Süleyman İsmayılzadə: III MDB Oyunları mənim üçün yaxşı başladı
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
III MDB Oyunlarının çərçivəsində Gəncə İdman Sarayında edən üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib. Kişilər arasında 1 500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rusiyalı Aleksandr Filipets qızıl medal, Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə - gümüş medal, daha bir rusiyalı Boqdan Toropkin isə bürünc medal qazanıb.
Süleyman İsmayılzadə KİV-ə açıqlamasında bildirdi ki, III MDB Oyunları mənim üçün yaxşı başladı.
O, qarşıdakı günlərdə qızıl medal qazanmaq istədiyini bildirib: "Azərbaycan üzgüçüləri MDB Oyunları tarixində ilk dəfə medallar qazandı. Uşaqları təbrik edirəm. Rəqiblərimiz güclü olsa da, layiqli mübarizə apardıq və fəxri kürsüdə yer aldıq".
Cavid QAÇAYEV (foto)
XQ
Baxış sayı:49
Bu xəbər 28 Sentyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















