Icma.az
close
up
RU
Süleymanovdan AFFAnın gizli hesabatına sərt reaksiya: Piyada futbol gedişləri ilə...

Süleymanovdan AFFAnın gizli hesabatına sərt reaksiya: Piyada futbol gedişləri ilə...

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Ötən gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Futbol ictimaiyyəti toplantıdan yalnız axşam saatlarında xəbər tutdu.

Publika.az xəbər verir ki, iclasın keçiriləcəyi barədə öncədən məlumat verilmədi. Halbuki əvvəllər AFFA-nın saytında toplantının gündəliyi və tarixi barədə informasiya dərc olunurdu. Ancaq bu dəfə hər kəs iclasdan, bitdikdən sonra xəbər tutdu. Bir sözlə, AFFA İcraiyə komitəsinin iclasını tam məxfi şəraitdə keçirdi.

Toplantıda müzakirə olunan məsələlər də açıq deyil. Guya Milli komandanın baş məşqçisi Fernandu Santuş öz işi, texniki direktor Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə yığmaların seçmə mərhələdəki çıxışı ilə bağlı hesabat verib. Bundan başqa, AFFA-nın inkişaf strategiyası ilə bağlı son durumun müzakirə olunduğu və 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacağı bildirilib.

Göründüyü kimi heç bir məsələ açıq şəkildə təqdim edilməyib. İctamiyyət toplantıdakı başqa yenilikləri həmişə olduğu kimi mətbuatdan öyrəndi. AFFA-dakı yeni rəhbərlik az qala bir ildir ki, fəaliyyətdədir. Ancaq onlar ictimaiyyətdən qaçmağa, məsələləri bağlı qapılar arxasında müzakirə etməyə meyillidilər.

Futbol ictimaiyyəti AFFA-da baş verənlərdən ciddi şəkildə narazıdır. Tanınmış funksioner Tahir Süleymanov federasiyanın yeni rəhbərliyinin idarəetmədəki ləngliyindən narazıdır. O, futbolun mövcud vəziyyətinə operativ müdaxilə edilməməsinin vaxt itkisi ilə nəticələndiyini və daha da geriləməyə səbəb olduğunu bildirir:

"Qeyd etdiyiniz kimi, AFFA İcraiyyə Komitəsinin toplantısı artıq ənənə halını almış müzakirələr fonunda baş tutdu. Dəfələrlə fikirlərimi bildirmişəm, Azərbaycan futbolunun mövcud durumunda strateji baxımdan hər ay bir ilə, bir futbol mövsümü 3-5 ilə bərabərdir. Vəziyyətdən çıxış yolları üçün dərin təhlillər, dəqiq diaqnoz, operativ, qəti, doğru addımların atılması zamanı çoxdan yetişib, hətta gecikib artıq. Hesabatlar, müzakirələr limiti bitib! Pərakəndə, naşı, görünən-görünməyən daxili çəkişmələr, yumşaq ifadə edilsə, fikir ayrılıqları çərçivəsində atılan addımlarla ölkə futbolunun dirçəlməsi mümkünsüzdür.

AFFA öz seçiciləri və futbol ictimaiyyəti qarşısında hesabat verməyə borclu olduğu qədər, qəbul ediləcək qərarların öncədən cəmiyyət arasında müzakirəyə çıxarılması çox vacib amildir və ümumi prosesin xeyrinədir. Yola salacağımız il ərzində nəinki dünya futbolunda, qlobal olaraq planetdə o qədər taleyüklü, dünyanı, ölkələri dəyişən və dəyişəcək proseslər baş verib ki, bunun qarşılığında AFFA-nın futbolun inkişaf strategiyasını vaxtında ərsəyə gətirə bilməməsi təəccüb doğurur.

Gec də olsa, kağız üzərində yazılacaq strategiya ilə iş bitmir, bunun praktikada həyata keçirilməsi önəmlidir. Rəsmi şəkildə təkliflərimiz verilib, istənilən köməyin ediləcəyi təşəbbüsü göstərilib. Bu vaxt ərzində Millətlər Liqasında qrup oyunları başa çatıb. Onsuz da qat-qat öndə olan Avropa ölkələri yerində saymır, inkişaf edirlər. Belə yanaşma, "operativliklə" Azərbaycan futbolu nəinki rəqiblərinə çata bilər, ancaq D liqasına yuvarlanar.

İllərdi qalaq-qalaq yığılan problemlərin, meydanda göstərilən oyun səviyyəsi kimi, "piyada futbol" gedişləri ilə həll ediməsi utopiyadır. Azərbaycan futbolunda hər ilin itirilməsi, minimum bir yaş qrupunun, yeni futbol nəsillərinin məhv edilməsinin davam etdirilməsi deməkdir. İctimaiyyətdən, görüşlərdən qaçmaqla, vaxt udmaqla Azərbaycan futbolu dirçələ bilməz!"

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri