağı təklif etdi. Mən onunla razılaşdım və şagirdlər üçün elan verdik. Hər şagirddən aylıq 150 manat məbləğində vəsaiti almaq şərti ilə fəaliyyəti başladıq. Eyni zamanda Bakıxanov tədris mərkəzini yataqxana elədik və şagirdlər gecə də orada qalırdı, 3 dəfə qidalanma ilə təmin edirdik. Şagirdlərə ədəbiyyat, riyaziyyat və ingilis dilindən hazırlıq dərsləri keçirilirdi. Bunun üçün ayrıca müəllimləri də işə cəlb etmişdik. Amma onları müqaviləsiz işlədirdik ki, vergi ödəməyək. Mərkəzdə cəmi 3 nəfərlə müqavilə var idi. Mən və iki nəfər.

Qalanlar müqaviləsiz gizli işləyirdilər. “Bakıxanov” tədris mərkəzi yataqxana kimi qeydiyyatdan keçirilmişdi. Cəmi 5 tələbəmiz var idi. Onlardan aldığımız pulla həm işçilərin hər birinə 500-700 manat maaş verir, həm aylıq 300 manat binanın icarə haqqını ödəyir, həm də tələbələrin 3 dəfə qidalanmalarını təmin edirdik. Maddi çətinliyimiz yarandığı üçün tədris mərkəzinin girişinə nəzir qutusu qoymuşduq ki, oradan yığılan pullardan da yararlanaq”.

Məhkəmədə ifadə verən digər şahid Elton Abdullayev bildirib ki, ötən ilin əvvəllərindən təxminən bir il müddətinə Binəqədidə yerləşən tələbə yataqxanasında müdir vəzifəsində çalışıb:

“Universitet tələbələri həftə içi günlər yataqxanada qalırdı, həftəsonu və bayram günləri evlərinə qayıdırdı. İşlədiyim dövr ərzində 800-850 manat pul alırdım. İşim tələbələrə, müəllimlərə nəzarət etməkdən ibarət idi, proqramlarla işləyirdim. Müqəddəs və Elşad adlı müəllimlərimiz var idi. Onlar tələbələrə ərəb əlifbasını, Qurani-Kərimi keçirdilər. Onların dini təhsili olsa da, dini tədris üçün icazələri yox idi. Biz yataqxanada qalan tələbələrə namaz qılınması qaydalarını öyrədir və dini ayinləri birlikdə icra edirdik.

Şahidin sözlərinə görə, tələbələr yataqxanaya 150 manat ödəniş edirdilər. Yataqxanada da təxminən 17-18 tələbə qalırdı. Həmin puldan işçilərin pulu, kirayə pulu (1100 manat) yataqxananın digər xərcləri ödənilirdi:

“Bu pullar yetmirdi, Səid Mikayılovun məsləhəti ilə biz yataqxana daxilində sədəqə qutusu qoymuşduq. Ora atılan pullar da bizə kömək edirdi. Oraya pulları ya tələbələr, ya tələbələri ora gətirən valideynlər, valideynlərlə gələn başqa şəxslər atırdı”.

Şahid bildirib ki, dini təhsilini ilk dəfə 1992-ci ildə uşaq yaşlarında Qəbələ rayonunun kəndlərində Farrux Öztürk adlı şəxsdən alıb:

“2009-2010-cu ildə Türkiyədə təhsil almışam, qayıtdıqdan sonra Səidlə tanış oldum, bir il Bakıxanov təhsil mərkəzində çalışdım. Sonra “Sədərək” Ticarət Mərkəzində məsciddə axund olmuşam. Məni ora Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin etməyib, amma yoxlayıb, orada çalışdığımı bilirdilər. Orada işdən çıxandan sonra Səidə iş axtardığımı dedim. Onun köməkliyi ilə Binəqədidə yataqxanada müdir vəzifəsində çalışdım. Oturub dualar etmişik, söhbətlər aparmışıq. Biz kitabları “Fəzilət” nəşrindən alırdıq. Çünki nəşrin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icazəsi var idi”.

Məhkəmə digər şahidlərin ifadəsi ilə 30 sentyabrda davam edəcək.

Xatırladaq ki, Azərbaycanda qeyd olunan tədbirlər 2026-cı ilin yanvar ayında başlanılıb, qruplaşmaya aid dərshanələr və uşaq bağçaları bağlanılıb. 2026-cı ilin avqust ayında isə Türkiyə Respublikasında “Süleyman camaatı” dini icmasının rəhbəri Alihan Kuriş də daxil olmaqla bir neçə “camaat” üzvünün “cinayətkar dəstəyə rəhbərlik etmək, dələduzluq, vergidən yayınma, çirkli pulların yuyulması” ittihamı ilə həbs olunması haqqında mediada məlumatlar yayılıb.(APA)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Sentyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri